• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT

Sosial

25-07-2026, 10:55


Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə  

Surəti :    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova
Ünvan:    Bakı şəhəri İstiqlaliyyət küçəsi 19
Prezident Sarayı

Surəti:    Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova
Ünvan:    Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 9

Surəti:    Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri İnam Kərimova
Ünvan:    Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsi 26

Surəti:    Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədova
Ünvan:    Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsi 26

Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(104)440/2025 saylı inzibati iş üzrə iddaçı İsmayılova Solmaz Abbasəli qızı (Tovuz rayonu Qovlar şəhəri M.Hüseyn küçəsi ev 40) tərəfindən (Gəncə Apellyasiya Məhkəməsində tüğyan edən özbaşınalıqlara, hakim müstəqilliyini dərəbəyliklə səhv salan, əgər hakim demək mümkündürsə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun barəsində) 

Ş İ K A Y Ə T   -  Ə R İ Z Ə S İ  

Hörmətli, cənab Prezidentim və səlahiyyət sahibləri! 

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlu icraatında olan 2-1(104)-440/2025 nömrəli inzibati işdə qarşı tərəflə qeyri-prosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini ört-basdır etmək məqsədi üçün hətta kassasiya instansiyası məhkəməsinin qərarını, tövsiyyəsini və göstərişini heçə sayaraq, 2-1(104)-440/2025 nömrəli inzibati işin baxılma müddətini lüzumsuz, qanunsuz, əsassız təxirəsalmalarla və icraat dayandırmalarla uzadaraq mənim 83 yaşım olmasına, xəstə və ahıl olmağıma məhəl qoymadan məni məhkəmə yollarında süründürür, çürüdür, Qanunu Şah deyil Şahı Qanun sayıb “burada mənəm Bağdadda isə kor xəlifə” tezisi ilə hərəkət edib vəzifə səlahiyyətlərindən sui-istifadə edib vəzifə səlahiyyətlərini aşaraq, hakim müstəqilliyini dərəbəyliyə çevirib, hakim toxunulmazlığından şəxsi toxunulmazlıq kimi istifadə edir.  Belə ki, iddiaçılar mən - İsmayılova Solmaz Abbasəli qızı və qızım - İsmayılova Məhəbbət Ziyad qızı Tovuz rayonu Qovlar bələdiyyəsinə (üçüncü şəxs İbrahimov Aydın Qasım oğluna) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Qovlar Bələdiyyəsinin 14 dekbr 2004-cü il tarixli 82 saylı qərarının Tovuz rayonu Qovlar Bələdiyyəsinin 23 aprel 2004-cü il tarixli 21-32 və 21-33 saylı qərarlarına əsasən müvafiq olaraq İsmayılova Tacirə Ziyad qızına və İsmayılova Məhəbbət Ziyad qızına satılmış torpaq sahələri ilə bağlı hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdik. Təxminən 2 (iki) il sürən məhkəmə çəkişməsindən sonra, nəhayət ki, Gəncə İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2-1(114)-60/2021 saylı qərarı (Sədrlik edən hakim Aygül xanım İsgəndərova) ilə iddia təmin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2-1(114)-60/2021 saylı qərarından üçüncü şəxs İbrahimov Aydın Qasım oğlu apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual  müddəti buraxdıqdan, ötürdükdən 3 gün sonra apellyasiya şikayəti versə də Gəncə Apelyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlu qanunvericiliyin təməl və prinsiplərini heçə sayaraq və pozaraq, yəni apellyasiya şikayətinin mümkünlüyünü yoxlamadan, araşdırmadan apellyasiya şikayəti üzrə inzibati işi icraata qəbul edib, inzibati iş üzrə məhkəmə baxışı iclasını 17 yanvar 2022-ci il tarixə təyin etdi. 17 yanvar 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında isə sədrlik edən hakim Əlizamin Abdullayev yenə də lüzumsuz süründürməçiliyə yol verərək, inzibati işi obyektiv araşdırıb qərar qəbul etmək əvəzinə əsassız vaxt uzatma məqsədi güdərək inzibati işin baxışını yenidən 18 mart 2022-ci il tarixə təyin etdi. 18 mart 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında isə sədrlik edən hakimin bizimlə qərəzli mövqedə olmasını tam sübut edərək əsaslandırılmış etiraz verərək, işin hakim Əlizamin Abdullayevədən alınıb başqa hakimin icraatına verilməsini xahiş etsək də  bizim qanuni və əsaslı etirazımız təmin edilmədi bizim qanuni və əsaslı etirazımızı haqlı bilib qanuna uyğun sayan, tərkibdə olan digər hakim Azər Bayramovu tərkibdən kənarlaşdırıb, inzibati işə sədrlik edən hakim Əlizamin Abdullayev qarşı tərəflə qeyri-prosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini həyata keçirmək naminə özünün bu işin nəticəsində nə qədər maraqlı və ya şəxsi marağı olmasını nümayiş etdirərək, yuxarıda qeyd etdiklərimi heçə saymış, öz şəxs marağına xidmət etmiş və bizim qanunla qorunan hüquqlarımızı məhv etmiş və ya bizim qanunla qorunan hüquqlarımızı məhdudlaşdıraraq qanunvericiliyin təməl və prinsiplarıni kobud, ciddi pozmuş və öz şəxsi marağına və manfeyinə xidmət edən Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2-1(104)-99/2022 saylı qərardadı ilə (hakim Əlizamin Abdullayevin tövsiyyəsi, göstərişi, məsləhəti, öyrətməsi, bir sözlə dolayı yolla ona vəkillik etməsi nəticəsində bizim hazırkı iddiamız üzrə üçüncü şəxs olan İbrahimov Aydın Qasım oğlunun Gəncə İnzibati Məhkəməsində bizə qarşı qaldırdığı iddia üzrə 2-1(114)-1038/2022 saylı inzibati işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək) inzibati işin icraatını tam qanunsuz və əsassız, qüvvədə olan bütün qanunvericiliyin tam ziddinə olaraq dayandırmışdır. Gəncə Apellyasiya Məhkəməsinin tam qanunsuz və əsassız, qüvvədə olan bütün qanunvericiliyin tam ziddinə olan 18 mart 2022-ci il tarixli 2-1(104)-99/2022 saylı qərardadından verdiyimiz kassasiya şikayətinə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış, obyektiv, hərtərəfli araşdırma aparıldıqdan sonra Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2-1(104)-99/2022 saylı qərardadının tam qanunsuz və əsassız, qüvvədə olan bütün qanunvericiliyin tam ziddinə olması qənaətinə gəlinib, sübuta yetirildiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə tam ləğv edilmiş və inzibati iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılaraq, işə baxan hakimə inzibati işə baxıb yekun qərar qəbul etməsi tövsiyyə edilmişdir. Yenə də inzibati iş Abdullayev Əlizamin Gülzalı oğlunun icraatına verilmiş və yenə də hakim Əlizamin Abdullayevin bu işdə marağı olmasını tam sübut etməyimizə baxmayaraq Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2023-cü il tarixli 2-1(104)-12/2023 saylı qərarına əsasən üçüncü şəxs İbrahimov Aydın Qasım oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, hətta sonradan istintaqın obyektiv və hər tərəfli araşdırması nəticəsində qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli 373 nömrəli və 08 aprel 2023-cü il tarixli 287 nömrəli qərarlarla öz təsdiqini tapmayan, 80 yaşlı qoca, ahıl və xəstə qadın olmağıma baxmayaraq hakim Əlizamin Abdullayev qarşı tərəflə qeyri-prosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini ört-basdır etmək məqsədi üçün bizim barəmizdə təqdimat və xüsusi qərardad da qəbul etmişdir. Yekun olaraq da Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyun 2025ci il tarixli 2-1(102)-869/2025 saylı qərarına əsasən, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2023-cü il tarixli 2-1(104)-12/2023 saylı qərardadı ləğv edilərək, bizim verdiyim ərizə təmin edildi və iş yeni açılmış hallala bağlı icraat qaydasında baxılması üçün həmin məhkəməyə göndərildi. Həmin qərarda bizim yeni açılmış hallala bağlı qeyd etdiklərimizin əsaslı olması və həmin əsasda ərizəyə baxılması tövsiyyə edilməsinə baxmayaraq, yenə də iş hakim Əlizamin Abdullayevin icraatına verilmiş, Əlizamin Abdullayev isə eyni ssenari üzrə hərəkətlərini davam etdirməkdədir. Belə ki, Əlizamin Abdullayev kassasiya instansiyası məhkəməsinin tapşırıq və tövsiyyələrinə məhəl qoymadan hər hansı bir qərar qəbul etmədən, qanunvericilikdə ümumiyyətlə mövcud olmayan “protokolla” (qüvvədə olan bütün qanunvericiliklərdə protokolla icraatın dayandırılması nəzərdə tutulmamışdır) 17 oktyabr 2025-ci il tarixdə inzibati işin icraatını dayandırmışdır. (Ali Məhkəmənin qərarı, tapşırığı və tövsiyyəsi icrasız qalıb, məhəl qoyulmayıb, əməl edilmirsə onda Ali Məhkəmə nə üçündür? Yaxında tərəfimdən Ali Məhkəmənin statusunun ləğvi ilə bağlı aidiyyəti səlahiyyətli orqanlara təkliflə müraciət ediləcəkdir. Çünki Ali Məhkəmənin Azərbaycan Respublikası adından qəbul etdiyi qərar hakim Əlizamin Abdullayev üçün heç bir əhəmiyyətə malik olmayan bir sənəddir və yaxud bir tullanqı kağız parçası hesab olunur) Səbəb olaraq isə əvvəllər Gəncə İnzibati Məhkəməsində baxılıb xitam verilmiş və sonradan qanunsuz və əsassız olaraq hakim Tağıyeva Ruhiyə Nadim qızı tərəfindən yenidən icraata qəbul edilmiş 2-1(114)-6082/2025 nömrəli inzibati işə baxılıb yekun məhkəmə aktının qanuni qüvvəyə minməsi göstərilmişdir. Burada da maraqlı bir nüans mövcuddur ki, hakim Əlizamin Abdullayev bu icraat dayandırmadan şikayət verilə bilməməsini göstərmişdir. (Əlizamin Abdullayev əmindir ki, protokoldan şikayət verilsə onun özü üçün yaxşı nəticələrə səbəb olmayan qərar qəbul ediləcək) Gəncə İnzibati Məhkəməsinin hakimi Tağıyeva Ruhiyə Nadim qızı isə həmin inzibati iş üzrə artıq bir ilə yaxındır ki, heç bir prosessual hərəkət nümayiş etdirmir. Görünür bu da hakim Əlizamin Abdullayevin göstərişi, tapşırığı, xahişi və s. hallarla bağlıdır.  Onu da qeyd edib xüsusi ilə diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2025-ci il tarixli 1(102)-2341/2025 xüsusi qərarı ilə (Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində) qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən kobud qanun pozuntularına yol vermiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Nural Turab oğlunun, Hüseynov Salman Bilal oğlunun və Abdullayev Əlizamin Gülzalı oğlunun barəsində xüsusi qərarın çıxarılması, xüsusi qərarın apellyasiya instansiyası məhkəmələrinin hakimləri barəsində müvafiq tədbir görülməsi üçün - Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına göndərilməsi qərara alınmışdır. (Həmin xüsusi qərarı şikayətimə əlavə edirəm). Xüsusi qərarın qəbul edilməsinə səbəb isə mənim kimi bir çox vətəndaşların məhkəmə işlərində qarşı tərəflə qeyri-prosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini ört-basdır etmək məqsədi üçün əsassız təxirəsalmaların, lüzumsuz vaxt uzatmaların və qanunsuz icraat dayandırmaların olması olmuşdur. Görünür Məhkəmə-Hüquq Şurası tərəfindən Abdullayev Əlizamin Gülzalı oğlunun barəsində ciddi cəza tədbiri görülmədiyi üçün o, bu cəzasızlıqdan ilhamlanıb, ruhlanaraq mənim hazırda qeyd etdiyim oyunları mənim başıma açmaqda davam edir.  Mən İsmayılova Solmaz Abbasəli qızı 1944-cü ildə anadan olmaqla hazırda 83 yaşım var. Abdullayev Əlizamin Gülzalı oğlunun cızdığı ssenari üzrə getsək bu inzibati iş üzrə qəbul ediləcək yekun qərarı mənim görüb-görməycəyim sual altındadır. Çünki hazırda yaşım və səhhətim elə vəziyyətdədir ki, buna, inzibati iş üzrə yekun qərar qəbul ediləcəyinə heç mən özüm də inanmıram. Abdullayev Əlizamin Gülzalı oğlunun da qarşı tərəflə qeyriprosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini ört-basdır etmək məqsədi üçün ən böyük arzusu da məhs budur. Hörmətli, cənab Prezidentim və səlahiyyət sahibləri! Odur ki, yuxarıda qeyd etdiyim faktları, halları, sübutları və xüsusatları nəzərə alıb, öz şəxsi nüfuzunuzdan və səlahiyyətlərinizdən istifadə edib, 2-1(104)-440/2025 saylı inzibati işi öz xüsusi nəzarətinizə götürməyinizi, inzibati işin Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlundan alınıb həmin məhkəmədə başqa hakimin icraatına verilməsini, tez bir zamanda inzibati iş üzrə qanunvericiliyə uyğun qaydada yekun məhkəmə qərarının qəbul edilməsini və hakim Əlizamin Abdullayevin etdiyi bu özbaşınalıqlara görə barəsində intizam icraatının açılmasını təmin edilməsini Sizlərdən artıq dərəcədə xahiş edirəm.  Əvvəlcədən Sizlərə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm! (Gundelikxeber.org)

İmza: 23 iyul 2026-cı il İsmayılova Solmaz Abbasəli qızı  

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

23-06-2026, 17:42

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sosial

11-04-2026, 13:25

Məmməd Məmmədov nə vaxta kimi sahibkarlara zülüm edəcək? Prezidentə müraciət

Gündəm / Sosial

26-05-2026, 17:19

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Gündəm / Sosial

8-07-2026, 09:41

Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub

Gündəm / Sosial

20-05-2026, 12:09

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir - “İnter” MMC-yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
Сегодня, 10:39
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
8-09-2026, 11:21
AAYDA-nın Hövsanda çəkdiyi "yol" - Milyonlarla manat vəsait hara xərclənir? - VİDEO
4-09-2026, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
4-09-2026, 12:52
“Rent a car” rəhbəri TUTULDU
4-09-2026, 10:36
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
29-08-2026, 17:35
Goranboyda yol qəzası - Yaralılar var
Son xəbərlər
  • Сегодня, 16:46
    Fərid Eyvazovun güc şousu alınmadı: Alliance Clinic-də ciddi nöqsanlar – FOTO
  • Сегодня, 16:13
    “Pilgrim Education”da 20 faiz oyunu? – Vətəndaşın pulunun 80 faizi hara gedir?
  • Сегодня, 15:29
    “Əcəmi Mal” Ticarət Mərkəzi qanunsuz necə artırıldı? - BU NƏDİ BELƏ?
  • Сегодня, 14:43
    İlham Əliyev Sərəncam İMZALADI
  • Сегодня, 13:15
    "Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər..." - Naxçıvanda işçilərə KÖLƏ MÜNASİBƏTİ...
  • Сегодня, 12:23
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Сегодня, 12:04
    Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış... - FOTO
  • Сегодня, 11:24
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
  • Сегодня, 10:39
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • Сегодня, 09:50
    "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
  • Сегодня, 09:28
    Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
  • Сегодня, 08:58
    “Emin Əmrullayev PISA 2025”in nəticələri ilə bağlı səhvə yol verib - FOTO
  • Вчера, 18:24
    “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi
  • Вчера, 18:01
    Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - Video
  • Вчера, 17:33
    Əmrullayev pedaqoji stajı çatmayan şəxsi məktəb direktoru təyin edib - ARAŞDIRMA
  • Вчера, 17:05
    İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
  • Вчера, 16:35
    Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
  • Вчера, 16:00
    Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
  • Вчера, 15:22
    Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...
  • Вчера, 12:06
    İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
  • Вчера, 11:37
    “Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI
  • Вчера, 11:08
    Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
  • Вчера, 10:38
    GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
  • Вчера, 10:14
    “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
  • Вчера, 09:42
    Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər- BAKI GƏMİQAYIRMA ZAVODUNDAN ŞİKAYƏTLƏR ARTIR
  • 8-09-2026, 17:46
    Təhsil sistemində yeni model hazırlığı - Abbaszadənin təcrübəsi daha önə çıxır?
  • 8-09-2026, 17:01
    Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
  • 8-09-2026, 15:46
    Qara Qarayevdə yaşayış binasına bitişik obyekt - Qanunla qadağan olsa da - VİDEO
  • 8-09-2026, 15:04
    Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
  • 8-09-2026, 14:40
    Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
  • 8-09-2026, 13:19
    Ruslan Əlixanov vəzifəsindən azad edildi
  • 8-09-2026, 12:54
    “Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
  • 8-09-2026, 12:20
    İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
  • 8-09-2026, 12:05
    “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
  • 8-09-2026, 11:21
    AAYDA-nın Hövsanda çəkdiyi "yol" - Milyonlarla manat vəsait hara xərclənir? - VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə