• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?

Gündəm / Sosial

7-05-2026, 14:43


Son illər Azərbaycanda korporativ tədbirlərin dili dəyişib. Bir vaxtlar klassik seminarlar, təqdimatlar və rəsmi çıxışlarla kifayətlənən şirkətlər indi daha çox “transformasiya”, “emosional dayanıqlılıq”, “özünü kəşf”, “healing” kimi anlayışlara üstünlük verir.
Beləcə, bu tendensiyanın son nümunələrindən biri də “Azərlotereya” ASC-nin jurnalistlər üçün təşkil etdiyi son “Kintsugi” transformasiya proqramıdır... Yəqin ki, bu başlanğıcdır və qarşıda “Azərlotereya”nın buna bənzər daha "jurnalist transformasiyası" layihələrinin şahidi olacağıq...

Bizimesr.com xəbər verir ki,  keçirilən tədbirin təqdimatına görə, müxtəlif media qurumlarını təmsil edən xanım jurnalistlər yapon fəlsəfəsinə əsaslanan xüsusi təlimə qatılıblar. Sessiya zamanı kasalar əvvəlcə sındırılıb, daha sonra isə bərpa olunaraq bəzədilib. Bu proses “insanın daxili bütövlüyünü yenidən qurması”, “çətinlikləri gücə çevirməsi” və “emosional sağalma” kimi izah olunub.

Əlbətde, ilk baxışda bu tədbir zərərsiz və hətta yaradıcı görünə bilər. Lakin məsələni daha dərindən analiz etdikdə bir sıra ictimai, etik və peşəkar suallar ortaya çıxmaya bilmir.

“Kintsugi” nədir və niyə populyarlaşıb?
“Kintsugi” Yaponiyada yaranmış sənət növüdür. Sınmış keramika qablar qızıl qarışığı ilə bərpa olunur və çatlar gizlədilmir. Əksinə, həmin çatlar əşyanın tarixinin bir hissəsi kimi nümayiş etdirilir.  Gözəl görünür, maraqlı səslənir... Sındırılmış qabların qızıl qarışıqla bərpası... Bizim misallarla desək, qızıl teştə qan qaytarmaq kimi bir şey... 


Müasir dövrdə bu anlayış artıq sadəcə sənət deyil. O, şəxsi inkişaf industriyasında geniş istifadə olunan psixoloji-metaforik bir modelə çevrilib. Dünyanın müxtəlif yerlərində “Kintsugi workshops”, “healing sessions”, “transformational coaching” kimi layihələr təşkil edilir.
Burada əsas mesaj budur -  İnsan qırıldıqdan sonra daha güclü ola bilər. Bu fikir müəyyən mənada motivasiyaedici olsa da, onun necə və hansı məqsədlə istifadə olunması mühüm məsələdir.  Amma bizim üçün əsas doğuran məqam budur - Niyə jurnalistlər üçün məhz belə təlim? Həmçinin daha bir müzakirə doğuran məsələ tədbirin auditoriyasıdır. 
Adətən jurnalistlər üçün təşkil olunan təlimlərdən aşağıdakı istiqamətlər gözlənilir - Araşdırma jurnalistikası, Media etikası, İinformasiya təhlükəsizliyi, Dezinformasiyaya qarşı mübarizə, Süni intellekt və media, Hüquqi biliklər, Rəqəmsal jurnalistika bacarıqları.
Lakin burada seçilən mövzu peşəkar inkişafdan çox emosional və psixoloji transformasiyaya yönəlib...  Bu isə təbii olaraq ortaya sual çıxarır. Məqsəd medianın peşəkar inkişafıdır, yoxsa jurnalistlərlə emosional bağ qurmaq?

Korporativ PR-ın yeni dili?
Bir daha qeyd edək ki, son illərdə böyük şirkətlər klassik reklam və PR metodlarından daha çox “emosional marketinq”ə üstünlük verirlər. Artıq şirkətlər sadəcə məhsul və ya xidmət təqdim etmir; onlar “dəyərlər”, “hisslər”, “şəxsi inkişaf” və “emosional rifah” satmağa çalışırlar. “Kintsugi” kimi konseptlər də bu strategiyanın bir hissəsidir. 
Belə tədbirlər şirkətlərə daha humanist görünmək, müasir korporativ imic yaratmaq, ictimai simpatiya qazanmaq, media ilə daha yumşaq münasibət qurmaq imkanı verir. Bu baxımdan “Azərlotereya”nın tədbiri sırf psixoloji seminar yox, həm də incə PR aləti kimi qiymətləndirilməlidir. 

Psixologiya ilə psevdopsixologiya arasında görünməz xətt
Bu hələ son deyil və əsas nüans psixoloji anlayışların kommersiyalaşdırılmasıdır. Çünki, müasir dövrdə “travma”, “şəfa”, “transformasiya”, “enerji”, “özünü tapmaq” kimi anlayışlar çox sürətlə populyarlaşır. Problem ondadır ki, bu terminlər bəzən elmi psixologiya ilə qarışdırılır. Halbuki, motivasiya seminarı terapiya  yaşam kouçluğu klinik psixologiya, emosional performans psixi sağlamlıq xidməti deyil. Bu sərhədlər qarışanda insanlar real psixoloji dəstək əvəzinə simvolik və səthi metodlarla kifayətlənə bilirlər.
“Azərlotereya”nın “Qırılmaq gözəldir” mesajının riskləri
“Kintsugi” fəlsəfəsinin əsas ideyası çətinlikləri qəbul etməkdir. Lakin bu yanaşmanın həddindən artıq romantikləşdirilməsi ciddi problemlər yaradır. Çünki, hər travma insanı gücləndirmir, hər ağrı “inkişaf imkanları” deyil.

İnsanlara davamlı şəkildə "sadəcə daxildən dəyiş” mesajı vermək çox hallarda real problemlərin görünməz olmasına gətirib çıxarır. Bu isə xüsusilə iqtisadi və sosial çətinliklərin yüksək olduğu cəmiyyətlərdə daha həssas məsələdir. Azərbaycanda isə psixoloji və motivasiya yönümlü tədbirlərə münasibət son illər daha skeptikləşib. Bunun səbəbi kouçinq bazarının sürətlə böyüməsi,  elmi əsası olmayan “transformasiya” proqramlarının artması, emosional manipulyasiya ittihamları, sosial problemlərin “düşüncə tərzi problemi” kimi təqdim olunmasıdır.
Belə bir fonda böyük maliyyə imkanlarına malik qurumların, Azərlotereya”nın  jurnalistlər üçün qab sındırmaq, emosional boşalma, simvolik sağalma üzərində qurulan proqramlar təşkil etməsi bəzi insanlar tərəfindən reallıqdan uzaq görünür.
Əlbətdə burada əsas məsələ “Kintsugi” fəlsəfəsinin yaxşı və ya pis olması deyil. Əsas olan buidur ki, Azərbaycanda media nümayəndələrinin həqiqətən ehtiyacı olan inkişaf modeli “Kintsugi” dirmi? Çünki jurnalistikanın bu gün qarşılaşdığı əsas problemlər,  iqtisadi problem, peşəkar resurs çatışmazlığı, təhlükəsizlik, hüquqi müdafiə, keyfiyyətli təlim imkanlarının azlığıdır. Belə bir şəraitdə “emosional transformasiya” tədbirlərinin prioritet seçilməsi istər-istəməz müzakirə doğurur. 

“Kintsugi” seminarı ilk baxışda estetik və motivasiyaedici tədbir təsiri bağışlaya bilər. Lakin daha geniş kontekstdə baxdıqda bu hadisə Azərbaycanda korporativ PR, media münasibətləri və psixoloji anlayışların kommersiyalaşdırılması ilə bağlı daha böyük tendensiyanın bir hissəsi kimi görünür.

Bizimesr.com

Paylaş:
Digər xəbərlər

Sosial

4-05-2026, 13:40

ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində

Mədəniyyət / Gündəm

21-02-2026, 17:03

Televiziyalar müğənniləri efirə pulla çıxarır - Brilliant Dadaşova ilə MÜSAHİBƏ

Gündəm / Siyasət

27-04-2026, 17:26

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Gündəm / Sosial

18-04-2026, 11:03

Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma

Gündəm / Sosial

9-03-2026, 15:13

Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Сегодня, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • Сегодня, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • Сегодня, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Сегодня, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Сегодня, 10:36
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Сегодня, 09:59
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Сегодня, 09:34
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • Вчера, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • Вчера, 17:48
    Qaradağda sakinlərin narazılığı böyüyür – Video
  • Вчера, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • Вчера, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • Вчера, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • Вчера, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • Вчера, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • Вчера, 13:24
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • Вчера, 13:06
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Вчера, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • Вчера, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Вчера, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
  • Вчера, 10:45
    “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
  • Вчера, 09:53
    Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
  • Вчера, 09:26
    Burda iynələri xəstələrə satırlar - GİLEY
  • 15-10-2026, 18:42
    Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
  • 15-10-2026, 18:24
    Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
  • 15-10-2026, 17:57
    Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
  • 15-10-2026, 17:23
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • 15-10-2026, 16:06
    Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
  • 15-10-2026, 15:07
    Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
  • 15-10-2026, 14:39
    “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
  • 15-10-2026, 13:13
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • 15-10-2026, 12:38
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • 15-10-2026, 12:21
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
  • 15-10-2026, 11:54
    Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
  • 15-10-2026, 11:13
    Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə