• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

"PHŞ olmuş kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur…” - AXI NİYƏ?

Gündəm / Sosial

7-03-2026, 15:10

"PHŞ olmuş kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur…” - AXI NİYƏ?

“TN çox səhv olaraq ölkədə müəllimlərin təkmilləşdirmə və ixtisasartırma institutlarını bağlayaraq, bu işi özlərinə yaxın adamların təşkil etdikləri kurslar, QHT-lər, MMC-lər vasitəsi ilə reallaşdırması təhsilin keyfiyyətini xeyli aşağı saldı, onun çökməsini daha da sürətləndirdi...№

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “ETN niyə PHŞ etdiyi universitetləri dəstəkləmir?” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Biliklər cəmiyyətində təhsil fasiləsiz proses olmalıdır. Yəni cəmiyyət daim öyrənən cəmiyyət olmasa, heç bir transformasiya ola bilməz. Bu tələb süni intellekt dövründə daha aktualdır. Belə bir zamanda universitetlərin rolu və fəaliyyət sferası daha da genişlənir. Məhdud maliyyə imkanlarına malik universitetlərimizin icbari olaraq publik hüquqi şəxs (PHŞ) modelinə keçidi onları əlavə maliyyə mənbələri axtarmağa sövq etməlidir. Lakin universitetlərimizdə elm, innovasiya, elmi nəticələrin kommersiyalaşdırılması, startap ideyaları zəif inkişaf etdiyindən universitetlərimiz əlavə pul qazana bilmir. Belə vəziyyətdə universitetlər əlavə təhsil xidmətləri vasitəsi ilə pul qazana bilər. Nəzərə alsaq ki, ETN-nin uzun illər ərzində yürütdüyü səhv və ziyanlı təhsil strategiyası səbəbi ilə hələ də universitetimizdə normal distant təhsil sistemi yaradılmayıb. Deməli, universitetlərimiz onlayn təhsildən də pul qazanmaq imkanından məhrumdurlar.

Digər tərəfdən, ETN və onun təsis etdiyi Fondlar tez-tez müxtəlif təlimlər sifariş edirlər. Bu sifarişlərin icraçısı universitetlər ola bilərdi. Burada illik dövriyyə milyonlarla manat təşkil edir. Xüsusən də 20 il əvvəl TN çox səhv olaraq ölkədə müəllimlərin təkmilləşdirmə və ixtisasartırma institutlarını bağlayaraq, bu işi özlərinə yaxın adamların təşkil etdikləri kurslar, QHT-lər, MMC-lər vasitəsi ilə reallaşdırması təhsilin keyfiyyətini xeyli aşağı saldı, onun çökməsini daha da sürətləndirdi. Məmurların təhsilə ziyanlı, dağıdıcı təsir edən bu “innovasiya”sının əsas səbəbi, təbii ki, daha çox şəxsi qazanc əldə etmək niyyəti idi. Amma bu işlərin təşkilində 20 il ərzində çoxsaylı nöqsanlar oldu, keyfiyyət xeyli endi, amma qaz vurub qazan dolduranlar da çox oldu. Ona görə də bu ziyanlı təcrübə hələ də davam edir. Görünür, əsas olan gəlirdir, təhsil çöksə də olar…

Belə təlim və ixtisasartırma xidmətləri üzrə bazarda çoxsaylı potensial icraçıların, xüsusilə ETN tərəfindən akkreditə olunmuş universitetlərin mövcud olduğu şəraitdə, dost-tanışların səviyyəsiz kurslarının təhsil bazarına daxil olması, bəzən 15-20 il ərzində monopoliya yaratması təhsil ictimaiyyətində ciddi suallar doğurur. Təəssüf ki, bu 20 ildə bu suallar təhsil məmurlarını narahat etmədi, çünki, heç təhsil də, onun keyfiyyəti də məmurları narahat etmir, təki “biznes”ləri yaxşı getsin.

Çox vaxt bu kurslar üçün “bir mənbə” üsulu tətbiq edilir, heç bir ictimai əsaslandırma da verilmir. Bu mexanizm isə qanunsuzluqdur, rəqabəti zəiflədir, qiymət və keyfiyyət müqayisəsini mümkünsüz edir, maraqlar toqquşması şübhələri yaranır, xalqın dövlət qurumlarına ictimai etimadı azaldır.

Beləliklə paradoksal vəziyyət yaranır: akkreditə olunmuş, PHŞ olmuş kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur. Sual yaranır: necə olur ki, ETN akkreditasiyasından keçən, bakalavr və magistr hazırlayan universitetlər deyil, rəsmi təhsil akkreditasiyası olmayan MMC-lər uzun illərdir böyük həcmli təlim layihələri ala bilir?

Bu sual iki təşkilati ziddiyyəti üzə çıxarır:

1) ETN bir tərəfdən universitetləri akkreditasiya edir, onlara keyfiyyət tələbləri qoyur, digər tərəfdən isə həmin universitetlərin malik olduğu elmi-pedaqoji potensialı dövlət sifarişli təlim layihələrinə sistemli şəkildə səfərbər etmir.

2) Universitetlərin imkanları maliyyə baxımından məhdudlaşdırılır, publik hüquqi şəxs (PHŞ) modelinə keçid zamanı kifayət qədər maliyyə bazası olmadan yeni idarəetmə modelinə keçirilir, onların pul qazanmaları üçün imkan yaradılmır, amma eyni vaxtda milyonlarla manatlıq layihələr alternativ və keyfiyyətsiz qurumlara yönəldilir.

Əgər 100 illik universitet ildə minlərlə müəllim hazırlayırsa, müəllimlər üçün qısamüddətli təlim kursları niyə onlara sifariş edilməsin? Ümumiyyətlə. təhsil islahatı ilə əlaqdar bütün elmi, texniki, texnoloji, metodiki v.a. yönlü layihələr universitetlərə, xüsusən də pedaqoji yönlü universitetlərə verilməlidir.

Respublika prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda qeyd edib: “ Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada- bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.” Dövlət qurumlarının elmlə, alimlərlə əlaqələr qurmasına ilk nümunəni məhz ETN göstərməlidir, ən azından belə təlimləri universitetlərə yönəltməklə, alimlərin potensialından istifadə etməklə v.s. ETN isə bu layihələri qanunsuz olaraq, özləri kimi elmdən uzaq dostlarına “hədiyyə” edirlər...

Bəzən də belə model tətbiq edilir: təlimlər universitet tərəfindən keçirilir, lakin vəsait MMC və ya QHT-yə köçürülür. Bu “vasitəçi modeli”ni xatırladır. Bu modeldə akademik işi universitet görür, maliyyə axını üçüncü tərəf vasitəsilə idarə olunur, ictimai məsuliyyət isə xaotik olur. Qazanan isə işbazlar olur. Belə yanaşma bir neçə risk yaradır:

1.Maliyyə pozuntusu ehtimalı – vəsaitin faktiki icraçıya deyil, vasitəçiyə yönəlməsi sualları doğurur.

2. Reputasiya zədəsi – keyfiyyətsiz icra və ya MMC-nin maliyyə pozuntuları mediada hallanır və universitetin adına ləkə gəlir.

3.Təşkilatı boşluq – dövlət universiteti öz funksiyasını yerinə yetirmək əvəzinə icraçı-subpodratçı statusuna endirilir, MMC və ya QHT-nin “xidmətçi”si olur.

Əgər belə mexanizm illərlə davam edirsə və sadəcə qurumun adı dəyişirsə, (məsələn TN indi ETN olarsa, ya əvvəlki QHT-nin adı KİV-lərdə hallandığı üçün onun bazasında MMC yaratmaqla “ETN-MMC tərəfdaşlığı” davam etdir. Yəni ETN-nin iş “texnologiya”sı dəyişmir, bu artıq fərdi hadisə yox, struktur problemdir.

Bu proseslərin nəticəsi etimad böhranı və insan kapitalı itkisi ilə yekunlaşır. Belə təcrübə uzunmüddətli perspektivdə bir neçə mənfi nəticə yaradır:

• Universitetlər demotivasiya olur– dövlət sifarişli layihələrdən kənar qalmaq onların maliyyə və akademik inkişafını zəiflədir.
• Elmi-pedaqoji potensial istifadəsiz qalır – mövcud kadr bazası effektiv səfərbər edilmir.
• İctimai etimadın azalması – satınalma mexanizmlərinə şübhə dövlət institutlarına ümumi inamı sarsıdır, korrupsiya ehtimalı yüksəlir.
• Keyfiyyətin qeyri-sabitliyi – rəqabət olmadıqda keyfiyyət təminatı zəifləyir.

Əgər eyni qurumlar illərdir “himayə” altında milyonluq layihələr alırsa və sonradan da iştirakşılar “uğurlu karyera” qura bilirsə, bu, meritokratiya prinsipinin aşınmasıdır.
Belə durumdan çıxış yolu struktur islahatlar və şəffaf, açıq mexanizmlərin yaradılması və düzgün tətbiqidir. Problemin həlli sistemli mexanizmlərin qurulmasındadır:

1. Təlim və ixtisasartırma layihələri üzrə məcburi açıq tender mexanizmi tətbiq edilməlidir (istisnalar ictimai əsaslandırma ilə açıqlanmalıdır).
2. Dövlət sifarişli təlimlərdə akkreditə olunmuş universitetlərə prioritet iştirak imkanı verilməlidir.
3. Maraqlar toqquşması halları üçün müstəqil audit və ictimai hesabatlılıq mexanizmi qurulmalıdır.

Burada əsas məsələ konkret MMC, QHT və ya konkret məmurlar deyil. Məsələ dövlət təhsil siyasətində institusional ardıcıllıq, şəffaflıq və ədalətli rəqabət prinsipinin qorunmasıdır, nə TN-də, nə də ETN-də olmayıb.
Əgər universitetlər akkreditə olunur, keyfiyyət standartları ilə qiymətləndirilir, lakin dövlət sifarişli layihələrdə sistemli şəkildə kənarda saxlanılırsa, bu, təhsil sisteminin öz daxilində struktur ziddiyyət yaradır.
Bu ziddiyyət aradan qaldırılmadıqca, nə peşə təhsilində keyfiyyətli sıçrayış, nə də insan kapitalına real investisiya mümkün olacaq. Dövlət vəsaiti isə yalnız maliyyə resursu deyil – o, ictimai etimadın göstəricisidir. Bu etimadın qorunması isə hər hansı layihədən daha böyük strateji prioritet olmalıdır.

Dosent İlham Əhmədov”

Moderator.az

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

6-03-2026, 13:24

ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir? -TƏFSİLAT

Mədəniyyət / Gündəm

21-02-2026, 17:03

Televiziyalar müğənniləri efirə pulla çıxarır - Brilliant Dadaşova ilə MÜSAHİBƏ

Sosial / Gündəm

24-02-2026, 15:40

Rayonlarda odun sobası, masada "SÜNİ İNTELLEKT": Nazirliyin bu layihəsi KİMƏ LAZIMDIR?

Gündəm / Sosial

25-02-2026, 16:13

Zehra Hospital-da qeydiyyatçı, yoxsa “kölgə kosmetoloq”? – Qanun pozuntusuna kim cavab verəcək?

Gündəm / Sosial

23-02-2026, 16:58

Başçının əsas qazanc yeri: Neftçalanın qış otlaq torpaqları... - İLGİNC FAKTLAR...

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Вчера, 16:35
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • Вчера, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • Вчера, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • Вчера, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • Вчера, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Вчера, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Вчера, 10:36
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Вчера, 09:59
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Вчера, 09:34
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • 16-10-2026, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • 16-10-2026, 17:48
    Qaradağda sakinlərin narazılığı böyüyür – Video
  • 16-10-2026, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • 16-10-2026, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • 16-10-2026, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • 16-10-2026, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • 16-10-2026, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • 16-10-2026, 13:24
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • 16-10-2026, 13:06
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • 16-10-2026, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • 16-10-2026, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • 16-10-2026, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
  • 16-10-2026, 10:45
    “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
  • 16-10-2026, 09:53
    Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
  • 16-10-2026, 09:26
    Burda iynələri xəstələrə satırlar - GİLEY
  • 15-10-2026, 18:42
    Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
  • 15-10-2026, 18:24
    Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
  • 15-10-2026, 17:57
    Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
  • 15-10-2026, 17:23
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • 15-10-2026, 16:06
    Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
  • 15-10-2026, 15:07
    Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
  • 15-10-2026, 14:39
    “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
  • 15-10-2026, 13:13
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • 15-10-2026, 12:38
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • 15-10-2026, 12:21
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə