
Ərazidə asfalt qatının qaşınması prosesi həyata keçirilsə də, iş sahəsinin ətrafında piyadaların təhlükəsizliyini təmin edən müvafiq qoruyucu hasar və ya məhdudlaşdırıcı vasitələr quraşdırılmayıb.
Videogörüntülərdən də aydın olur ki, xüsusi texnikanın köməyi ilə aparılan işlər zamanı asfalt qırıntıları metro çıxışına və sərnişinlərin hərəkət etdiyi əraziyə səpələnir. Bu isə metropolitendən istifadə edən insanların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb.
Piyadaların sözlərinə görə, ərazidə hər hansı məhdudiyyət tətbiq edilmədən asfalt örtüyü qazılaraq götürülür. İşlərin bu şəkildə təşkili həm sərnişinlərin hərəkətinə mane olur, həm də onların təhlükəsizliyini risk altına qoyur.
Metro çıxışı kimi insanların intensiv hərəkət etdiyi ərazidə təmir işləri aparılarkən niyə təhlükəsizlik tədbirləri görülmür?(Bizimesr.info)
VİDEO LİNKDƏ: https://bizimesr.info/az/post/vusal-nesirli-ise-basladi----asfalt-qirintilari-sernisinlerin-uzerine-tokuldu---video-24377