• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir

Gündəm / Sosial

15-07-2026, 11:34


Qazax rayon İcra Hakimiyyəti tərəfindən Qazax rayonunda yolların əsaslı təmiri işləri üzrə 21.05.2026-cı ildə başladılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AZƏRTRANSS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 639.044,08 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 09.07.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə “AZƏRTRANSS” MMC Qazax şəhərinin Fərrux Qayıbov, Babək, Ş.İ.Xətai, Amid Məmmədov, Həzi Aslanov, Mircəlal Paşayev, Süleyman Rüstəm,Ələddin Qədirov küçələrində yolların əsaslı təmiri işlərini aparmalıdır.

Qeyd edək ki, Qazax rayon İcra Hakimiyyəti 18.12.2025-ci ildə də Qazax şəhəri Heydər Əliyev parkında, Əliağa Şıxlinski küçəsində və N.Nərimanov yaşayış massivində abadlıq işləri üzrə “AZƏRTRANSS” MMC ilə 848.380,34 manat dəyərində satınalma müqaviləsi bağlamışdır.

Göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti son 7 ayda “AZƏRTRANSS” MMC ilə yolların əsaslı təmiri və abadlıq işləri üzrə ümumi dəyəri 1 487 424 manat dəyərində iki müqavilə bağlayıb.

Bundan əlavə Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi də “AZƏRTRANSS” MMC ilə Qazax şəhərində aparılacaq “Abadlıq” işləri üzrə 246.157,18 manat məbləğində satınalma müqaviləsini 17.12.2025-ci ildə bağlayıb.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Qazax rayon İcra Hakimiyyəti 11.08.2025-ci ildə Qazax şəhərində yolların əsaslı təmiri işləri üzrə “AZƏRTRANSS” MMC ilə 674.949,05 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti və Qazax şəhər İcra nümayəndəliyi Qazax şəhərində yolların əsaslı təmiri və abadlıq işləri üzrə son bir il  ərzində “AZƏRTRANSS” MMC ilə ümumi dəyəri 2 408 510 manat olan 4 satınalma müqaviləsi bağlayıb. 28.12.2024-cü ildə tərəflər arasında  təmir işlərinin satın alınması üzrə 511.913,77 manat dəyərində bağlanmış müqaviləni də üstünə gəlsək bu 3 milyon manata yaxın dövlət vəsaiti edir.

İndi gəlin görək Qazax rayon İcra Hakimiyyətinin son illər işbirliyində olduğu “AZƏRTRANSS” MMC barəsində açıq mənbələrdə nə kimi məlumatlar var.

Apardığımız araşdırma zamanı məlum oldu ki, “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin 03.06.2016-cı ildə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə və dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üzrə lisenziya aldığı göstərilir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRTRANSS” (VÖEN: 4200338081) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər  İdarəsində 17.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı QAZAX RAYONU, QAZAX ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV, ev.58/5, qanuni təmsilçisinin isə Qasımov Adil Məmməd oğlu olduğu qeyd edilib.

Qeyd edək ki, “AZƏRTRANSS”  MMC respublikamızın qərb bölgəsində xüsusilə tanınır. Şirkətin NK-nin 30.12.2023-cü il tarixli, 494 saylı Qərarına əsasən peşəkarlıq və təcrübəyə aid sənədləri olsa da əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi meyarı üzrə tələblərə cavab vermir. Çünki, şirkət daha çox yerlərədə günəmuzd fəhlələrdən, icarəyə götürülən texnikalardan istifadə edir ki, bu da ayrılan vəsaitin böyük hissəsinin mənimsənilməsinə yol açır.

Əldə etdiyimiz məlumatlara görə şirkətin qanuni təmsilçisi Adil Qasımov “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin Sədri Məmməd Musayevin yaxın dostudur. Elə Məmməd Musayevin rəhbərlik etdiyi təşkilatın Ucar, Şəki, fililalarının təmirini də məhz “AZƏRTRANSS” MMC aparıb.

Bundan əlavə “AZƏRTRANSS” MMC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” və bir neçə rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarələri ilə iri məbləğli müqavilələr bağlamışdır. Təbii ki, bu da Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin sayəsində.

Qeyd edək ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O,  Prezidentin 19 may 2016-cı il tarixli Sərəncamı ilə təyin edilib. Məlumatlara görə elə Rəcəb Babaşovun da himayədarı Məmməd Musayevdi. Yoxsa, barəsində hər cür neqatib məlumatlar yayılmasına baxmayaraq 10 idir ki, Qazax kimi rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsində otura bilməzdi.

Xatırladaq ki, Rəcəb Babaşov oğlu Elşən Babaşzadənin avtomoobil kolleksiyası ilə tez-tez medianın gündəminə gəlir. Belə ki, Qazax rayon İcra başçısı Rəcəb Babaşov Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobili, həm də özünün 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq “Rang Rover”i ilə medianın gündəminə düşmüşdü.

Aktualinfo.net

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

7-05-2026, 11:38

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

Gündəm / Sosial

5-05-2026, 18:59

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır? -DETALLAR

Gündəm / Sosial

15-05-2026, 08:56

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı –Həm də qanunu pozmaq yolu ilə

Gündəm / Sosial

12-03-2026, 10:10

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

Gündəm / Sosial

10-03-2026, 14:59

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Вчера, 16:35
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • Вчера, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • Вчера, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • Вчера, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • Вчера, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Вчера, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Вчера, 10:36
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Вчера, 09:59
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Вчера, 09:34
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • 16-10-2026, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • 16-10-2026, 17:48
    Qaradağda sakinlərin narazılığı böyüyür – Video
  • 16-10-2026, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • 16-10-2026, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • 16-10-2026, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • 16-10-2026, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • 16-10-2026, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • 16-10-2026, 13:24
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • 16-10-2026, 13:06
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • 16-10-2026, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • 16-10-2026, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • 16-10-2026, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
  • 16-10-2026, 10:45
    “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
  • 16-10-2026, 09:53
    Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
  • 16-10-2026, 09:26
    Burda iynələri xəstələrə satırlar - GİLEY
  • 15-10-2026, 18:42
    Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
  • 15-10-2026, 18:24
    Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
  • 15-10-2026, 17:57
    Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
  • 15-10-2026, 17:23
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • 15-10-2026, 16:06
    Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
  • 15-10-2026, 15:07
    Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
  • 15-10-2026, 14:39
    “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
  • 15-10-2026, 13:13
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • 15-10-2026, 12:38
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • 15-10-2026, 12:21
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə