Qeyd edək ki, bu tərəflər arasında bağlanan ilk müqavilə deyil. “Azəridmanservis” MMC cari ilin iyun ayından başlayaraq “ÇANAQÇI” MMC ilə 6 müqavilə bağlayıb.
“Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin binasında təmir işlərinin satın alınması üzrə 75.121,7 manat dəyərində.
Gəncə və Binəqədi Gənclər evlərində mövcud avadanlıqların təmir-bərpası və digər zəruri işlərin satın alınması üzrə 79.641,15 manat dəyərində.
Qazax Gənclər evinin mövcud infrastrukturun təmiri və digər zəruri işlərinin satınalınması üzrə 47.151,03 manat dəyərində.
Bakı Gənclər Mərkəzində mövcud infrastrukturun təmiri və digər zəruri işlərinin satınalınması üzrə 84.456,73 manat dəyərində.
Quba şəhəri “Gənclər Mərkəzi” binasında təmir və ərazisində abadlıq işlərinin satınalınması üzrə 471.099,01 manat dəyərində.
Göründüyü kimi “Azəridmanservis” MMC son üç ay ərzində “ÇANAQÇI” MMC ilə ümumi dəyəri 937 893 manat olan 6 satınalma müqaviləsi bağlayıb.
Bəs “Azəridmanservis” MMC-nin işbirliyi qurduğu sözügedən şirkət haqqında nə kimi məlumatlar var.
MMC qeydiyyatdan keçmiş, lakin kütləvi media orqanlarında, geniş rəsmi hesabatlarda və ya internet üzərindəki açıq resurslarda aktiv ictimai fəaliyyəti, veb-saytı və ya böyük həcmli brend layihələri barədə geniş məlumat tapılmayan hüquqi şəxsdir.
Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda “ÇANAQÇI” (VÖEN: 1309131011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.11.2024-cü ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ŞƏFAYƏT MEHDİYEV, ev.3, m.19, qanuni təmsilçisinin isə Həsənov Elsevər Hacı oğlu olduğu qeyd edilib.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlarda MMC-nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyası olması barədə məlumat yoxdur.
Belə olan halda, Gənclər və İdman Nazirliyinə tabeli “Azəridmanservis” MMC lisenziyası olmayan, maddi-texniki bazası barədə açıq mənbələrdə məlumat olmayan “ÇANAQÇI” MMC ilə ümumi dəyəri bir milyon manata yaxın olan müqavilələri hansı əsaslarla bağlayıb. Bu bir daha “Azəridmanservis” MMC-nin satınalmaların təşkili zamanı qanun pozuntularına yol verdiyini deməyə əsaslar verir və müqavilə bağladığı şirkətin arxasında gözəgörünməz qüvvələrin olduğunu təsdiq edir.
Arxasında güclü şəxslər durmasa “Azəridmanservis” MMC bir ucu Qazax-Gəncə, Goranboy, Şirvan və Sumqayıt, Quba kimi ayrı -ayrı rayonlarda təmir işlərini heç vaxt adından başqa barəsində heç bir məlumat olmayan “ÇANAQÇI” MMC-yə verməzdi.
Qeyd edək ki, “Azəridmanservis” MMC-nin direktoru Həsən Hüseynovdu. Onun bu vəzifəyə 2023-cü ildə təyin oldunduğu bildirilir. Onun, Gənclər və İdman naziri Fərid Qayıbovun yaxın adamlardan biri olduğu söylənilir.
Aktualinfo.net