• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

FHN-nin “Balacans İnşaat” MMC-yə olan sevgisi haradan qaynaqlanır və yaxud nə ilə ölçülür…

Gündəm / Sosial

16-11-2026, 16:35


Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti bir mənbədən satınalma metodu tətbiq etməklə Zaqatala, Balakən və Qax rayonlarında 18 fərdi yaşayış evinin tikintisi üzrə “BALACANS İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.588.589,86 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 11.11.2026-cı ildə dərc edilib.
Təxmini hesablamalarımıza görə Zaqatala, Balakən və Qax rayonlarında 18 fərdi yaşayış evinin tikintisi FHN-in Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinə təxminən 88 254 manata başa gələcək.
Qeyd edək ki, bu FHN-in Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə “BALACANS İNŞAAT” MMC arasında bağlanan ilk müqavilə deyil.
Tərəflər arasında Xaçmaz ryonu, Yeni Həyat qəsəbəsi ünvanında 2 girişli, 4 mərtəbəli, 33 mənzilli yaşayış binasının tikintisi üzrə 2.415.679,09 manat dəyərində müqavilə 26.12.2025-ci ildə bağlanılıb.
Samux rayonu, Alabaşlı qəsəbəsində 2 mərtəbəli 7 mənzilli yaşayış binasının tikintisi üzrə  689.000,04 manat məbləğində satınalma müqaviləsi 18.11.2025-ci ildə bağlanılıb.
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “Balacans İnşaat” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanları, işçi qüvvəsi,  barədə də açıq mənbələrdə heç bir məlumat yoxdu.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Balacans İnşaat”  (VÖEN: 3801781021) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.04.2025-ci il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olanMMC-nin hüquqi ünvanının,BALAKƏN RAYONU, BALAKƏN ŞƏHƏRİ, ƏLİ ANSUXSKİ, ev.19, qanuni təmsilçisi kimi isə Xoçberov Rəşid Rəşad oğlu qeyd olunub.
Qeyd edək ki, Xoçberov Rəşid Rəşad oğlu həm də 23 dekabr 2024-cü ildə yaradılmış, hüquqi ünvanı BALAKƏN RAYONU, BALAKƏN ŞƏHƏRİ, R.RZA, ev.42 olan “Agron trade” MMC-nin də qanuni təmsilçisidir.
”Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “Balacans İnşaat”  MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə 01.10.2025-ci ildə lisenziya aldığı göstərilir.
Göründüyü kimi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti lisenziyası olmayan, cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC ilə birmənbədən satınalma metodu tətbiq etməklə iki dəfə müqavilə bağlamışdır.
Görəsən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti sahibkarlıq fəaliyyətinə cəmi 6 ay əvvəl başlamış bu MMC -yə sevgisi haradan qaynaqlanır. Göründüyü kimi sözügedən qurum lisenziyası olmadığı halda “Balacans İnşaat”  MMC yeddi yüz min manata yaxın dəyəri olan satınalma müqaviləsi bağlamışdır.
2025-ci ilin dekabrından bu ilin noyabrına isə ümumi dəyəri 4 004 268 manat olan iki müqavilə bağlayıb. Həm də bir mənbədən satınalma metodu tətbiq etməklə. Bəs birmənbədən satınalma metodu hansı hallarda tətbiq edilir?
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, yaşayış binasının tikintisi işlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən satınalma prosedurunun bu şəkildə keçirməsi şübhələnməyə əsaslar verir. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi uzun müddət Cəbrayıl Xanlarov olub. O, 2026-cı ilin fevralından Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. Buna baxmayaraq Cəbrayıl Xanlarov əvvəllər rəsis olduğu quruma nəzarət funksiyasını hələ də özündə saxlayır.
Hazırda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi rəisi Vüsal Ağayevdir. O, daha əvvəl FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi olub. Mediada yayılan məlumatlara görə Vüsal Ağayev nazir Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun yaxın dostudur.
Agentliyin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin rəisi isə 2019-cu ildən Əliyev Kamran Fərman oğludur.
Onu xüsusilə qeyd etmək istərdik ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tabeli qurumların satınalmalarda yol verdiyi qanunsuzluqlarla bağlı sosial şəbəkələrdə və elektron medida kifayət qədər geniş məlumatlara yayılıb.

Aktualinfo.net

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

18-08-2026, 14:39

Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə

Gündəm / Sosial

20-10-2026, 12:02

Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır

Gündəm / Cəmiyyət

13-04-2026, 11:38

Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur

Gündəm / Sosial

8-10-2026, 09:29

“KƏNDAHAR” MMC-yə dövlət büdcəsindən şübhəli yollarla gəlir əldə etməyə şəraiti kimlər yaradır

Sosial

27-07-2026, 15:58

Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
19-11-2026, 12:34
Nərman Qocatürkün meyiti tapıldı
18-11-2026, 11:09
Qonşusunu öldürərək quyuya atan şəxs: - “Arvadımla münasibətlərindən şübhələnirdim...”
13-11-2026, 15:14
Səbuhi Rzazadə nazirliyin işini necə iflic edib? – milyonluq yeyintilər, şok iddialar...
12-11-2026, 12:49
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
Son xəbərlər
  • Вчера, 16:23
    Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
  • Вчера, 15:42
    Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
  • Вчера, 14:51
    Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
  • Вчера, 13:12
    Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
  • Вчера, 11:57
    Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
  • Вчера, 11:21
    «Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
  • Вчера, 10:20
    “İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
  • Вчера, 09:38
    İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
  • 20-11-2026, 17:45
    Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
  • 20-11-2026, 17:13
    “Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
  • 20-11-2026, 16:54
    "SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
  • 20-11-2026, 16:36
    “İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • 20-11-2026, 15:52
    İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
  • 20-11-2026, 14:58
    “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
  • 20-11-2026, 14:27
    Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
  • 20-11-2026, 12:50
    Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
  • 20-11-2026, 12:04
    Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
  • 20-11-2026, 11:24
    Ağdamın işğaldan azad olunmasından 6 il ötür
  • 20-11-2026, 11:04
     9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
  • 20-11-2026, 10:26
    Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -ŞİKAYƏT
  • 20-11-2026, 09:51
    SOCAR Nəqliyyatn idarəsində direktor işçini döydü, döyülənə iş açdılar - "Deyəsən az döyüldüyünə görə..." FOTO
  • 20-11-2026, 09:03
    İlhamə Abdullayeva addım-addım yüksək vəzifəyə yaxınlaşır
  • 20-11-2026, 08:42
    Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib
  • 19-11-2026, 18:30
    “Rusiya Avropa ilə müharibəyə can atmır”
  • 19-11-2026, 17:53
    Sahilboyu ərazilərdə qanunsuz tikililərin sayı açıqlandı
  • 19-11-2026, 17:30
    Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib
  • 19-11-2026, 16:31
    Şəki şəhər İcra Hakimiyyəti ilə “ELŞƏN” MMC işbirliyinin arxasında nələr durur
  • 19-11-2026, 16:09
    Elm və Təhsil Nazirliyi yarım milyona 90 şagird yerlik modul məktəb quraşdırır – Nə qədər şirşirdilib, Valeh Mirzaliyev bilər
  • 19-11-2026, 15:37
    Gecə klubunun sahibi jurnalistlərə ağıl öyrətməyə çalışdı
  • 19-11-2026, 14:55
    Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
  • 19-11-2026, 14:39
    AQTİ-nin 288 minlik tenderini Qoşqar Təhməzlinin 8 il rəhbərlik etdiyi şirkət uddu - AY MAŞALLAH...
  • 19-11-2026, 13:11
    Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir? - İDDİA
  • 19-11-2026, 12:34
    Nərman Qocatürkün meyiti tapıldı
  • 19-11-2026, 12:09
    Bu 7 ildə dövlət Qarabağı bərpa etdi... amma AAYDA bir körpünü tikə bilmir... - AXI NİYƏ?..
  • 19-11-2026, 11:19
    "Ən azı 200 manat almalıyam, amma oktyabrda mənə 50 manat yazıblar..." - NTV-də NARAZILIQ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə