• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…

Gündəm / Sosial

Вчера, 15:33


Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müxtəlif təyinatlı malların satın alınması üzrə 01.04.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “EVEREST-2022” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərfələr arasında 601.370,48  manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınaılmaların portalında 09.10.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə “EVEREST-2022” MMC Kommunal Təsərrüfatı Birliyini 95 ədəd metal 1000 litrlik yaşıl rəngli, 40 ədəd metal 1000 litrlik narıncı rəngli zibil konteynerləri, 30 ədəd arxalı oturacaq, 5.000 cüt beş barmaq,sintetik parça, üzəri boyalı əlcək, 8.000 ədəd 72% (100qr) təsərrüfat sabunu,  800 kq yağlı boya, hər birindən 60 ədəd sapsız bel ucu iti və çalov, 140 ədəd bel sapı, 120 ədəd konteyner təkəri, 200 kq zibil torbası, 120 ədəd ixtisaslaşdırılmış araba, 340 cüt botinka qış üçün, 340 cüt botinka yay üçün, 340 dəst fəhlə paltarı, 340 dəst fəhlə paltarı qış üçün, 340 ədəd işarə jileti yay üçün, 340 ədəd işarə jileti qış üçün, 150 ədə kepka, 150 ədəd ləçək, 260 ədəd xalat, 340 ədəd gödəkçə, 56 ədəd avtoşin KAMAZ üçün, 24 ədəd avtoşin ZİL üçün və digər bu kimi təsərrüfat malları və digər nəqliyyat vasitələri üçün ehtiyyat hissələri ilə təchiz etməlidir.

Qeyd edək ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 12.12.2025-ci ildə, yəni yuxarıda bəhs edilən tenderdən doqquz ay əvvəl, müxtəlif təyinatlı malların alınması  üzrə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə 359.762,53 manat məbləğində müqavilə bağlayıb.

Göründüyü kimi, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi son 9 ayda müxtəlif təyinatlı malların satın alınması üzrə ümumi dəyəri 961 132 manat olan 2 satınalma müqaviləsi bağlayıb.

Şərtlər toplusuna görə qalib “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC Kommunal Təsərrüfatı Birliyini 40 ədəd fəhlə arabası (9 ay sonra 30 ədəd), 1.000 kq yağlı boya, 6.200 ədəd 72% (100qr) təsərrüfat sabunu (9 ay sonra 8.000 ədəd), 250 ədəd konteyner təkəri, 10 ədəd karobka filtr, 20 ədəd dizel filtri, 20 ədəd hava filtri, 20 ədəd yağ filtri və digər bu kimi  eyni adlı təsərrüfat malları ilə təchiz edib.

Bundan əlavə Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 02.11.2022-ci ildə əməkdaşların stifadəsi üçün nəzərdə tutulan bir sıra malların və lavazimatların satın alınması üzrə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə 289.745,46  manat dəyərində müqavilə bağlayıb.

Şərtlər toplusuna görə QSC Kommunal Təsərrüfatı Birliyini 200 ədəd fəhlə arabası, hər birindən 650 ədəd olmaqla vedrə dəmir 10 lt, bel sapı, bel çalov böyük, bel çalov kiçik, bel çalov ucu iti, xəkəndaz, 62.000 ədəd süpürgə həyət üçün və digər bu kimi  eyni adlı təsərrüfat malları ilə təchiz edib.

Göründüyü kimi Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2022-ci ilin noyabrından bu yana əməkdaşların xidməti istifadəsi üçün nəzərdə tutulan malların satınalınması üzrə ümumi dəyəri 1 250 877 manat dəyərində 3 satınalma müqaviləsi bağlayıb. Birliyin 2023-2024-cü illərdə satın aldığı təsərrüfat malları barədə satınalmaların portalına məlumat yerləşdirilməyib. Maraqlıdır, Xəzər rayon Kommunal Təsərrüfatı Birliyi bir milyon iki yüz əlli min manat dövlət vəsitinə aldığı bu təsərrüfat malları harada işlənib?

Göründüyü kimi Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi son dörd ildə konkret sayı bəlli olmayan əməkdaşlarının xidməti istifadəsi üçün ləvazimatlara, geyimə milyon manatdan yuxarı dövlət vəsaiti xərcləyib. Hələ Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin son illər nəqliyyat və xüsusi texnikaların satınalınmasına, o cümlədən onlara ehtiyyat hissələrinin alınması məqsədi ilə xərclədiyi milyonlarla mant dövlət vəsaitini bura qatmamışıq.

Qeyd edək ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin aldığı bu təsərrüfat mallarının istifadə müddətinin nə qədər olması barədə konkret bir fikir söyləmək çətindir. Amma bu təsərrüfüt mallarının böyük hissəsinin əməkdaşların xidməti istifadəsinə heç verilmədiyini söyləmək olar. Çünki Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçilərinin sayı məlum deyil. Belə olan halda hər il yüzminlərlə manata alınan geyim dəstləridən kimlərin istifadə etdiyi də, təsərrüfat mallarının harada istifadı olunduğu da bəlli deyil. Odur ki, Birliyin milyon manatdan çox dövlət vəsitinə aldığığ təsərrüfat mallarını həm də kimlərsə “yeyir”.

Qeyd edək ki, Qeyd edək ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Hikmət İslamovdur. O, uzun illər Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi olmuş Böyükağa İslamovun oğludur.

Bu gün  Bakı şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə Xəzər rayonu ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, küçə və prospektlərdə mövcud nöqsanların aradan qaldırılmasının müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Xəzər rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd olunan sahələrdə görülən işləri, eləcə də rayonun ümumi memarlıq və estetik görünüşünə xələl gətirən, qəzalı tikililərin vəziyyətini təhlil edib, mövcud nöqsanlar barədə danışaraq aidiyyəti rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

Yol verilən nöqsanlara və ərazilərə nəzarətin zəif təmin edildiyinə görə Xəzər rayon İcra Hakimiyyəti başçısının Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə isə xəbərdarlıq edilib.

Aktualinfo.net

P.S. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun töhmət verdiyi, cəzalandırdığı icra nümayəndələri günahsız qurbanlardır. Yuxarıda qeyd etdiyimiz məlumatlardan da göründüyü kimi milyonlarla manat dövlət vəsaiti Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xətti ilə talan edilir. Əsl cəzalandırılmalı olan şəxs də, məhz birliyin rəisi Hikmət İslamov olmalı idi. 

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-06-2026, 12:52

Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı - Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun - ARAŞDIRMA

Gündəm / Sosial

24-07-2026, 14:42

Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

Gündəm / Sosial

5-05-2026, 18:59

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır? -DETALLAR

Gündəm / Sosial

18-07-2026, 13:28

Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı

Gündəm / Sosial

12-03-2026, 10:10

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Сегодня, 18:01
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Сегодня, 17:33
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Сегодня, 16:28
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Сегодня, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Сегодня, 15:37
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Сегодня, 14:57
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Сегодня, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Сегодня, 12:27
    Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...
  • Сегодня, 11:45
    “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
  • Сегодня, 11:15
    Dönərçi “Halal Food”u ifşa etdi – Foto
  • Сегодня, 10:42
    SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
  • Сегодня, 09:49
    Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
  • Сегодня, 09:21
    Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
  • Вчера, 18:53
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • Вчера, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • Вчера, 17:45
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Вчера, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • Вчера, 16:08
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Вчера, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Вчера, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Вчера, 14:32
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Вчера, 12:03
    "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
  • Вчера, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Вчера, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Вчера, 10:30
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Вчера, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Вчера, 08:58
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • 11-10-2026, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • 10-10-2026, 17:01
    “Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
  • 10-10-2026, 14:32
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • 10-10-2026, 13:26
    Sumqayıt Dövlət Universitetinin III korpusunda BİABIRÇI VƏZİYYƏT – Tələbələrdən sərt şikayət: “Bura universitetdən çox həbsxanaya bənzəyir!”
  • 10-10-2026, 13:03
    Bir işçi üç işçinin yerinə İŞLƏDİLİR - NARAZILIQ VAR...
  • 10-10-2026, 12:24
    Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
  • 10-10-2026, 11:22
    İlham Əliyev SƏRƏNCAM İMZALADI
  • 10-10-2026, 11:03
    “Tükəzban İsmayılova sağ olanda Gülbahar qorxusundan İlhaməyə yaxın gəlmirdi; - o, kimdir ki, mənə qadağa qoysun?”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə