• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Ramiz Mehdiyevin ƏLİNDƏN SU İÇƏN daha bir kadr... HƏLƏ DƏ İŞ BAŞINDADIR...

Gündəm / Sosial

Сегодня, 10:07


Dövlət Miqrasiya Xidmətinin hazırkı rəisi Vüsal Hüseynovun karyera yüksəlişinə nəzər saldıqda bir adın xüsusi çəkisi diqqəti cəlb edir: Ramiz Mehdiyev!

Vüsal Hüseynov 2011–2015-ci illərdə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Həmin dövrdə Administrasiyaya uzun illər ölkənin siyasi-inzibati sistemində əsas fiqurlardan biri olmuş Ramiz Mehdiyev rəhbərlik edirdi. Hüseynov eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsini daşıyırdı.

2015-ci ildə Yeni Azərbaycan Partiyasının namizədi kimi 91 saylı Ucar seçki dairəsindən Milli Məclisin deputatı seçilən Vüsal Hüseynov 23 aprel 2018-ci il tarixli Prezident Sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edildi.

Diqqətçəkən məqamlardan biri də onun yeni vəzifəsində kollektivə şəxsən Ramiz Mehdiyev tərəfindən təqdim olunması idi.

Beləliklə, Vüsal Hüseynovun dövlət idarəçiliyində yüksəlişinin əsas mərhələləri — Administrasiyadakı fəaliyyəti, parlament təmsilçiliyi və mühüm dövlət qurumunun rəhbərliyinə gətirilməsi məhz Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrə təsadüf edir.

Bu ardıcıllığı təsadüfi karyera yüksəlişi kimi qiymətləndirmək çətindir; Söhbət o dövrün siyasi-inzibati komandası daxilində formalaşmış və irəli çəkilmiş kadrlardan gedir. Bu fonda Ramiz Mehdiyevin adı ilə bağlı siyasi himayədarlıq müzakirələrinin mərkəzində olmuş bir şəxsin hələ də strateji dövlət qurumlarından birinə rəhbərlik etməsi ciddi ictimai suallar doğurur.

RAMİZ MEHDİYEV RÜŞVƏTXORLUĞA SON QOYULMASINI TƏLƏB EDİRDİ, BƏS NƏ DƏYİŞDİ?

2018-ci ildə Vüsal Hüseynovun kollektivə təqdimatı zamanı Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətində rüşvətxorluq hallarına son qoyulmasının vacibliyini xüsusi vurğulamışdı. Maraqlıdır ki, bir qədər əvvəl onun öz oğlu Teymur Mehdiyev də 2011–2014-cü illərdə həmin qurumda rəis müavini vəzifəsində çalışmış və sabiq rəis Firudin Nəbiyevlə aralarında yaranmış fikir ayrılıqlarından sonra Fövqəladə Hallar Nazirliyində nazir müavini postuna keçirilmişdi.

2018-ci ildə vəzifəyə başlayan yeni rəis Vüsal Hüseynov da idarəetmənin təkmilləşdiriləcəyini, şəffaflığın təmin ediləcəyini və vətəndaş məmnunluğunun əsas prinsip kimi götürüləcəyini bəyan etmişdi.

Aradan səkkiz ildən artıq vaxt keçib.

Bəs bu vədlərin praktik nəticəsi nədən ibarətdir? Firudin Nəbiyevin rəhbərliyi dövründə miqrasiya qeydiyyatı, viza prosedurları və rüsumlar ətrafında mətbuatda yer alan korrupsiya iddiaları, eləcə də şəxsi maraqlar və himayədarlıq münasibətləri ilə bağlı narazılıqlar yeni rəhbərliyin dövründə hansı səviyyədə araşdırılıb? Konkret olaraq hansı vəzifəli şəxslər məsuliyyətə cəlb olunub və hansı sistemli islahatlar həyata keçirilib?

Bu gün də qurumun fəaliyyəti, kadr təyinatları, ayrı-ayrı vəzifəli şəxslərin imtiyazlı mövqeyi və xidmət daxilindəki qeyri-şəffaf münasibətlərlə bağlı suallar aktuallığını qoruyur. Bu məsələlərin obyektiv araşdırılması və ictimaiyyətə aydın izahat verilməsi zəruridir.

Daha bir diqqətçəkən məqam Xidmətin media ilə kommunikasiyada qapalı mövqe sərgiləməsidir. Jurnalistlərin sorğularına operativ münasibət bildirilməməsi, ictimai əhəmiyyətli məlumatların əlçatanlığı və qurumun fəaliyyəti barədə dolğun informasiyanın təqdim olunması hələ də həllini gözləyən problemlər sırasındadır.

İNDİ ƏSAS SUAL RAMİZ MEHDİYEVİN KADRLARI İLƏ BAĞLIDIR

Ramiz Mehdiyevin uzun illər rəhbərlik etdiyi Prezident Administrasiyasında formalaşmış kadrların dövlət idarəçiliyindəki mövqeləri ayrıca təhlil mövzusudur. Çünki dövlət vəzifələri hər hansı şəxsi siyasi komandanın üzvləri üçün nəzərdə tutulmuş daimi postlar deyil.

Vüsal Hüseynovun bütün karyera yüksəlişinin Ramiz Mehdiyevin rəhbərlik etdiyi siyasi-inzibati sistem daxilində baş verməsi, deputatlığa gedən yolunun həmin dövrə düşməsi və Dövlət Miqrasiya Xidmətinə təyinatı zamanı kollektivə məhz Mehdiyev tərəfindən təqdim olunması ictimai diqqətdən kənarda qala bilməz.

Bu gün Ramiz Mehdiyevin dövlət idarəçiliyindəki mövqeyi tamamilə dəyişib və o, ağır dövləti cinayətlərdə ittiham olunaraq məsuliyyətə cəlb edilib. Buna baxmayaraq, onun rəhbərlik etdiyi dövrdə irəli çəkilmiş bəzi kadrların mühüm dövlət postlarında qalması davam edir.

Bu kontekstdə Vüsal Hüseynova ünvanlanmalı əsas suallar bunlardır: Ramiz Mehdiyevin rəhbərliyi altında çalışdığınız dövrdən bu günə qədər idarəetmə prinsiplərinizdə nələr dəyişib? Rəhbərlik etdiyiniz qurumda korrupsiya risklərinin aradan qaldırılması istiqamətində hansı konkret və ölçülə bilən nəticələr əldə olunub? Xidmətin fəaliyyətinin müstəqil auditinə və tam ictimai hesabatlılığa hazırsınızmı?

Artıq Ramiz Mehdiyevin kadrlarından biri kimi tanınan Bakı Dövlət Universitetinin sabiq rektoru Elçin Babayev də tutduğu vəzifədən azad edilib. Kadr yenilənməsi prosesi nə qədər ləng getsə də, hesabata hazır olmayan bütün məmurlara növbə çatacağı şübhəsizdir. Dövlət Miqrasiya Xidməti köhnə kadr şəbəkələrinin qorunub saxlanıldığı məkana çevrilməməlidir; Bu qurumun rəhbəri keçmiş himayədarlıq münasibətlərinə deyil, yalnız dövlətə və qanunun aliliyinə xidmət etməlidir.

Dövlətin strateji strukturlarına rəhbərlik məsələsi şəxsi sədaqət və keçmiş əlaqələrlə deyil, peşəkarlıq, şəffaflıq və ictimai etimadla müəyyən edilməlidir. İctimaiyyəti düşündürən əsas sual isə budur: bu mühüm dövlət qurumunun başında hələ də köhnə siyasi-inzibati sistemin yetirməsinin qalması və onun fəaliyyətinə göz yumulması nə qədər davam edəcək?

Arazpress.com

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

12-11-2026, 11:09

Azəriqaz-da TAYFA BİRLİYİ - İLGİNC FAKTLAR...

Sosial

25-07-2026, 10:55

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT

Gündəm / Sosial

1-10-2026, 10:47

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA

Gündəm / Sosial

10-09-2026, 17:14

Törətdiyi bu iqtisadi təxribata görə... Məmməd Musayevi yaxın vaxtlarda nələr gözləyir

Gündəm / Sosial

12-09-2026, 15:25

Törətdiyi iqtisadi təxribatlara görə Məmməd Musayevi nələr gözləyir? -DETALLAR

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
Сегодня, 12:07
46 yaşlı kişi “Günəşli” hoteldə öldü
23-11-2026, 17:57
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
19-11-2026, 12:34
Nərman Qocatürkün meyiti tapıldı
18-11-2026, 11:09
Qonşusunu öldürərək quyuya atan şəxs: - “Arvadımla münasibətlərindən şübhələnirdim...”
13-11-2026, 15:14
Səbuhi Rzazadə nazirliyin işini necə iflic edib? – milyonluq yeyintilər, şok iddialar...
12-11-2026, 12:49
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
Son xəbərlər
  • Сегодня, 12:47
    "Daha ağır xəstə olsa, ona necə yardım göstəriləcək?" - NARAZILIQ VAR...
  • Сегодня, 12:07
    46 yaşlı kişi “Günəşli” hoteldə öldü
  • Сегодня, 11:38
    Bərdənin icra başçısı nə günə orda oturub... - NARAZILIQ VAR...
  • Сегодня, 10:42
    “Lukoil”in Bakıdakı “zapravka”larını alan amerikalı kimdir? - TƏFƏRRÜAT
  • Сегодня, 10:07
    Ramiz Mehdiyevin ƏLİNDƏN SU İÇƏN daha bir kadr... HƏLƏ DƏ İŞ BAŞINDADIR...
  • Сегодня, 09:42
    Keçmiş nazir sərvətini NECƏ İDARƏ EDİR... - İLGİNC FAKTLAR
  • Вчера, 18:32
    Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb – icarəçisi məşhur brenddir
  • Вчера, 18:08
    Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
  • Вчера, 17:41
    Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
  • Вчера, 16:59
    “Sabah” – “Barselona” matçında stadion tam dolacaq?
  • Вчера, 16:27
    İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
  • Вчера, 15:40
    Naxçıvan səhiyyəsində MAAŞ PROBLEMİ... - NARAZILIQ VAR...
  • Вчера, 12:06
    Yaqub Eyyubovun oğlunun İngiltərədə daşınmaz əmlakları... –Qiyməti 10 milyon funta yaxındır
  • Вчера, 11:28
    Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir
  • Вчера, 10:54
    "Niyə xidmət bu qədər mürəkkəbləşdirilib?" - AÇIQ SÜRÜNDÜRMƏÇİLİK...
  • Вчера, 10:30
    “Azad Logistik”dən avtomobil sifariş edən müştərilər 4 aydır maşınlarını ala bilmirlər
  • Вчера, 09:59
    Qubada vətəndaşı düşünən yoxdur... - FOTOFAKT
  • Вчера, 09:32
    SEPAH: Hörmüz boğazında 2 tanker minaya düşüb
  • Вчера, 09:06
    Göygöldə direktor üçün qızıl hədiyyə iddiası – Dövlət Agentliyi niyə susur?
  • 24-11-2026, 18:32
    Gədəbəydə avtomobil yolu çöküb: Təhlükə hər gün böyüyür - VİDEO
  • 24-11-2026, 17:29
    İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
  • 24-11-2026, 17:12
    Gəncədə iki xəstəxananın baş həkim vəzifədən azad olundu - BUNDAN SONRA...
  • 24-11-2026, 16:00
    Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir? - Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar
  • 24-11-2026, 15:27
    "Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfə az göstəriblər" - İş adamından şikayət
  • 24-11-2026, 14:48
    Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq
  • 24-11-2026, 12:55
    Sakinlərlə tikinti şirkəti niyə razılığa gələ bilmir? - Video
  • 24-11-2026, 12:29
    Göyçay bələdiyyəsində nə işlər çevrilir... - vətəndaş narahatdır...
  • 24-11-2026, 11:46
    Mopedlə ölüm-qalım yarışına çıxırlar, indi bir də vergi ödəyəcəklər - Kuryerlərin dərdi bitmir
  • 24-11-2026, 11:21
    Cənub Yük Terminalında özbaşınalıq: Aqşin Mirzəyev monopoliya yaradıb - BU NƏDİ BELƏ?
  • 24-11-2026, 10:44
    “Azəriqaz”da optimallaşdırma adı altında nələr baş verib? – Baş direktor Azər Məmmədov baş verənlərdən nə qədər xəbərsizdir
  • 24-11-2026, 09:53
    "Bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər?" - ETİRAZ
  • 24-11-2026, 09:47
    Regionda təhsilə İKİ FƏRQLİ YANAŞMA - VİDEO
  • 23-11-2026, 18:26
    Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...
  • 23-11-2026, 17:57
    Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
  • 23-11-2026, 17:33
    Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə - "TVM İnşaat"ın vergi borcu 13,6 milyonu ötdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə