Shimal.News-a danışan sakinlərin sözlərinə görə, cari ildə baş verən sel körpünün bir hissəsini yuyaraq onun dayaqlarına və konstruksiyasına ciddi ziyan vurub. Körpünün alt hissəsindəki dayaqların bəziləri qırılıb, taxta örtüyü isə köhnəlib, çürüyüb və sınıb.
Onların sözlərinə görə, körpünün vəziyyəti getdikcə daha da narahatedici hal alır. Lakin indiyədək hər hansı təmir və ya yenidənqurma işləri aparılmayıb.
Sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini və körpünün təhlükəsiz vəziyyətə gətirilməsini istəyirlər.