• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Zehra Hospital-da qeydiyyatçı, yoxsa “kölgə kosmetoloq”? – Qanun pozuntusuna kim cavab verəcək?

Gündəm / Sosial

25-02-2026, 16:13

Zehra Hospital-da qeydiyyatçı, yoxsa “kölgə kosmetoloq”? – Qanun pozuntusuna kim cavab verəcək?

Cəlilabad rayonunda fəaliyyət göstərən Zehra Hospital özəl tibb müəssisəsində qeydiyyatçı kimi sənədləşdirilən Əliyeva İlhamə Yunis qızı ilə bağlı redaksiyamıza daxil olan məlumatlar ciddi hüquqi suallar doğurur.Rəsmi sənədlərdə “qeydiyyatçı” kimi göstərilən şəxs faktiki olaraq lazer epilyasiya aparatını idarə edir və iddialara görə hətta 19 yaşdan aşağı qız uşaqlarına bu proseduru tətbiq edir.Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlarına əsasən, tibbi müdaxilə sayılan prosedurlar yalnız müvafiq ali tibbi təhsili və sertifikasiyası olan şəxslər tərəfindən icra edilə bilər. Mediatv.az xəbər verir ki,kosmetoloji xidmətlər,lazer epilyasiya,inyeksion prosedurlar,mezoterapiya,pilinq,plazmoliftinq - örtük toxumalarına müdaxilə edən tibbi kosmetologiya xidmətləri hesab olunur və yalnız ali tibbi təhsilli, sertifikatlı həkim-dermatoveneroloqlar tərəfindən həyata keçirilə bilər.Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiqlənmiş lisenziya tələb olunan fəaliyyət növləri siyahısında ambulator tibbi xidmət və kosmetoloji fəaliyyət ayrıca göstərilib. Bu isə o deməkdir ki, lazer epilyasiya xidməti, müvafiq tibbi lisenziya tələb edir,sertifikatlı mütəxəssis tərəfindən icra olunmalıdır,tibbi standartlara və yaş məhdudiyyətlərinə riayət edilməlidir,Yetkinlik yaşına çatmayanlara lazer açıq risk hesab edilir. Mütəxəssislərin rəyinə görə, 18 yaşdan aşağı şəxslərdə hormonal sistem tam formalaşmadığı üçün lazer epilyasiya proseduru arzuolunmaz nəticələrə, o cümlədən hormonal balansın pozulmasına səbəb ola bilər. Bu səbəbdən yetkinlik yaşına çatmayanlara belə müdaxilələrin tətbiqi tibbi baxımdan risklidir və valideyn razılığı olsa belə, ciddi tibbi əsaslandırma tələb edir. 17 yaşlı və ya daha aşağı yaşlı qız uşaqlarına lazer proseduru tətbiq edilirsə, bu artıq, tibbi fəaliyyətin qanunsuz icrası,lisenziya şərtlərinin pozulması,yetkinlik yaşına çatmayan şəxslərin sağlamlığının riskə atılması,vəzifə saxtakarlığı və faktiki fəaliyyətin gizlədilməsi kimi hüquqi məsuliyyət doğuran hallara səbəb ola bilər.Tibbi təhsili və sertifikasiyası olmayan şəxs lazer epilyasiya kimi tibbi müdaxilə həyata keçirirsə, bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi (“Qanunsuz tibbi fəaliyyət”) ilə tövsif oluna bilər.Müvafiq lisenziya və ixtisas olmadan tibbi fəaliyyət göstərilməsi cinayət məsuliyyəti yaradır.17–18 yaşdan aşağı şəxslərə tibbi əsas olmadan lazer tətbiqi,ehtiyatsızlıqdan sağlamlığa zərər vurma (CM 124 və ya 128-ci maddələr kontekstində) kimi qiymətləndirilə bilər.
Əgər şəxs rəsmi olaraq “qeydiyyatçı” kimi sənədləşdirilib, lakin faktiki olaraq tibbi xidmət göstərirsə, bu lisenziya şərtlərinin pozulması,sahibkarlıq fəaliyyətinin qaydalarının pozulması,vergi və əmək qanunvericiliyinin pozuntusu ilə qiymətləndirilir. Bu halda təkcə icraçı deyil, müəssisə rəhbərliyi də hüquqi məsuliyyət daşıyır.

Qeydiyyatçı necə lazer mütəxəssisinə çevrilir?

Əliyeva İlhamə Yunis qızı rəsmi olaraq qeydiyyatçı kimi sənədləşdirilib, lakin faktiki olaraq tibbi kosmetoloji prosedur həyata keçirirsə, bu, həm əmək qanunvericiliyinin, həm də səhiyyə sahəsində normativ aktların kobud şəkildə pozulması deməkdir. Bu halda suallar yaranır: Müəssisənin rəhbərliyi bu faktlardan xəbərdardırmı, səhiyyə Nazirliyi və digər nəzarət orqanları planlı və ya qəfil yoxlama aparıbmı və ya aidiyyəti qurumlar hara baxır?
Özəl tibb müəssisələrinin fəaliyyətinə nəzarət səhiyyə sahəsində dövlət nəzarətini həyata keçirən qurumların səlahiyyətindədir. Əgər iddialar təsdiqini taparsa, bu, təkcə bir əməkdaşın məsuliyyəti deyil, həm də müəssisə rəhbərliyinin hüquqi cavabdehliyi məsələsini gündəmə gətirir.Yetkinlik yaşına çatmayanların sağlamlığı üzərində aparılan hər hansı qanunsuz eksperiment cəzasız qala bilməz. Əks halda “qeydiyyatçı” adı altında tibbi prosedur icra edənlərin sayı artacaq, vətəndaşların sağlamlığı isə kommersiya maraqlarına qurban veriləcək. Redaksiya olaraq aidiyyəti qurumları məsələyə hüquqi qiymət verməyə və faktların araşdırılmasına çağırırıq. Çünki burada söhbət təkcə bir prosedurdan yox, insanların sağlamlığından gedir.
Davamı var
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatv.az


Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

25-02-2026, 14:59

“Laser Beauty Clinic”də qəfil yoxlama – Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş -İLGİNC

Gündəm / Siyasət

23-02-2026, 15:58

İTS–TƏBİB KOORDİNASİYASI ƏTRAFINDA CİDDİ SUALLAR -DE-FAKTO

Gündəm / Cəmiyyət

25-02-2026, 17:50

Müqaviləsiz iş, “card to card” ödəniş – EDUNSTAZ nəyi gizlədir?

Gündəm / Cəmiyyət

23-02-2026, 10:47

Hərbi xidmətlə bağlı dəyişiklik: Fərqli hesablanacaq

Gündəm / Sosial

23-02-2026, 15:25

Səhiyyədə saxta ixtisas qalmaqalı: “Vest Hospital”a kimlər göz yumub? -TƏFSİLAT

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Сегодня, 17:39
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • Сегодня, 17:20
    Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
  • Сегодня, 15:57
    Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
  • Сегодня, 15:48
    Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
  • Сегодня, 15:25
    Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
  • Сегодня, 14:55
    “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
  • Сегодня, 13:23
    Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
  • Сегодня, 13:00
    Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
  • Сегодня, 12:11
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • Сегодня, 11:52
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Сегодня, 11:31
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Сегодня, 09:30
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
  • Сегодня, 09:09
    “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
  • 17-10-2026, 16:35
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • 17-10-2026, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • 17-10-2026, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • 17-10-2026, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • 17-10-2026, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • 17-10-2026, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • 17-10-2026, 10:36
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026, 09:59
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026, 09:34
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • 16-10-2026, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • 16-10-2026, 17:48
    Qaradağda sakinlərin narazılığı böyüyür – Video
  • 16-10-2026, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • 16-10-2026, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • 16-10-2026, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • 16-10-2026, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • 16-10-2026, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • 16-10-2026, 13:24
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • 16-10-2026, 13:06
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • 16-10-2026, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • 16-10-2026, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • 16-10-2026, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə