• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

“KƏNDAHAR” MMC-yə dövlət büdcəsindən şübhəli yollarla gəlir əldə etməyə şəraiti kimlər yaradır

Gündəm / Sosial

8-10-2026, 09:29


Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə 11.08.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 397.236,17 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 05.10.2026-cı ildə dərc edilib.

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “KƏNDAHAR” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. Şirkətin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında  “KƏNDAHAR” (VÖEN: 2007800261) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.01.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, QOBU QƏSƏBƏSİ, QOBU QƏSƏBƏSİ, ev.42, m.25, qanuni təmsilçisi kimi isə Paşayeva Mətanət Əlhəmpaşa qızı olduğu qeyd olunub.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 05.05.2025-ci ildə verilib.

Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan cəmi 5 ay sonra müvafiq lisenziya alıb.

Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

“KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aiddir. Yəni MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan 11 – 50 nəfər işçisi var.

Maraqlıdır, bu işçi qüvvəsi ilə Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpasını nə vaxta həyata keçirəcək?

Qeyd edək ki, MMC bundan əvvəl Ağdam rayon İcra Hakimiyyəti ilə  rayon ərazisində subartezian quyularının əsaslı təmiri işləri üzrə 190.000,06 manat dəyərində, rayon ərazisində abadlıq işlərinin görülməsi üzrə 220.494,8 manat dəyərində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdriyyəti ilə Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinin satınalınması üzrə 430.610,91 manat dəyərində, sözügedən dövlət qurumunun Mənzil İstismar Departamenti ilə Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 799.054,11 manat dəyərində satınalma müqavilələri bağlayıb.

Buradan suallar yaranır. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC belə iri həcmli dövlət sifarişlərini yerinə yetirmək iqtidarındadırmı?

MMC-nin belə iri həcmdə işləri həyata keçirmək üçün hansı maddi-texniki bazaya və işçi potensialına malik olduğu isə əlavə suallar yaradır. Belə satınalmaların qalibi seçilərkən sifarişçi dövlət qurumları MMC-nin texniki imkanlarının və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan profesional işçi qüvvəsini və Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarlarını necə müəyyən edirlər.

Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti 28.08.2026-cı ildə “KƏNDAHAR” MMC ilə 2026-cı ildə Universiteti bitirmiş tələbələrin xüsusi tədbirinin keçirilməsi  üzrə 85.963 manat dəyərində müqavilə bağlayıb.

Sual yaranır. Təmir-tikinti işləri üzrə ixtisaslaşmış bir şirkətin tələbələrin xüsusi tədbirinin keçirilməsi üzrə tenderdə iştirakına necə yol verilib?

Göründüyü kimi, “KƏNDAHAR” MMC yalnız 2026-cı ildə ümumi dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi seçilib ki, hamısı şübhəli məqamlarla doludur. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC-yə belə iri həcmli dövlət sifarişlərininin qalibi olmağa kimlər şərait yaradır?

MMC-nin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumatların olmaması MMC-nin podratçı şirkətlərlə işlədiyini deməyə əsaslar verir. Yəni dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib çıxdıqdan sonra MMC işə başqa ixtisaslaşmış şirkətləri cəlb edir və onlarla subpodrat müqavilələr bağlayır. Nəticədə heç bir iş görmədən dövlət büdcəsindən kifayət qədər ciddi məbləğlərdə gəlirlər əldə edir. Təbii ki, MMC -yə yaradılan bu şəraitin arxasında gizli qüvvələrin olması istisna deyil.

Aktualinfo.net

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

9-04-2026, 10:44

Sevindik Hətəmov Hacıqabul şəhər nümayəndəliyinin keçirdiyi şübhəli satınalmalara nə qədər şərikdi

Gündəm / Sosial

7-04-2026, 18:01

Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI... - İLGİNC FAKTLAR...

Gündəm / Sosial

5-05-2026, 18:59

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır? -DETALLAR

Gündəm / Sosial

18-08-2026, 14:39

Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə

Gündəm / Sosial

31-07-2026, 09:53

“AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır – Antinhisar Agentliyi, yoxsa…

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Вчера, 18:01
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Вчера, 17:33
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Вчера, 16:28
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Вчера, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Вчера, 15:37
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Вчера, 14:57
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Вчера, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Вчера, 12:27
    Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...
  • Вчера, 11:45
    “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
  • Вчера, 11:15
    Dönərçi “Halal Food”u ifşa etdi – Foto
  • Вчера, 10:42
    SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
  • Вчера, 09:49
    Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
  • Вчера, 09:21
    Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
  • 12-10-2026, 18:53
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • 12-10-2026, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • 12-10-2026, 17:45
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • 12-10-2026, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • 12-10-2026, 16:08
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • 12-10-2026, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • 12-10-2026, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • 12-10-2026, 14:32
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • 12-10-2026, 12:03
    "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
  • 12-10-2026, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • 12-10-2026, 10:30
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • 12-10-2026, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • 12-10-2026, 08:58
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • 11-10-2026, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • 10-10-2026, 17:01
    “Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
  • 10-10-2026, 14:32
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • 10-10-2026, 13:26
    Sumqayıt Dövlət Universitetinin III korpusunda BİABIRÇI VƏZİYYƏT – Tələbələrdən sərt şikayət: “Bura universitetdən çox həbsxanaya bənzəyir!”
  • 10-10-2026, 13:03
    Bir işçi üç işçinin yerinə İŞLƏDİLİR - NARAZILIQ VAR...
  • 10-10-2026, 12:24
    Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
  • 10-10-2026, 11:22
    İlham Əliyev SƏRƏNCAM İMZALADI
  • 10-10-2026, 11:03
    “Tükəzban İsmayılova sağ olanda Gülbahar qorxusundan İlhaməyə yaxın gəlmirdi; - o, kimdir ki, mənə qadağa qoysun?”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə