Məlumata görə bununla yanaşı, klinikada çalışan bəzi işçilərlə əmək müqavilələrinin bağlanmaması faktı da əmək qanunvericiliyinin kobud şəkildə pozulduğunu göstərir. Vergidən yayınma iddiaları isə məsələnin maliyyə tərəfinin də qaranlıq olduğunu ortaya qoyur.Ən diqqətçəkən məqamlardan biri isə ödənişlərin böyük hissəsinin nağd şəkildə həyata keçirildiyinə dair iddialardır ki, bu da şəffaflığın bilərəkdən gizlədildiyi ehtimalını gücləndirir.
Bu cür halların davamlı xarakter alması artıq tək-tük pozuntu yox, sistemli problemlərin mövcudluğuna işarə edir. Sual yaranır: pasiyent təhlükəsizliyi kimə həvalə olunub? Müvafiq dövlət qurumlarının bu iddialara münasibəti niyə görünmür? Nəzarət mexanizmləri kağız üzərində qalırsa, vətəndaşların sağlamlığı necə qorunur?Səsləndirilən iddialar sadəcə bir klinikanın problemi deyil — bütövlükdə özəl səhiyyə sektorunda nəzarətsizlik və cəzasızlıq mühitinin formalaşdığını göstərir.
Davamı var
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com