• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Tanınmış tibb işçisi ŞOK FAKTLARI AÇIQLADI

Gündəm / Sosial

7-03-2026, 14:38

Bura Nizami Tibb Mərkəzinin tabeliyindəki 7 saylı doğum evinin "Əməliyyatxanasıdır". Yəni "Steril Zonası"dır. Şəkildəki mənzərə həqiqətən də müasir tibbi və sanitar normalarla ziddir..." "Dia-az" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində tanınmış tibb işçisi Benjamin Kərimov qeyd edib.

Tanınmış tibb işçisi ŞOK FAKTLARI AÇIQLADI

O daha sonra bildirir: "Cərrahi müdaxilə, xüsusilə də doğum kimi yüksək sterillik və təhlükəsizlik tələb edən bir mühitin bu vəziyyətdə olması xəstələr üçün birbaşa hospital infeksiyası riski yaradır. Burada bir çox absurd və qəbuledilməz hallar mövcuddur. Şəkildəki əsas antisanitar və qeyri-peşəkar detalları bir-bir qeyd edirəm:

1. Əməliyyatxana "hamam" deyil ki orada kafel, metlax, mərmər plitələri olsun. Kafel və metlaxların arasındakı tikişlər mikrobların, bakteriyaların, qan və digər bioloji mayelərin toplanması üçün ideal inkubatordur. Bu cür məsaməli və kəsikləri olan səthləri 100% dezinfeksiya etmək qeyri-mümkündür. Əməliyyatxana və Steril zonalarda asan yuyulan və antibakterial epoksid və ya xüsusi tibbi PVC (linoleum) örtüklərdən istifadə olunmalıdır. Toz və mikrob yığılmaması üçün divarlarla döşəmənin birləşməsi belə 90 dərəcəlik künclə deyil, oval şəkildə olmalıdır. Şəkildəki döşəmə isə həm də çox köhnəlib, çatlar və ləkələrlə doludur.
2. Əməliyyatxanada birbaşa çölə açılan pəncərənin olması qətiyyən yolverilməzdir. Çölə açılan pəncərə içəriyə toz, həşərat və xarici mühitdən gələn patogenlərin daxil olmasına birbaşa yoldur. Cərrahi otaqlar HEPA filtrləri ilə təchiz olunmuş xüsusi havalandırma sistemlərinə malik olmalıdır. Otaqda həmişə müsbət təzyiq yaradılmalıdır ki, qapı açılanda çöldəki, yəni dəhlizdəki çirkli hava içəri girməsin. Pəncərə olan yerdə bu aerodinamik balansı qorumaq mümkün deyil.
3. Digər Absurd və Təhlükəli Hallar:
Kabel Xaosu: Yerdə, birbaşa daşların üzərində uzanan çoxlu sayda açıq kabellər böyük problemdir. Onların altını və ətrafını təmizləmək olmur deyə, mikrob yuvasına çevrilirlər. Tibbi avadanlıqların naqilləri müasir klinikalarda asma sistemlərdən (tavan konsollarından) idarə olunmalıdır.
Paslı və Çirkli İnventar: Avadanlıqların altındakı dəmirlər, təkərləri olan masalar köhnə, çirkli və paslı görünür. Bu da steril sahə konsepsiyasına tam ziddir.
Tullantı və Əşyaların Yerləşimi: Qırmızı rəngli (böyük ehtimalla tibbi tullantı üçün nəzərdə tutulmuş) qutu açıq şəkildə steril zona olmalı yerdə, avadanlıqların və personalın ayağı altındadır. Zibil qutuları heç bir halda "Steril Zonada" (cərrahın, cərrahi masanın, steril alətlərin və açıq yaraya yaxın olan mərkəzi sahə) yerləşə bilməz. Qutular otağın künclərində, divara yaxın, yəni qeyri-steril zonada (dövriyyə zonasında) yerləşməlidir. Cərrah və ya steril tibb bacısı heç vaxt zibil qutusuna yaxınlaşmır və ona heç nə atmır. Tullantılar steril sahədən kənarlaşdırıldıqdan sonra yalnız otaqda sirkulyasiya edən, qeyri-steril tibb bacısı (circulating nurse) tərəfindən müvafiq qutulara atılmalıdır. Şəkildə aydın görünür ki zibil qutusu açıqdır. Əslində üzəri tam qapalı, yalnız ayaq pedalı və ya hərəkət sensoru ilə açılmalıdır. Əllə açılan qapaqlar kəskin şəkildə qadağandır.
Qısacası, bu mühitdə sterillikdən söhbət gedə bilməz və bura hər hansı bir cərrahi və ya ginekoloji prosedur üçün tam yararsızdır. Tək bura deyil əksər dövlət xəstəxanaları bu vəziyyətdədir. Bu mənzərə sadəcə təchizat və ya kadr məsələsi deyil, çox dərin institusional və idarəetmə patologiyasıdır. Səhiyyəyə milyardlar ayrılır, ən bahalı avadanlıqlar alınır, amma xəstəxana divarlarının arxasında hələ də orta əsrlərin idarəetmə zehniyyəti hökm sürür. Niyə?
Çünki sistem xəstəyə şəfa vermək üzərində deyil, vəzifələrin "tariflə" satıldığı, səriştəsizliyin hökm sürdüyü və resursların talan edildiyi bir "qara kassa" üzərində qurulub. Sistemin içində səssizcə əzilən o 10 faiz peşəkar həkimlərə pulla işə girən savadsız 90 faizi qorumaq üçün bütün ağır xəstələr, mürəkkəb növbələr yüklənir.
Məqalə fakt əsasında yazılıb. Növbəti yazıda bu böhran vəziyyətinin səbəblərini və həll yollarını təhlil edəcəm..."(Dia-az)

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

25-02-2026, 16:13

Zehra Hospital-da qeydiyyatçı, yoxsa “kölgə kosmetoloq”? – Qanun pozuntusuna kim cavab verəcək?

Gündəm / Sosial

6-03-2026, 10:56

“Milano Hospitalda“ əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”

Gündəm / Sosial

4-03-2026, 17:13

İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar

Gündəm / Sosial

7-03-2026, 15:10

"PHŞ olmuş kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur…” - AXI NİYƏ?

Mədəniyyət / Gündəm

21-02-2026, 17:03

Televiziyalar müğənniləri efirə pulla çıxarır - Brilliant Dadaşova ilə MÜSAHİBƏ

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
Вчера, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
10-09-2026, 10:39
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
8-09-2026, 11:21
AAYDA-nın Hövsanda çəkdiyi "yol" - Milyonlarla manat vəsait hara xərclənir? - VİDEO
4-09-2026, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
4-09-2026, 12:52
“Rent a car” rəhbəri TUTULDU
4-09-2026, 10:36
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Son xəbərlər
  • Вчера, 19:39
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Вчера, 19:14
    Seymur Orucov yarım milyonluq nə iş görəcək?
  • Вчера, 18:06
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Вчера, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Вчера, 13:49
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Вчера, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Вчера, 12:21
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Вчера, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Вчера, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Вчера, 10:21
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Вчера, 09:16
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • 19-09-2026, 17:35
    Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • 19-09-2026, 15:50
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • 19-09-2026, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • 19-09-2026, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • 19-09-2026, 10:24
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • 19-09-2026, 09:46
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • 19-09-2026, 09:00
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • 18-09-2026, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 17:01
    FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin də ÖZ MEHDİYEVİ VAR... - İTTİHAM VAR...
  • 18-09-2026, 16:21
    "Range Rover"imi satıb pulunu götürdü - Könül Həmzəyevanın MƏHKƏMƏSİ
  • 18-09-2026, 15:42
    Novxanıda Ramiz Mehdiyevə məxsus 5 hektar torpaq sahəsi iş adamına satılıb – Əcaba necə?
  • 18-09-2026, 14:59
    Binəqədidə TİKİNTİ XAOSU... - ETİRAZ VAR...
  • 18-09-2026, 13:35
    Sumqayıt İcra Hakimiyyəti qanunsuzluğa “norma” deyir? – “Açıqlama” niyyətinə qurulmuş cümlələr
  • 18-09-2026, 13:10
    "6 ildir bizi ALDADIRLAR, evsiz-eşiksiz QALMIŞIQ" - Gəncə sakinləri ETİRAZ EDİR
  • 18-09-2026, 12:11
    "Burda qiymətlər həddindən artıq yüksəkdir" - XİDMƏTSƏ... SIFIR!
  • 18-09-2026, 11:26
    Kamera önündə “ŞOU”, əməliyyat masasında təhlükə - “New Med”də ŞƏNLİK VAR!
  • 18-09-2026, 10:31
    “JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - NARAZILIQ VAR...
  • 18-09-2026, 09:48
    “Əsaslı Tikinti və Təchizat” İdarəsi “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-yə bir gündə 3 tender verdi – NƏ MÜNASİBƏT?
  • 18-09-2026, 09:13
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:38
    Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov əmək müqaviləsinin şərtlərini pozub müəllimləri istismar edir-İDDİA
  • 17-09-2026, 17:43
     “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
  • 17-09-2026, 16:32
    Burger King-də işləyən 50-yə yaxın şəxs maaşlarını ala bilmədiyini deyir - əmək müqaviləsi ilə çalışsalar da...
  • 17-09-2026, 15:55
     “Arpa işi”: İcra başçısı 2 sakinin həbsini tələb edir – APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ
  • 17-09-2026, 13:11
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə