• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…

Gündəm / Sosial

15-04-2026, 11:36


“Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməklə “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə telekommunikasiya xidmətləri üzrə 1.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.04.2026-cı ildə dərc edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Lənkəran rayon Mərkəzi Xəstəxanası telekommunikasiya xidmətləri üzrə bir satınalma müqaviləsi də “Aztelekom”  MMC ilə 31.01.2026-cı ildə bağlayıb. Bu müqavilənin dəyəri isə 32.040 manat təşkil edib.

Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanası yalnız 2026 ildə telekommunikasiya xidmətinə  dair bir mənbədən satınalma metodu tətbiq etməklə 2 satınalma müaviləsi bağlayıb. Bunun ümumi dəyəri 33 480 28 manat təşkil edib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi tariflərə görə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı tarifinə görə qeyri-əhaliyə 7,0 manatdır. Bu Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 7 nömrəli Qərarı, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə təsdiq olunub.

Dövlət Statistika Komitəsinin 20 oktyabr 2025-ci ildə yaydığı məlumata görə Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayı azalıb. Bildirilib ki, ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min nömrə təşkil edib. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdə olan sabit şəbəkə telefonlarıdır. Dövlət Statistika Komitəsinin məlumatlarından da göründüyü kimi qeyri-əhalinin xidmətində 80 minə yaxın telefon var.

Buradan sual yaranır. Lənkəran rayon Mərkəzi Xəstəxanasının istifadəsində nə qədər sabit şəbəkə telefonları var ki, il ərzindəyə istifadəyə görə 32 min manatdan çox vəsait ayırır?

Lənkəran rayon İcra Hakimiyyətinin rəsmi portalında Lənkəran rayon Mərkəzi Xəstəxanasının əlaqə  telefonları: (025) 254 48 39 (025) 254-16-64 cavab verən yoxdur və ya işləmir. Xəstəxananın instagram səhifəsində göstərilən əlaqə nömrəsi: 025 254 79 32 də işləmir. Belə olan halda 32 min manat hara, nə məqsədlə ayrılb?

Maraqlıdır, Lənkəran şəhər İcra Hakimiyyətindən bizə bildirdilər ki, telefon nomrələrində dəyişiklik olduğuna görə işləmir. İcradan bizə verdikləri bir neçə yeni telefon nömrələrinin də müəyyən olunmadığı məlum oldu oldu. Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanası işləməyən sabit şəbəkə telefonlarından istifadəyə görə dövlət vəsaitlərini ya boş-boşuna ayırır, ya da telekommunikasiya xidmətləri adı altında başqa istiqamətlərə.

Müqayisə üçün qeyd edək ki, Şəki şəhəri İcra Hakimiyyəti (Lənkəran rayon İcra Hakimiyyəti açıqlamayıb) 2026-cı il ərzində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə “Aztelekom”  MMC ilə 23.368,8 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Buraya Şəki rayonun bitün kənd icra nümayəndəliklərinə telekommunikasiya xidmətinin göstərilməsi də daxildir.

Yenə sual yaranır. Bir şəhər xəstəxanasına göstərilən telekommunikasiya xidməti bütov bir rayon İcra Hakimiyyətinə kənlərlə birlikdə göstərilən telekommunikasiya xidmətindən necə çox ola bilər?

Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanasının 2026 ildə telekommunikasiya xidməti üzrə bağladığı müqavilədə ziddiyətli, şübhəli məqamlar çoxdur. Burada müqavilənin qiymətinin nə qədər şişirdildiyini mütəxəsislər araşdırsa daha yaxşı olar.

Qeyd edək ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının keçirdiyi satınalmalarda şübhəli məqamlar bunlarla bitmir. Belə ki, Xəstəxana 12.01.2026-cı ildə su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair “Regional Su Meliorasiya Xidməti” PHŞ Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə iki satınalma müqaviləsi bağlayıb. 99.380 manat dəyərində bir, 49.690 manat dəyərində də bir.

Sual yaranır. Lənkəran rayon Mərkəzi Xəstəxanasında il ərzində nə qədər tullantı suları hasil olur ki, müəssisə ümumi dəyəri 149 070 manat dəyərində iki müqavilə bağlayıb? Bu müqavilədə də qiymətin süni şəkildə şişirdildiyi açıq aşkar görsənməkdədir.

Qeyd edək ki, Lənkəran rayon Mərkəzi Xəstəxanası 27.05.2025-ci ildə hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə “BT TEXNO SERVİS”  MMC ilə 198.172,12 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki,  tibbi tullantıların zərərsizləşdirilməsi prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığındakı poliqonda həyata keçirilir. Bunun üçün şirkət həftədə bir neçə dəfə Lənkərandan Sumqayıta yol qət etməli olur.

Sual yaranır. Lənkərandan Sumqayıta tibbi tullantıların daşınmasına 198.172 manat, elə Lənkərənda tullantı sularının axıdılmasına da 149 070 manat. Çox şübhə yaratmırmı?

Bundan əlavə Lənkəran rayon Mərkəzi Xəstəxanası 22.12.2025-ci ildə tələb olunan müxtəlif növ avadanlıqların təmiri xidmətlərinin satınalınması üzrə “MEDSOL” MMC ilə 83.608,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Xəstəxana 22.09.2025-ci ildə isə “MEDSOL” MMC ilə avadanlıqların satınalınması üzrə 79.992,2 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Yenə sual yaranır. Kim zəmanət verə bilər ki, “MEDSOL” MMC Xəstəxanada dekabrda təmir etdiyi avadanlıqlar sentyabrda satdığı avadanlıqlar deyil?

Qeyd edək ki, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Məmmədova Nuridə Rafiq qızıdır. O, daşıdığı vəzifəyə 2025-ci ilin avqustunda  TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanovun əmri ilə təyin edilib. Nuridə Məmmədova ondan əvvəl Lənkəran Regional Perinatal Mərkəzin direktoru olub.(aktualinfo.net)

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

13-04-2026, 11:38

Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur

Gündəm / Sosial

12-03-2026, 10:10

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

Gündəm / Sosial

10-03-2026, 14:59

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

Gündəm / Sosial

9-04-2026, 10:44

Sevindik Hətəmov Hacıqabul şəhər nümayəndəliyinin keçirdiyi şübhəli satınalmalara nə qədər şərikdi

Gündəm / Sosial

7-04-2026, 18:01

Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI... - İLGİNC FAKTLAR...

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
27-07-2026, 10:57
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
23-07-2026, 11:28
Hüquqşünas alimə cinayət işi açıldı
22-07-2026, 17:31
“AzVirt” MMC işçisinin haqqını vermir – ŞİKAYƏT
17-07-2026, 13:43
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
15-07-2026, 16:46
14 il şiddət görən qadının əri saxlanıldı
11-07-2026, 10:43
Monteneqrodakı qətlə görə Azərbaycanda DNT aparıldı
Son xəbərlər
  • Вчера, 18:46
    Türmədən Mandela kimi çıxacam, hakimiyyətə qayıdacam - Saakaşvili
  • Вчера, 18:03
    Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
  • Вчера, 17:32
    Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO
  • Вчера, 17:11
    Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
  • Вчера, 16:02
    Dənizdə batan 4 nəfər AXTARILIR
  • Вчера, 15:28
    “E-manat“ın sahibinin dövlətə borcu yaranıb - Küllü miqdarda
  • Вчера, 15:03
    Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı
  • Вчера, 13:19
    Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
  • Вчера, 12:42
    Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
  • Вчера, 12:05
    Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
  • Вчера, 11:31
    Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
  • Вчера, 10:30
    İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri - təcili yardım
  • Вчера, 10:02
    Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!
  • Вчера, 09:33
    Gəncə Dövlət Universitetiində qalmaqallar səngimir...
  • Вчера, 09:06
    Rövşən Nəcəf SOCAR-ı "SÖKÜR" - Dəniz özülləri və neft boruları qanunsuz sökülür - VİDEOLAR
  • 28-07-2026, 17:33
    Arzu Kazımov yenə qalmaqalın mərkəzində - “Servis+” MTK-da nə baş verir?
  • 28-07-2026, 16:42
    AYYDA-nın yarım-yapalaq qoyub qaçdığı yol - Video
  • 28-07-2026, 15:18
    Tovuz icra başçısı şəhid anasına "Biz sizə ev verən deyilik" cavabını verib - Şəhid anası müraciət etdi
  • 28-07-2026, 14:52
    Turizm sektoru çöküb - Ölkəyə gələn turistlərin sayı və otellərin sayı azalıb
  • 28-07-2026, 14:22
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 14:10
     Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
  • 28-07-2026, 12:21
    Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
  • 28-07-2026, 11:23
    Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət
  • 28-07-2026, 10:45
    "Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
  • 28-07-2026, 10:15
    “Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
  • 28-07-2026, 09:42
    Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
  • 28-07-2026, 09:07
    Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
  • 27-07-2026, 18:27
    Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
  • 27-07-2026, 18:11
    Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?
  • 27-07-2026, 17:11
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • 27-07-2026, 16:50
    Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO
  • 27-07-2026, 15:58
    Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
  • 27-07-2026, 15:24
    Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
  • 27-07-2026, 14:30
    Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
  • 27-07-2026, 13:48
    Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə