Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Gündəm / Sosial
Сегодня, 16:06
Kənd Təsərrüfatı Nazirliyi yanında Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyinin qanunsuz fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, idarənin vətəndaş sorğusuna verdiyi rəsmi cavabda bu fakt təsdiqini taplb. Belə ki, şikayət əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən sui istifadə etməklə , küllü miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə həvalə edilmişdir. Onu da qeyd edək ki, bu məsələ ilə bağlı bür müddət öncə Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev də çıxış etmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev Hafiz Hacıyevin qohumu olmasına rəğmən, partiya sədri sözügedən məmurun külli miqdarda yeyintilərə rəğmən həbs olunmamasının səbəbinin rüşvət verməsi ilə bağlı olduğunu bildirmişdi. Həmin çıxışı diqqətinizə çatdırırıq:
Əlavə olaraq cumhuriyyet.az olaraq onu da bildirək ki, Daşkəsən rayonunda yaylağa köç edən fermerlərdən rüşvət aldığına görə İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev tərəfindən Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən Azər Hacıyev və dostu heyvandarlıq sektorunun müdiri, birinci qrup gözdən əlil Səttar Hacıyev ilə birlikdə qovulublar. Bundan sonra Azər Hacıyev nazirlikdə kadr idarəsinin müdiri İlham Süleymanova yol taparaq Samux rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinə müdir təyin olunur. Samuxda Azər Hacıyev işçiləri haqsız işdən azad edib, əmisi oğlu Araz Hacıyevi sürücü, dostu Ruslanı hüquqşunas təyin edib. Eyni zamanda Azər Hacıye orada Pərvin və Ülviyyə adlı qadın işçiləri incidib. Bu hərəkətlərinə görə Samuxdan da işdən azad olunan Azər Hacıyev Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor gəlib. Azər Hacıyev digər rayonlarda etdiyi haqsızlıqları, qadın işçilərə qarşı əxlaqsız hərəkləri burada da edir. Həmçinin o, özü və oğlu qazi olan Hacıyev Əliaslanı da işdən çıxarıb. Eyni zamanda Cənab Prezidentinmiz tərəfindən qəbul olunub ad günü təbriki olunan və hədiyyələr alan Ümid Həbibov atası Eldar Həbibov şərlənərək işdən azad olunub. Altun Məmmədov adlı müavini də şərlənərək işdən azad olunub. Göygöl rayonu Zod kəndində qaziyə məxsus əkin torpaq sahəsinə dair subsidiya ödənilməyib.Qazi olan vətəndaş işlə təmin olunmaları üçün Azər Hacıyevə müraciət etsələr də müraciətlərinə baxılmayıb. Son olaraq cumhuriyyet.az olaraq mediada yer alan iddialara əsasən bildirək ki,, havardarları, yəni Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətin rəhbəri Vüqar Hüseynov və kadrlar idarəsinin müdiri İlham Süleymanov tərəfindən müdafiə edilən Azər Hacıyevin bur cür özbaşına fəaliyyət mexanizminə yiyələnməsi dövlətimizə arxadan vurulan zərbədir. Azər Hacıyevin Göygöl rayonundakı özbaşınalıqlarının analoqu yoxdur.