• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...

Gündəm / Sosial

9-03-2026, 15:13

Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...

Bizdə hər şey satılır, bircə həvadan qeyri.
Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Nikolaydan nə ki, qalmışdı, təmamən tükənib
Kasıbın heç nəyi yox, indi tavadan qeyri.

Rəhmətlik Baba Pünhan bu qəzəli yazanda ən azı 20-25 il əvvəl olub. İntəhası, bu şeirdəki reallıqdan nə dəyişib ki?! Əsrin dörddə biri geridə qalıb və Sabir demişkən, “biz hələ avtomobil minməyiriz”. Yəni bir az düzəliş etsək, biz hələ də bu əsrdə gestapoya bənzər bəzi xəstəxanalardan, müayinə-müalicə mərkəzlərindəki soyğunçuluqdan qurtula bilməmişik.
Ona görə mərhum Baba Pünhan yuxarıda düzgün göstərir ki,
Bizdə hər şey satılır, bircə həvadan qeyri
Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Çün bu zəmanədə havadan başqa hər şey pulladır. İllah da adamların canı ilə əlləşdiyi, ölümlə mübarizə apardığı yerlərdə. O yer ki, ora diri girən ölü çıxır, ölü kimi gedən isə soğan qabığı kimi soyulub çıxır. Bilmirsən ağır xəstəliyin dərdini, yoxsa pulun dərdini çəkəsən.
Bəli, təssüf hissiylə bildirirəm ki ,bu gün Azərbaycan səhiyyəsinin ən qorxunc və qəssabxana mühiti Milli Onkologiya Mərkəzi kimi tanınmaqdadır. . Bunu şəxsi olaraq tək mən iddia etmirəm, bu Mərkəzə ayaq basan istənilən azərbaycanlını dindir, ah-vay eləsin, fəryad-fəğan qoparsın. Nə sirri-xudadırsa, məhz MOM ən acınacaqlı yer olaraq qalmaqdadır. Halbuki ilk növbədə bu Mərkəz rüşvət toksiklərindən təmizlənməli, AZAD olmalıydı.

Pulun yoxdursa, gəlmə, qəbir yeri al

Baxın, son illərdə səhiyyəmizdə nə qədər iş aparılıb. TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birgə xeyli dəyişikliklər edib, həkimə, xəstəxanaya baxış kökündən fərqlənir, ələbaxan tibb işçisi yanaşması daha yoxdur.
Təbii ki, bu xidmətlərin və islahatların həyata keçirilməsində I Vitse-Prezident, özü də tibb sahəsinin insanı, oftalmoloq Mehriban Əliyevanın böyük siyasi iradəsi var. Onun nəzarəti və diqqəti nəticəsində səhiyyəmizdə böyük yeniliklər oldu, illərlə formalaşmış eybəcər qaydalar aradan qaldırıldı.
Lakin bu müsbət tendensiya, səhiyyəmizin rüşvət xəstəliyindən sağalması istiqamətində yürüdülən siyasət gəlib Milli Onkologiya Mərkəzinə çatmadı. MOM bəlkə də ölkədə istisna tibb müəssisələrindən və ya mərkəzlərindən biridir ki, hələ də pul, pul və yenə də pul əsas rol oynayır. Yəni pulun yoxdursa, bu mərkəzə gəlmə, get özünə qəbir yeri al. Çünki qapıdan girəndən həkim və müayinə otaqlarına qədər əlin cibində olmalıdır. Ona görə MOM-da kasıb onkoloji xəstələrə yer yoxdur. Ən dəhşətlidir budur ki, söhbət həyatda yaşamaq ümidi az olan xəstələrə münasibətdən gedir. Əslində, icbari tibbi sığortanın tətbiqinə elə bu Mərkəzdən başlamaq olardı.

Tibbi sığorta olmasa, bu eybəcərlik...

Buna görə də vətəndaşların çox saylı şikayyətləri, o cümlıdən şəxsi olaraq müraciətmizdə hörmətli Mehriban xanım Əliyevadan MOM-la bağlı tədbirlər görülməsi xahiş olunur. Müraciətmizdə deyilir ki, Mehriban xanımın himayəsi və göstərişi əsasında MOM tamamilə dəyişə bilər. Eyni zamanda, MOM-un direktoru, çox hörmətli akademik Cəmil Əliyevin də də müsbət töhfə verəcəyinə ümid var. Ümumiyyətlə, hörmətli akademikin bir direktor kimi bu mənzərəni MOM-a yaraşdırması da qəbuledilməzdir.
Öz nüfuzuna və adına layiq olaraq Onkologiya Mərkəzində islahatlar həyata keçirməlidir, ya da belə bir sistemdə işləməyə üstünlük verməməlidir. Ümüd edirik, çox hörmətli akademik müraciətimizi nəzərdən keçirərək diqqətə alacaqdır. O cümlədən Mehriban xanım Əliyevaya müraciətimizdə bildiririk ki, MOM rüşvətin xərçəng kimi yayıldığı bir yerdir. Burada hər bir müayinənin öz fantastik məbləği var. Kasıb əhali isə ödəniş etmək üçün borc-xərcə girir, sonra burada soğan kimi soyulur.
Vətəndaşlara isə deyirlər ki, hara istəsən şikayət elə. Bəli baş həkim Azad doktor olanlara göz yumur, şikayyət edənləri isə boş boş fəlsəfi nağıllar danışmaqla yola verir. Yəni pulsuz xidmət olmayacaq. O baxımdan icbari tibbi sığortanın real şəkildə tətbiqi və işləməsi vacibdir ki, olduqca ağır bir problem və yük cəmiyyətin də, səhiyyənin də üzərindən götürülsün. Hamıda böyük inam və əminlik var ki, yalnız Mehriban xanımın iradəsi ilə MOM-un eybəcər imici düzəldilə bilər.
Axı necə olur ki, ölkənin adı həmişə rüşvətdə, bazara çevrilməkdə hallanan dövlət xəstəxanaları indi normal fəaliyyət göstərir, MOM kimi bir mərkəz isə xarabazara dönüb.

Rüşvət metastaz verir, qanun isə deyir ki...

Qeyd edək ki, onkoloji xəstəliklər dünyada, o cümlədən də ölkəmizdə tüğyan etsə də, bu xidmətlər Azərbaycanda tibbi sığorta paketinə daxil edilməyib. Bundan sui-istifadə edən Milli Onkologiya Mərkəzi isə (MOM) xərçəng xəstələrinə tam olaraq ödənişli xidmət göstərir.Allah heç kimin güzarını bu xəstəxanaya salmasın, lakin məlum olur ki, MOM-a hətta qeydiyyat ödənişlidir. Bu, böyük utanc gətirən haldır.
Bundan başqa, MRT müayinəsi, yoğun bağırsağın kolonoskapik müayinəsi, qanın ümumi analizi, rengen müayinəsi, EKT müayinəsi, şüa-terapiya, kimya-trapiya... Hamısı pulludur. Qiymətlər isə adamı dəhşətə gətirir. Xəstə rəqəmləri görəndə ölümü seçir, xəstə yaxını isə intihar həddinə çatır. Söhbət bu müayinələrin 150-300, hər seansın isə 300-600 manat olmasından gedir. Azərbaycanda hansı reallığa uyğundur? Kimin məvacibi buna imkan verə bilər? Bəlkə məmurların maddi gücü çatar, onlar da MOM-u yox, İsraili, Almaniyanı və başqa ölkələri seçərlər. Elə bu baxımdan ölkənin baş onkoloqu Azad Kərimli
MOM da gestapo rejimi və bazar mühiti formalaşdırıb. Açıq şəkildə burada rüşvət xərçəng kimi yayılıb və artıq metastaz verməkdədir.
Tibbi sığortanın bu xəstəxanada işləmədiyini başa düşdük, bəs Azərbaycan qanunları necə, MOM-da işləyirmi?! Bizdən soruşsalar, müşahidələrimizə və real yaşadıqlarımıza görə "yox" cavabını vermək məcburiyyətində qalırıq. Çünki şahidi olduqlarımız bunu təsdiqləyir. Bununla yanaşı, "Onkoloji yardım haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nun 4.3-cü maddəsində oxuyuruq: "Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir". Qanunun bu qədər aydın yazıldığı halda dövlət tibb müəssəsi olan MOM-da bir pasientə belə ən ucuz xidmət ödənişsiz həyata keçirilmir.
Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.

Milli Onkologiya Mərkəzində ,, yeni il kompaniyası''

Ay məni qınayan, biz görmüşük ki, marketlərdə, bazarlarda bayram endirimləri olar. Biz görmüşük ki, bayramlarda parfümeriya mağazalarında, restoran və otellərdə endirim kampaniyası da olar. Hətta özəl klinikalarda belə çek-ap kampaniyaları da məntiqlidir. Lakin dövlətin müəssisəsi olan Milli Onkologiya Mərkəzində bayram endirimi ilk dəfə rastıma çıxırdı. Təsəvvür edin ki, MOM baş həkimi Azad dr. "ürəyiyumşaqlıq" edib, bayramlara görə endirim elan etmişdi. Ona görə də ödədiyim yüksək məbləğlərlə bağlı 150 manat geri qaytarıldı. Yeni il ərəfəsi olduğu üçün elə bil yeni il kompaniyasına düşmüşdim. "Bir qalanın sirri" filmində deyildiyi kimi, hörmətinizi görürəm xan...
Yəni MOM elə bir bazara çevrilib ki, istənilən endirim ediləndə edəndə sevinirsən. Ancaq bu yazını oxuyub sevinməyin, görünür, artıq endirim kampaniyası başa çatıb. Ancaq hörmətli xan həzrətləri ildə 1-2 dəfə "şok endirim" sözünü MOM-un girişinə yazdırıb yapışdırsa, pis olmazdı. Millətin çarəsiz, ölümlə mübarizə aparan biəlac təbəqəsi də heç olmasa "şok endirim"dən şad-xürrəm olardı. Bayramınız, yox-yox, qəzanız mübarək, endiriminiz bol olsun!!!
Bir sözlə, xalq Mehriban xanıma güvənir və ona səslənir ki, vətəndaşları və MOM-u bu rüşvət bəlasından XİLAS etsin. Ümid göydə uca Allaha, yerdə uca dövlətədir...

PS : İranda siyasi hakimiyyətin idarə olunmasına oxşar olan Səhiyyəmizin idarə etməsinin -İran modelindən qurtulmasının zamanı çoxdan çatmışdır!

İranda dövlət: Dini lider, Sepah,Prezident idarəçiliyi.

Azərbaycanda Səhiyyə: Tibbi İcbari suğorta, Təbib,Səhiyyə Nazirliyi.

Müəllif: Nicat Mahmudov - Mənbə: Rubrika.az

Paylaş:
Digər xəbərlər

Mədəniyyət / Gündəm

21-02-2026, 17:03

Televiziyalar müğənniləri efirə pulla çıxarır - Brilliant Dadaşova ilə MÜSAHİBƏ

Gündəm / Sosial

5-03-2026, 17:04

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Gündəm / Sosial

7-03-2026, 15:10

"PHŞ olmuş kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur…” - AXI NİYƏ?

Gündəm / Sosial

2-03-2026, 10:42

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT

Gündəm / Sosial

23-02-2026, 16:26

“Azərbaycan Avtomobil Evi”də qüsurlu “Changan” İDDİASI

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Сегодня, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • Сегодня, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • Сегодня, 13:24
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • Сегодня, 13:06
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Сегодня, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Сегодня, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • Сегодня, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Сегодня, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
  • Сегодня, 10:45
    “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
  • Сегодня, 09:53
    Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
  • Сегодня, 09:26
    Burda iynələri xəstələrə satırlar - GİLEY
  • Вчера, 18:42
    Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
  • Вчера, 18:24
    Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
  • Вчера, 17:57
    Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
  • Вчера, 17:23
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • Вчера, 16:06
    Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
  • Вчера, 15:07
    Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
  • Вчера, 14:39
    “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
  • Вчера, 13:13
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • Вчера, 12:38
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • Вчера, 12:21
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
  • Вчера, 11:54
    Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
  • Вчера, 11:13
    Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
  • Вчера, 10:43
    “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
  • Вчера, 10:09
    Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
  • Вчера, 09:27
    Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
  • 14-10-2026, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • 14-10-2026, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • 14-10-2026, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • 14-10-2026, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • 14-10-2026, 15:33
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • 14-10-2026, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • 14-10-2026, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • 14-10-2026, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • 14-10-2026, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə