• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə

Gündəm / Sosial

18-08-2026, 14:39


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Şəki şəhəri, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə 01.07.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AĞA-EE İNŞAAT”  Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 423.055,71 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 12.08.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, bu “AĞA-EE İNŞAAT” MMC ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumlar arasında bağlanan ilk müqavilə deyil.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 27.09.2024-cü ildə “AĞA-EE İNŞAAT” MMC ilə  Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə 7.664.193,62 manat dəyərində müqavilə bağlayıb.
Sözügedən Fond “AĞA-EE İNŞAAT” MMC ilə 3.096.254,75 manat dəyərində bir müqavilə də Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 45 №-li yaşayış binasının tikintisi üzrə 13.03.2020-ci ildə bağlayıb.
Məlum olduğu kimi hər il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə kifayət qədər vəsait ayrılır. Bu işlər Komitənin Mənzil İstismar Departamenti tərəfindən keçirilən satınalmalar yolu ilə həyata keçirilir. başqa sözlə desək tenderlər Komitə rəhbərlərinə yaxın şirkətlərə verilir.
Burada maraqlı bir məqamı xüsusi ilə vurğulamaq istərdik. Ayrı-ayrı rayonlarında olan məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri niyə bir şirkətə verilir?  Eyni zamanda beş rayonda yerləşən köçkün qəsəbələrindəki fərdi yaşayış evlərinin təmiri niyə bir şirkətə həvale olunur?
Məsələn Biləsuvar, Sabirabad, Saatlıdakı məcburi köçkün qəsəbələri niyə ayrı-ayrı şirkətlər tərəfindən həyata keçirilir. Hər rayonda olan məcburi köçkün qəsəbələrində təmirə ehtiyacı olan evlarin layihə smetasını tutub, həmin yer üzrə ayrı tender keçirmək mümkün deyilmi?
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti yalnız 2026-ci ilin son 8 ayı ərzində rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə onlarla müqavilələr bağlayıb.
Bakı və Sumqayıt şəhərləri, Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 341.801,7 manat dəyərində müqavilə “STAR CONSTRUCTION GROUP” MMC ilə 23.01.2026-cı ildə bağlanılıb.
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 799.054,11 manat dəyərində müqavilə “KƏNDAHAR” MMC ilə 23.01.2026-cı ildə bağlanılıb.
Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin, mənzillərin və pilləkən qəfəslərinin təmiri üzrə 979.111,02 manat dəyərində müqavilə “RESİNG CONSTRUCTİON GROUP”  MMC ilə 27.02.2026-cı ildə bağlanılıb.
Bakı, Sumqayıt, Mingəçevir şəhərilərində və Biləsuvar, Bərdə rayonlarında salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 447.667,61 manat dəyərində müqavilə “İS TƏMİR TİKİNTİ”  MMC ilə 27.04.2026-cı ildə bağlanılıb.
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 454.937,49 manat dəyərində müqavilə “REAL-İNŞAAT”  MMC ilə 27.04.2026-cı ildə bağlanılıb.
Göründüyü kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ayrı-ayrı rayonlarda məcburi köçkün qəsəbələrində təmir işlərini ayrı-ayrı şirkətlərə verib.
Bəs bu şirkətin eyni zamanda ayrı-ayrı rayonlarda dövlət sifarişlərini yerinə yetirməyə maddi texniki bazası varmı?
Götürək elə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin son müqavilə bağladığı “AĞA-EE İNŞAAT” MMC-ni.
Medianın 13.03.2026-cı ildə yaydığı məlumata görə “Ağa-EE İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib. Buna səbəb şirkətdə aparılan yoxlama zamanı Vasif və Asəf Şabanov qardaşlarının Şükürbəyli kəndi ərazisində aparılan işlərə əmək müqaviləsi bağlanmadan usta kimi cəlb edilməsi faktı aşkarlanıb.
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən “Ağa-EE İnşaat” MMC barəsində 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, işçilər MMC-ni faktiki olaraq idarə edən Vurğun Abbasov tərəfindən işə götürülsə də, onların bəziləri ilə əmək müqaviləsi bağlanmayıb. (Dövlət Vergi Xidmətinin məlumatlarında isə nizamnamə kapitalı 10 manat olan “Ağa-EE İnşaat” MMC-nin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı olduğu göstərilir) Onlara MMC-də topoqraf vəzifəsində işləyən Faiq Hüseynli nəzarət edib. Məhkəmənin hökmü ilə “Ağa-EE İnşaat” MMC-nin rəhbərliyi barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Göründüyü kimi “Ağa-EE İnşaat” MMC 2026-cı ilin martında əmək müqaviləsi olmadan işçi çalışdırdığına görə inzibati məsuliyyətə cəlb edilib. Bəs bu MMC-nin dörd ay keçdikdən sonra dövlət satınalmalarında iştirakı nə dərəcədə qanunidir?
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması:
Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi;
Göründüyü kimi “Ağa-EE İnşaat” MMC Mənzil İstismar Departamentinin tender prosedurunda iştirakla bağlı müraciətindən cəmi 4 ay əvvəl inzibati məsuliyyətə cəlb edilib və cərimə tətbiq olunub.
Qeyd edək ki, belə hallara Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müqavilə bağladığı bütün şirkətlərin də fəaliyyətində rast gəlmək mümkündür. Çünki maddi texniki bazası şübhə doğuran bu şirkətlərin heç biri eyni zamanda ayrı ayrı rayonlarda təmir işləri aparmaq iqtidarında deyillər. Bu şirkətlər yerlərdə heç bir müqavilə bağlamadan fəhlələrə günəmuzd 10-15 manat verib əmək haqqı adı altında külli miqdarda dövlət vəsatini talan edirlər.
Qeyd edək ki, Dövlət Komitəsində Mənzil İstismar Departamentinin sədri  Səbuhi Əhmədovdur. O, bu vəzifəyə 2019-cu ilin martında Dövlət Komitəsinin sədri Rövşən Rzayev tərəfindən təyin edilib. 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” NQÇ-nin rəisi vəzifəsində çalışıb. Mediada məcburi köçkün ailələri tərəfindən Səbuhi Əhmədovun xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməsi və digər qanunsuz əməlləri ilə bağlı geniş məlumatlar var.
 
Aktualinfo.net

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

24-07-2026, 14:42

Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

Gündəm / Sosial

5-05-2026, 18:59

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır? -DETALLAR

Gündəm / Sosial

10-03-2026, 14:59

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

Gündəm / Sosial

18-08-2026, 13:20

“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…

Gündəm / Siyasət

3-06-2026, 17:39

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Сегодня, 18:01
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Сегодня, 17:33
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Сегодня, 16:28
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Сегодня, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Сегодня, 15:37
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Сегодня, 14:57
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Сегодня, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Сегодня, 12:27
    Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...
  • Сегодня, 11:45
    “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
  • Сегодня, 11:15
    Dönərçi “Halal Food”u ifşa etdi – Foto
  • Сегодня, 10:42
    SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
  • Сегодня, 09:49
    Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
  • Сегодня, 09:21
    Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
  • Вчера, 18:53
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • Вчера, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • Вчера, 17:45
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Вчера, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • Вчера, 16:08
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Вчера, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Вчера, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Вчера, 14:32
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Вчера, 12:03
    "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
  • Вчера, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Вчера, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Вчера, 10:30
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Вчера, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Вчера, 08:58
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • 11-10-2026, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • 10-10-2026, 17:01
    “Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
  • 10-10-2026, 14:32
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • 10-10-2026, 13:26
    Sumqayıt Dövlət Universitetinin III korpusunda BİABIRÇI VƏZİYYƏT – Tələbələrdən sərt şikayət: “Bura universitetdən çox həbsxanaya bənzəyir!”
  • 10-10-2026, 13:03
    Bir işçi üç işçinin yerinə İŞLƏDİLİR - NARAZILIQ VAR...
  • 10-10-2026, 12:24
    Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
  • 10-10-2026, 11:22
    İlham Əliyev SƏRƏNCAM İMZALADI
  • 10-10-2026, 11:03
    “Tükəzban İsmayılova sağ olanda Gülbahar qorxusundan İlhaməyə yaxın gəlmirdi; - o, kimdir ki, mənə qadağa qoysun?”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə