• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Sülh Şurasının əsas məqsədi qlobal sülhün təmin edilməsidir - Vüqar Rəhimzadə

Siyasət

21-02-2026, 17:17

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclası keçirildi. Prezident Donald Tramp Sülh Şurasının sədri olaraq Şuranın qətnaməsini imzaladı. Sülh Şurasının üzvləri Şuranın fəaliyyətini təmin edəcək maliyyə bütövlüyü və şəffaflıq prinsiplərini müəyyənləşdirən qətnaməyə səs verdilər. Qətnamə yekdilliklə qəbul edildi. Bu, fevralın 19-da Vaşinqtonda dünyada sülhün möhkəmləndirilməsini əsas hədəf kimi qarşıya qoyan Sülh Şurasının ilk iclası ilə bağlı nəticələrdir. Bu günün müzakirə mövzusu təbii ki, beynəlxalq münasibətlər sisteminin hazırda köklü transformasiya mərhələsindən keçdiyi və mövcud qlobal idarəetmə mexanizmlərinin yeni reallıqlara adekvat cavab vermədiyi bir zamanda yaradılan Sülh Şurasının perspektivləridir.

Dünyada sülhün və təhlükəsizliyini yaradılması missiyasını üzərinə götürən, bugünədək qəbul etdiyi sənədlərin icrası üçün vahid mexanizm müəyyənləşdirməyən BMT-nin fəaliyyətsizliyi müxtəlif çağırışları şərtləndirir. Azərbaycan bu ilin yanvarında İsveçrədə keçirilən ənənəvi Davos Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimində iştirak etdi, Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşuldu. Azərbaycanın Sülh Şurasında bu statusda təmsil olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Azərbaycan hər zaman ədalətin, sülhün, təhlükəsizliyin tərəfdarı olub, bunu ən yüksək tribunalardan bəyan edib və bu gün də edir. Sülh, təhlükəsizlik hər bir ölkənin, ümumilikdə regionun və dünyanın dayanıqlı inkişafında əsas faktordur. Reallıq budur ki, ənənəvi beynəlxalq təşkilatlar və təsisatlar dünya ictimaiyyətinin üzləşdiyi təhlükəsizlik və humanitar problemləri həll etmək iqtidarında deyillər. Hazırda dünyada 60-dan artıq münaqişə ocağının mövcudluğu, o cümlədən Qəzzada baş verən hadisələr və Rusiya-Ukrayna müharibəsinin davam etməsi beynəlxalq mexanizmlərin iflasını bir daha təsdiqləyir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Halbuki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdı. Bu qətnamələrin qəbulunda iştirak edən və imzaları ilə təsdiqləyən dünya gücləri işğalçının öz adı ilə çağrılmasının guya problemin həllinə mənfi təsir göstərəcəyini, birtərəflilik kimi dəyərləndiriləcəyini bəhanə gətirərək keçmiş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədrləri kimi seyrçi mövqedə dayanmağa daha çox üstünlük verdilər. Çünki onları məsələnin həlli deyil, problemin dondurulması düşündürürdü. Azərbaycan 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Azərbaycan bu Zəfəri ilə bəzi dünya güclərinə sübut etdi ki, ədalət və beynəlxalq hüquq meyarları mövcuddur, sadəcə onların tətbiqi üçün vahid mexanizm yoxdur. Ədalətin, beynəlxalq hüququn maraqlara qurban verilməsi nəinki keçmiş Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına, eyni zamanda, onlarla münaqişə ocaqlarının yaranmasına səbəb oldu. Cərəyan edən proseslər fonunda bir daha təsdiqləndi ki, Birləşmiş Millətlər Təşkilatı münaqişələrin qarşısının alınması və həlli sahəsində yetərli siyasi iradə və təsir imkanları nümayiş etdirmir. Qurumun mövcud çağırışlara operativ və təsirli cavab verə bilməməsi yeni platformaların və çoxtərəfli mexanizmlərin formalaşmasını qaçılmaz edir. Məhz bu zərurətdən çıxış edərək Tramp Administrasiyası tərəfindən alternativ sülh mexanizmi kimi Sülh Şurası təşəbbüsü irəli sürüldü.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin çağırışlarında bu reallıq daim önə çəkilir ki, dünyada uzun illərdir müzakirə olunan mühüm məsələlərdən biri BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Hərəkata sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.

Görünən budur ki, BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq sülhün qorunması, münaqişələrin dinc yolla həlli və dövlətlərin suveren bərabərliyi prinsiplərinin praktikada pozulması təşkilata olan etimadı ciddi şəkildə sarsıdır. Beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən dizaynına və daha çevik, effektiv mexanizmlərin yaradılmasına ehtiyac var. ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”, “ABŞ BMT ilə çox yaxından işləyəcək”, “Bir gün mən burada olmayacağam. Düşünürəm ki, BMT daha güclü olacaq. Sülh Şurası demək olar ki, BMT-yə nəzarət edəcək və onun düzgün işləməsini təmin edəcək” kimi çağırışları özündə mühüm məqamları ehtiva edir. Sülh Şurasının gələcəyinə böyük inam ifadə edilir.

Millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq müstəvidə fəal siyasət yürütməsi ölkəmizin inkişaf modeli, strateji sabitliyi və çoxtərəfli diplomatiyaya verdiyi töhfələri ilə birbaşa bağlıdır. Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olması ev sahibliyi etdiyi tədbirlərdə, qlobal problemlərin həllində göstərdiyi səylərdə də özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev qlobal problemlərin həllində birgə səylərin göstərilməsinin vacibliyini bəyan etməklə yanaşı, bunu real addımları ilə təsdiqləyir. Prezident İlham Əliyev bu günlərdə Münxen Təhlükəsizlik Konfransının panel iclasındakı çıxışında, həmçinin müsahibələrində bu gün Azərbaycanın əsas çağırışının məhz sülh, təhlükəsizlik və əməkdaşlıq olduğunu bildirdi. Azərbaycanın dünyaya təqdim etdiyi sülh modeli ölkəmizin qətiyyətli mövqeyinin, ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinin nümayişidir. Bu fikirlər beynəlxalq tədbirlərdə Azərbaycanın uğuru, Prezident İlham Əliyevin liderliyinin göstəricisi kimi qeyd edilir. Ölkəmizin beynəlxalq problemlərin qarşısının alınmasında oynadığı rol konstruktiv yanaşma, dialoq və nəticəyönümlü diplomatiya prinsiplərinə əsaslanır. Ölkəmizin Sülh Şurası çərçivəsində önə çıxmasının əsas səbəblərindən biri məhz Ermənistanla sülh gündəliyinin irəli aparılması üzrə ortaya qoyduğu nümunəvi modeldir. Məhz bu model regionda uzun illər davam edən münaqişənin Prezident İlham Əliyevin liderliyi ilə həll olunmasını mümkün etdi. Qlobal kontekstdə bu təcrübə dövlətin öz suverenliyi və beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə nail olduğu nadir nümunələrdən biri kimi qiymətləndirilir. Hazırda Sülh Şurasına qoşulmuş dövlətlərin sayı 28-dir. Bu rəqəmin artması istisna deyil. ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında bu çağırışı etdi ki, Sülh Şurası istənilən ölkəyə açıqdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Sülh Şurasında Azərbaycanın iştirakı ölkəmizin növbəti uğuru, Prezident İlham Əliyevin dünyada böyük nüfuzu və Ona olan hörmətin təzahürüdür. Prezident İlham Əliyev sülh gündəliyinin müəllifidir. Tədbir zamanı Prezident Trampın bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevə xitab etməsi bunun bariz göstəricisidir. Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın tədbir çərçivəsində görüşməsi və bunun ABŞ Prezidenti Donald Tramp tərəfindən qeyd edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın və Prezident İlham Əliyevin rolunun göstəricisidir. Prezident İlham Əliyev Sülh Şurasının ilk iclasından öncə Münxendə Azərbaycan telekanallarına müsahibəsində bu təşkilatın gələcəyi ilə bağlı sualı cavablandırarkən bildirdi ki, beynəlxalq hüquq artıq etibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Donald Tramp böyük bir iş gördü. Prezident İlham Əliyev onu da vurğuladı ki, Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir.

Paylaş:
Digər xəbərlər

Mədəniyyət / Gündəm

21-02-2026, 17:03

Televiziyalar müğənniləri efirə pulla çıxarır - Brilliant Dadaşova ilə MÜSAHİBƏ

Gündəm / Cəmiyyət

21-02-2026, 17:11

Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxladı

Cəmiyyət

21-02-2026, 18:05

“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu

İdman

21-02-2026, 17:05

Əjdər Cəfərov baş katib təyin olundu

Cəmiyyət

21-02-2026, 17:16

Alabaşlı-Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq - ADY

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Сегодня, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • Сегодня, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • Сегодня, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • Сегодня, 13:24
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • Сегодня, 13:06
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Сегодня, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Сегодня, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • Сегодня, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Сегодня, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
  • Сегодня, 10:45
    “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
  • Сегодня, 09:53
    Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
  • Сегодня, 09:26
    Burda iynələri xəstələrə satırlar - GİLEY
  • Вчера, 18:42
    Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
  • Вчера, 18:24
    Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
  • Вчера, 17:57
    Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
  • Вчера, 17:23
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • Вчера, 16:06
    Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
  • Вчера, 15:07
    Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
  • Вчера, 14:39
    “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
  • Вчера, 13:13
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • Вчера, 12:38
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • Вчера, 12:21
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
  • Вчера, 11:54
    Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
  • Вчера, 11:13
    Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
  • Вчера, 10:43
    “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
  • Вчера, 10:09
    Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
  • Вчера, 09:27
    Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
  • 14-10-2026, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • 14-10-2026, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • 14-10-2026, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • 14-10-2026, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • 14-10-2026, 15:33
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • 14-10-2026, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • 14-10-2026, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • 14-10-2026, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə