• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Gəncədə aşkarlanan qanunsuzluqlara bu şirkətlər də ortaqdı – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi”

Gündəm / Sosial

23-04-2026, 10:58


Dünən mediada Hesablama Palatası tərəfindən Gəncədə 11 milyon manata yaxın artıq xərclərin  aşkarlanması barədə məlumat yayıldı. Palatanın “Dövlət auditi” bülletenində bildirilir ki, Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, “Gəncə İdman Sarayı”nın tikintisi, eləcə də qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının inşası üzrə audit aparılıb. Audit 1 yanvar 2023-cü ildən 1 iyul 2025-ci ilə qədər dövrü, ümumilikdə 192 milyon manat vəsaiti əhatə edib.

Audit nəticəsində müəyyən olunub ki, “Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində” inşa olunan yaşayış binası üzrə artıq iş həcmlərinin smeta sənədlərinə, müqavilənin qiymət cədvəlinə və yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilməsi müqavilə dəyərinin 79 371 manat artırılmasına və podratçıya artıq vəsait ödənilməsinə səbəb olub. Eyni obyekt üzrə işlərin həcmi və dəyərinin ümumilikdə 1 279 485 manat artırıldığı da müəyyən edilib.

Bundan başqa, mənzil fondunun əsaslı təmiri üzrə işlərin dəyərinin 2023-cü ildə 144 278 manat, 2024-cü ildə isə 258 198 manat artırıldığı bildirilib.

Auditdə qeyd olunub ki, “Gəncə İdman Sarayı”nın tikintisi üzrə torpaq və bünövrə işlərinin sonradan yeni dəyərlə təkrar daxil edilməsi müqavilə dəyərinin 6 164 850,38 manat artırılması ilə nəticələnib. Eyni zamanda layihə üzrə smetada nəzərdə tutulmayan bəzi avadanlıqların alınmaması və digər uyğunsuzluqlar işlərin dəyərinin əlavə olaraq 3 355 323 manat artmasına səbəb olub.

Hesablama Palatası həmçinin bildirib ki, yerində baxış zamanı artıq göstərildiyi müəyyən edilmiş 252,7 min manat dəyərində iş həcmləri dövlət büdcəsinə ödənilməklə bərpa edilib.

Bununla yanaşı, yolların əsaslı təmiri ilə bağlı podratçılarla bağlanmış müqavilələr üzrə 2 halda 19 milyon 912 min manat dəyərində işlərin başa çatdırıldığı qeyd olunub.

Qeyd edək ki, aktualinfo.org hələ bir neçə il əvvəl Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, “Gəncə İdman Sarayı”nın tikintisi və eləcə də Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işləri üzrə keçirilmiş dövlət satınalmaları əsasında silsilsilə araşdırma məqalələr yaymışdı.

Xatırladaq ki,  satınalmaların portalı üzərindən apardığımız ən son araşdırmada göstərmişdik ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Bundan əlavə satınalmaların portalında dərc edilmiş məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son 5 ildə yolların əsaslı təmiri işlərinə 50 milyon manatdan çox dəyəri olan rəsmi müqavilələr bağlanılıb.

Hesablama Palatasının açıqlamasında adı keçən “Gəncə İdman Sarayı”nın tikintisi işlərinə gəlincə.

Biz hələ 2022-ci ildə dövlət satınalmalarının portalında dərc edilmiş məlumatlar əsasında apardığımız araşdırmalarda tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda dövlət vəsaitin ayrıldığını yaymışdıq. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti sözügedənİdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 14.03. 2019-cu il tarixdə 4 000 000,00 manat, 09.04.2020-ci il tarixdə 4 600 000 manat, 06.10.2020-ci il tarixdə 1 800 000 manat, 19.03.2021-ci il tarixdə 9 400 000 manat, 12.08.2021-ci il taixdə 5 000 000 manat, 17.12.2021-ci il tarixdə 181 600 manat (milyonların müqabilində bu yüz səksən min nəyə lazım olub görəsən- red.), 09.03.2022-ci il tarixdə 15 000 000 manat, 28.09.2022-ci il tarixdə 10 000 000 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb ki, ümumi olaraq 49 981 600 manat təşkil edib.

Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinin satın alınması üzrə 06.03.2023-cü ildə “Rövşən Oğuz Qrup” MMC ilə 28.663.030,92 manat dəyərində müqavilə bağlayıb.

Gəncə İdman Sarayı üçün avadanlıqların satınalması üzrə “Rövşən Oğuz Qrup” MMC ilə 16.303.293 manat dəyərində bir müqavilə 02.10.2023-cü ildə, Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri (o cümlədən avadanlıqların quraşdırması, işə baxılması və sınaq işlərinin aparılması) üzrə 12.000.000 manat dəyərində müqavilə isə 05.06.2025-ci ildə bağlanılıb.

Göründüyü kimi son yeddi il ərzində, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Gəncədə İdman Sarayının tikintisinə yüz milyon manata yaxın dövlət vəsaiti xərclənib. Bu tenderlərin əksəriyyəti də bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Hesablama Palatasının açıqalmasında qey edilən “Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində” inşa olunan yaşayış binası üzrə isə İcra Hakimiyyəti “ALİANS”MMC ilə 8.506.646,26 manat dəyərində müqavilə bağlanılması barədə məlumat satınalmaların portalında 23.08.2021-ci ildə dərc edilib.  Göründüyü kimi Hesablama Palatası sözügedən işin icrası zamanı işlərin qəbulu aktlarına daxil edilməsi müqavilə dəyərinin 79 371 manat artırılmasına və podratçıya artıq vəsait ödənilməsinə səbəb olub. Eyni obyekt üzrə işlərin həcmi və dəyərinin ümumilikdə 1 279 485 manat artırıldığı da müəyyən edilib.

Bəs bu şirkət kimə məxsusdur. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi kimi Əliyev Bəxtiyar Camal oğlu göstərilir. Lakin əldə etdiyimiz məlumatlara görə Şirkətin əsal sahibi keçmiş Gənclər və İdman naziri, mərhum Azad Rəhimovun övladlarından biridir. Hansı ki, mərhum nazirlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qudadırlar.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildən Niyazı Bayramovdur. Son səkkiz il ərzində, yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra şəhərdə bir çox dövlət layihələrinin həyata keçirilməsinə, İdman Sarayının, Dram Teatrının tikintisinə yüz milyonlorla manata yaxın dövlət vəsaiti xərclənib.

Adları çəkilən “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC, “ALİANS”, “Rövşən Oğuz Qrup” və adını çəkmədiyimiz “GÖYGÖL TİKİNTİ”,  “ƏRDAGI”, “Reyhan Müəssisəsi” kimi MMC-lər Gəncədə dövlət büdcə vəsaitləri hesabına Niyazi Bayramovun sifarişləri ilə iş görüb, bir sözlə, başçıya ortaqlıq ediblər. Odur ki, adı çəkilən şirkətlərin fəaliyyəti də Hesablama Palatası tərəfindən yoxlanılsa daha məqsədəuyğun olar. Çünki burada ikili mühasibatlıq sənədlərinin ortaya çıxması qaşılmazdır. Bununla da Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işlərinə ayrılan büdcə vəsaitlərinin necə talan edildiyini müəyyən etmək olar.

Aktualinfo.net

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

5-03-2026, 12:08

Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

Gündəm / Sosial

22-04-2026, 15:33

Gəncənin icra başçısı Niyazi Bayramovun fəaliyyəti araşdırılır: 11 milyon manat artıq ödəniş aşkarlanıb

Gündəm / Sosial

10-04-2026, 16:36

Zabrat-Maştağa yolunun su basma müəmması - Milyonluq layihələr niyə işləmir? - ARAŞDIRMA

Gündəm / Sosial

23-04-2026, 09:02

Baba Rzayevin fəaliyyətində ciddi pozuntular: Səmərəsiz xərclər…..

Gündəm / Sosial

10-03-2026, 14:59

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
27-07-2026, 10:57
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
23-07-2026, 11:28
Hüquqşünas alimə cinayət işi açıldı
22-07-2026, 17:31
“AzVirt” MMC işçisinin haqqını vermir – ŞİKAYƏT
17-07-2026, 13:43
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
15-07-2026, 16:46
14 il şiddət görən qadının əri saxlanıldı
11-07-2026, 10:43
Monteneqrodakı qətlə görə Azərbaycanda DNT aparıldı
Son xəbərlər
  • Вчера, 18:46
    Türmədən Mandela kimi çıxacam, hakimiyyətə qayıdacam - Saakaşvili
  • Вчера, 18:03
    Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
  • Вчера, 17:32
    Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO
  • Вчера, 17:11
    Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
  • Вчера, 16:02
    Dənizdə batan 4 nəfər AXTARILIR
  • Вчера, 15:28
    “E-manat“ın sahibinin dövlətə borcu yaranıb - Küllü miqdarda
  • Вчера, 15:03
    Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı
  • Вчера, 13:19
    Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
  • Вчера, 12:42
    Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
  • Вчера, 12:05
    Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
  • Вчера, 11:31
    Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
  • Вчера, 10:30
    İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri - təcili yardım
  • Вчера, 10:02
    Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!
  • Вчера, 09:33
    Gəncə Dövlət Universitetiində qalmaqallar səngimir...
  • Вчера, 09:06
    Rövşən Nəcəf SOCAR-ı "SÖKÜR" - Dəniz özülləri və neft boruları qanunsuz sökülür - VİDEOLAR
  • 28-07-2026, 17:33
    Arzu Kazımov yenə qalmaqalın mərkəzində - “Servis+” MTK-da nə baş verir?
  • 28-07-2026, 16:42
    AYYDA-nın yarım-yapalaq qoyub qaçdığı yol - Video
  • 28-07-2026, 15:18
    Tovuz icra başçısı şəhid anasına "Biz sizə ev verən deyilik" cavabını verib - Şəhid anası müraciət etdi
  • 28-07-2026, 14:52
    Turizm sektoru çöküb - Ölkəyə gələn turistlərin sayı və otellərin sayı azalıb
  • 28-07-2026, 14:22
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 14:10
     Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
  • 28-07-2026, 12:21
    Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
  • 28-07-2026, 11:23
    Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət
  • 28-07-2026, 10:45
    "Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
  • 28-07-2026, 10:15
    “Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
  • 28-07-2026, 09:42
    Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
  • 28-07-2026, 09:07
    Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
  • 27-07-2026, 18:27
    Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
  • 27-07-2026, 18:11
    Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?
  • 27-07-2026, 17:11
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • 27-07-2026, 16:50
    Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO
  • 27-07-2026, 15:58
    Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
  • 27-07-2026, 15:24
    Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
  • 27-07-2026, 14:30
    Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
  • 27-07-2026, 13:48
    Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə