• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur

Gündəm / Cəmiyyət

13-04-2026, 11:38


Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci ildə keçirilmiş bəzi dövlət satınalmaları ətrafında araşdırma apardıq. Araşdırmalarda məlum oldu ki, sözügedən idarənin Satınalma Komissiyası tərəfindən kifayət qədər ciddi qanun pozuntusuna yol verilib.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi kanal qırağı yolların abadlaşdırılması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Samir Ramazan oğlu Verdixanov ilə 298.068 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.01.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Samir Ramazan oğlu Verdixanov 2007-ci ildən Qusar rayonu, Qusar şəhəri, Muxtadır, ev 74-də fiziki şəxs kimi vergi uçotuna alınıb. Samir Ramazan oğlu Verdixanovun (VÖEN: 4700224882) hazırki günə 16 014.11 manat vergi borcu var.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “ESM-Trading”  MMC ilə 410.918 manat məbləğində müqavilə bağlamışdır. Məlumat satınalmaların portalında 30.10.2025-ci ildə dərc edilib. Müqavilə bağlanma tarixi 27.10.2025-ci il, bitmə tarixi 30.12.2025-ci ilə müəyyən edilib.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən keçirilmiş bu tenderlərdə bir mənbədən satınalma metodunun tətbiq edilməsi bir sıra suallar doğurur, əsaslı şübhələr yaradır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, nə kanal qırağı yolların abadlaşdırılması, nə də avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin satınalma prosedurunu bu şəkildə keçirməsi yuxarıda qeyd etdiyimiz kimi, bir sıra şübhələr yaradır. Əsas şübhələr isə idarənin satınalma müqaviləsi bağladığı şirkətlərlə bağlıdır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə qalib secdiyi “ESM-Trading”  MMC göstərilən satınalma predmetinin konkret təchizatçısı olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Qeyd olunan satınalma predmetinin əvəzedicisi və alternativi olduğu halda Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nə üçün “ESM-Trading”  MMC ilə bir mənbədən satınalma metodu tətbiq etməklə müqavilə bağlamışdır?

Qeyd edək ki, “ESM-Trading”  (VÖEN:3102061471) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 26.12.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, SƏMƏD VURĞUN (XIRDALAN), ev.1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quluzadə İlkin Rasim oğludur.MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Mehdi Eldar oğlu olub.

MMC 15.10.2025-ci ildə İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə subartezian quyuların cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 488.833 manat dəyərində müqavilə bağlayıb.

Bunlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbər vəzifəli şəxslərinin göstərişi ilə bağlanan müqavilələrdir və büdcə vəsaitlərinin təyinatından kənarlaşdırlmasından başqa heç nəyə xidmət etmir.

Yuxarıda qeyd etdiyimiz kimi, bir mənbədən satınalma metodu satınalma predmetinə təcili tələbat yarandıqda tətbiq edilə bilər. Sual oluna bilər. Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fiziki şəxs Samir Ramazan oğlu Verdixanovla bağladığı müqaviləyə təcili tələbat hardan yaranıb? Bir fiziki şəxs olaraq Samir Verdixanov 11.12.2025-ci ildən 29.12.2025-ci ilə qədər, yəni 18 gün ərzində 298.068 manat dəyəri olan tendiri həyata keçirmək iqtidarındadırmı? Onun bu işləri yerinə yetirməyə texniki bazası varmı?

Təbii ki, bunlar əvvəlcədən razılaşdırılmış, planlaşdırılmış bir satınalmadan başqa bir şey deyil. Çünki, nə “ESM-Trading”  MMC, nə də fiziki şəxs olaraq Samir Verdixanov yuxarıda qeyd etdiyimiz kimi, uyğunluq göstəricilərinə cavab vermir, müvafiq tələblərə cavab verən işçi qüvvəsi yoxdu.

Göründüyü kimi Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi qısa müddət ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə ümumi dəyəri 708 986 manat olan iki satınalma müqaviləsi bağlamışdır. Bu satınalmaların təşkilini Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərini pozumaqla həyata keçirib. Belə ki, MMC-lərin heç birinin analoji işlərdə təcrübəsi, işçi qüvvəsi və digər uyğunluq göstəriciləri nəzərə alınmayıb ki, bu da tenderlərdə saxtakarlığa yol verildiyinə şübhələri artırır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizovdur.  O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin kadrlarından hesab edilir.  2012-ci ildən üzü bu yana sözügedən quruma rəhbərlik edir. Daha əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədri, sonradan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə rəhbərlik edən Zaur Mikayılov nədənsə Əhməd Əhmədzadənin bu kadrına hələ də vəzifə başında saxlayır. Bir çox rayonlarda Əhməd Əhmədzadənin kadrlarını vəzifədən çıxarmasına, dəyişməsinə baxmayaraq.

Məlumatlara görə onun arxasında hələ Əhməd Əhmədzadənin dövründə müavini olan,  hazırda isə Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev durur. Sual yarana bilər. Zakir Quliyev hansı xidmətlərinə görə i4 ildir Məzahir Əzizovu sözügedən idarənin başında saxlayır, ona şərait yaradır.

Rayon sakinlərinin mediada yayılan şikayətlərinə görə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçiləri 1 ha əkin sahəsinin suvarılması üçün, imkanlı şəxslərdən 100 manat pul alırlar və günlərini kafedə yeyib –içməkdə keçirirlər. İdarəyə rəhbərlik edən Məzahir Əzizov isə əksər vaxtlarda iş başında tapılmır. Görünən odur ki, Məzahir Əzizovun işçiləri su satıb kef edir, özünün isə başı tenderlərə ayrılan yüzminlərə qarışıb.

Elə Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçayın məcrasını dəyişərək 6 evi təhlükə altında qoyması barədə sakinlərin şikayəti də bu qəbildəndi. Sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb. Amma Qusarçayda sahilbərkitmə, bəndatma işlərinə ayrılan pulların hara getdiyi bəlli deyil.

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasına ünvanladığımız məktuba cavabında idarənin baş mühasibi bildirir ki, “Mən Qusar SMSİİ-nə baş mühasib yeni təyin olunmuşam. Məqalədə göstərdiyiniz məsələlərə heç bir aydınlıq gətirə bilməyəcəyəm.

Həmçinin də Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri  sadalamaqla qurtarmaz
İşini sevən, kollektivin qeydinə qalan, müraciət edən abonentin şikayətini dinləyib yerindəcə həll edən və həm də çox insani keyfiyyətlərə malik rəhbərdir.”
Maraqlıdır, yeni təyin olunmuş baş mühasib Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri  sadalamaqla qurtarmadığını haradan bilir?
 
Aktualinfo.net

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

9-04-2026, 10:44

Sevindik Hətəmov Hacıqabul şəhər nümayəndəliyinin keçirdiyi şübhəli satınalmalara nə qədər şərikdi

Gündəm / Sosial

7-04-2026, 18:01

Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI... - İLGİNC FAKTLAR...

Cəmiyyət / Gündəm

3-03-2026, 10:10

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

Gündəm / Sosial

3-04-2026, 12:22

Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb

Gündəm / Sosial

6-04-2026, 17:43

Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Son xəbərlər
  • Сегодня, 18:00
    Tramp İranla müharibənin çox tezliklə bitəcəyini açıqlayıb
  • Сегодня, 17:00
    Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda
  • Сегодня, 16:34
    İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
  • Сегодня, 16:21
    “Kiçik Ermənistan üçün 3 min nəfər?” - Rusiyalı rəsmidən ABŞ səfirliyi ilə bağlı açıqlama
  • Сегодня, 15:46
    FHN `Qurtuluş 93`də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır (VİDEO)
  • Сегодня, 15:05
    Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olundu - ƏMR
  • Сегодня, 14:26
    "Özünü nazirdən yuxarı sanırdı..." - ETİRAZ
  • Сегодня, 13:03
    Mingəçevirin yolları da başçı İlham İsmayılovun “ATF” MMC ilə işbirliyinə qurban gedib
  • Сегодня, 12:32
    Prezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir - Yasamalda özbaşınalıq VİDEO
  • Сегодня, 11:47
    Tanınmış sənətçinin BANK KARTI QARƏT OLUNDU - "Evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?"
  • Сегодня, 11:18
    Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara kim hüquqi qiymət verəcək? İTTİHAM
  • Сегодня, 10:33
    ​CƏLİLABAD MEŞƏLƏRİNDƏ NƏ BAŞ VERİR? – VİDEO
  • Сегодня, 10:01
    Arzuxan Əlizadənin Milli Məclisdə etmədiyi çıxışı: Əhməd necə oğlandı? - AKTUAL
  • Сегодня, 09:30
    "Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...
  • Вчера, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Вчера, 17:45
    Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
  • Вчера, 17:04
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • Вчера, 16:47
    "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
  • Вчера, 16:16
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • Вчера, 15:30
    ADNSU-dan çıxdı, AzTU-ya şöbə müdiri keçdi - BUNDAN SONRA...
  • Вчера, 14:59
    Neftçala yenə suyun içində – 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir? – VİDEO
  • Вчера, 13:10
    Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
  • Вчера, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Вчера, 11:53
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
  • Вчера, 11:05
    Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI... - BU NƏDİ BELƏ?
  • Вчера, 10:34
    ""Bolmart"dan kimsə soruşmalıdır ki..." - "...niyə köhəlmiş çörəyi satırsan?"
  • Вчера, 09:48
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
  • Вчера, 09:27
    “Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...
  • 28-10-2026, 18:13
    “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
  • 28-10-2026, 17:54
    “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
  • 28-10-2026, 17:18
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • 28-10-2026, 16:45
    GƏNCƏDƏ 55 KÜÇƏDƏ ASFALT ÖRTÜYÜ YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜB — AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQLAMA VERMƏLİDİR!
  • 28-10-2026, 15:59
    “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın” - Aqil Babayevin ailəsindən müraciət
  • 28-10-2026, 15:10
    Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • 28-10-2026, 14:39
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə