• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir

Səhiyyə

Сегодня, 12:21


“Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” publik hüquqi şəxsi tərəfindən bir sıra malların satın alınması üzrə 02.09.2026-cı ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “YUNEST” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 34.343,43 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 09.10.2026-cı ildə dərc edilib.
Şərtlər toplusuna görə MMC satınalan dövlət müəssisəsini tualet üçün təmizləyici vasitə, kanalizasiya üçün vasitə, xlor, qab yuyan maye, sabun, şampun, salfetka, dəftər, bloknot, sifon, birdəfəlik kağız stəkan, qolf üçün təkər və bu kimi digər mallarla təmin etməlidir. Qeyd edək ki, Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası yuxarıda göstərilən eyni malların alınması üzrə “OMNİT TT” MMC ilə 26.05.2026-cı ildə 29.134,48 manat dəyərində müqavilə müqavilə bağlayıb.
Qeyd edək ki, Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası sözügedən MMC ilə son iki-üç ayda bir neçə müqavilə bağlayıb. Həm “YUNEST”  həm də başqa ad altında.
“Binanın fasad şüşələrinin yuyulması xidməti”nin satın alınması üzrə 19.819,04 manat dəyərində müqavilə 15.09.2026-cı ildə “YUNEST”  MMC ilə bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanılıb.
Xatırlatmaq istərdik ki, bir mənbədən satınalma metodu “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə yalnız bu hallarda tətbiq edilə bilər: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi sözügedən MMC xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, bir şirkətdir. Amma buna baxmayaraq Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası qanunun tələblərini pozaraq təsərrüfat malları sifariş verdiyi MMC ilə fasad şüşələrinin yuyulması xidməti üzrə bir mənbədən satınalma metodu tətbiq edilməklə  şübhəli müqavilə bağlayıb.
“Bir sıra işlər”in satın alınması üzrə 39.600,39 manat dəyərində satınalma müqaviləsi 31.07.2026-cı ildə “AXS” MMC ilə bağlanılıb.
Şərtlər toplusuna görə MMC vərəm sanatoriyasında torpağın hamarlanması, ağardılma işləri – bardurlar, hasarlar, ağaclar, kanalizasiya borusunun sökülməsi, əkilmiş gül və kolluqların dekorativ baxımı, su borularının yenilənməsi, fasad səthlərin yuyulması və təmizlənməsi,  binanın fasad örtüyünün düzəldilməsi, çiçək yataqlarının torpaq qatının hazırlığı və yumşaldılması kimi digər xidmətlər göstərmələdir.
Göründüyü kimi Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası həm malların alınması, həm də müxtəlif xidmətlərin göstərilməsi üçün bir MMC ilə ümumi dəyəri 93 762 manat dəyərində 3 satınalma müqaviləsi bağlamışdır.
Bəs sözügedən MMC barəsində nə kimi məlumatlar var. Açıq mənbələrdə “YUNEST” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun qanuni təmsilçisi barədə əlavə məlumata rast gəlinmir.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada “YUNEST” MMC eyni VÖEN-lə həm də “AXS” MMC kimi iyul-sentyabr aylarında “Sanator-Kurort Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi ilə müxtəlif xidmətlər üzrə ümumi dəyəri 140 893 manat dəyərində 3 satınalma müqaviləsi bağlamışdır.
Apardığımız araşdırma zamanı Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası “AXS” MMC-nin VÖEN-i kimi təqdim etdiyi eyniləşdirmə nömrəsinin “YUNEST” MMC-yə məxsusluğu məlum oldu. Sözügedən “YUNEST MMC 17.01.2012-ci ildə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Qusar rayonu, Yuxarı Ləyər kəndi, qanuni təmsilçisi Zeynalov Nahid Zakir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Yunusov Xalid Qiyasəddin oğlu olub. Daha sonra Ağasıyev Sarxan Dünyaməddin oğlu MMC-nin rəhbəti olub.
“YUNEST”  MMC-nin hazırkı qanuni təmsilçisi Zeynalov Nahid Zakir oğlunun isə uzun müddət “Bank of Baku” İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışdığı, bankın İT infrastrukturu və ödəniş sistemlərinin inkişafına rəhbərlik etməsi barədə açıq mənbələrdə məlumatlar var.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstünün açılması barədə məlumatlar yayılmışdı. Məlumatda bildirilirdi ki, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.
Cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Nurəddin oğlu Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.
Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.
Onların arasında Səhiyyə Nazirliyinin “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru Rəşid Bədəlovun da adı keçir.
Göründüyü kimi, ötən illərdə olduğu kimi Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrindəkorrupsiya şəbəkəsi davam edir. “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru Rəşid Bədəlov da köhnə şakərindən əl çəkə bilmir. Adı olub özü olmayan saxta şirkətlərə yenə də mal materialların alınması və müxtəlif xidmətlər adı altında işbirliyini davam etdirir.
 
Aktualinfo.net

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

31-07-2026, 09:53

“AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır – Antinhisar Agentliyi, yoxsa…

Gündəm / Sosial

24-07-2026, 14:42

Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

Gündəm / Sosial

5-05-2026, 18:59

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır? -DETALLAR

Gündəm / Sosial

24-04-2026, 14:15

Aynur Poluxovanın direktoru olduğu İnstitututda baş verənlərdən Teymur Musayevin xəbəri varmı

Gündəm / Sosial

12-10-2026, 15:33

Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Сегодня, 13:13
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • Сегодня, 12:38
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • Сегодня, 12:21
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
  • Сегодня, 11:54
    Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
  • Сегодня, 11:13
    Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
  • Сегодня, 10:43
    “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
  • Сегодня, 10:09
    Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
  • Сегодня, 09:27
    Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
  • Вчера, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Вчера, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Вчера, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Вчера, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Вчера, 15:33
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Вчера, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Вчера, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Вчера, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Вчера, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Вчера, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Вчера, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Вчера, 10:37
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Вчера, 09:48
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Вчера, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • 13-10-2026, 18:01
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • 13-10-2026, 17:33
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • 13-10-2026, 16:28
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • 13-10-2026, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • 13-10-2026, 15:37
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • 13-10-2026, 14:57
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • 13-10-2026, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • 13-10-2026, 12:27
    Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...
  • 13-10-2026, 11:45
    “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
  • 13-10-2026, 11:15
    Dönərçi “Halal Food”u ifşa etdi – Foto
  • 13-10-2026, 10:42
    SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
  • 13-10-2026, 09:49
    Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
  • 13-10-2026, 09:21
    Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə