Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.
O daha sonra əlavə edib:
“İlhaməyə mənim qızım qulluq edirdi. Ayaqlarına kimi yuyurdu. İlhaməni saxlayan İsmayıl kişi mənim qaynatam olub. Tükəzban İsmayılova həyat yoldaşım Xanımın bibisidir. Nə qədər ki, Tükəzban bibi sağ idi, onun qorxusundan Gülbahar İlhaməyə yaxın gəlmirdi. Anası olandan sonra İlhamə tək qaldı və bir də gördük ki, bacıları gəlib gedirlər. Gülbaharın danışmağının mənim üçün heç bir önəmi yoxdur. O deyir ki, mən İlhamənin qohumu deyiləm. Necə yəni qohum deyiləm?! İlhamə əgər mənim qohumum deyilsə şəxsiyyət vəsiqəsi niyə məndədir?! Mənim qızım ona “ana”, “Elya” deyirdi”.
Qeyd edək ki, sənətkarın bacısı Gülbahar Quliyeva bir müddət əvvəl mətbuata açıqlamasında Əli Mirəliyevə İlhamə Quliyeva ilə bağlı danışmağı qadağan etdiyini bildirib və əks halda onu məhkəməyə verəcəyi ilə bağlı xəbərdarlıq edib.