• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

“Azərbaycan Dəmir Yolları” QSC media sorğularından niyə yayınır?

Gündəm / Cəmiyyət

12-03-2026, 15:14


Dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumların ictimaiyyətə açıq olması və medianın sorğularını operativ cavablandırması normal və qanuni tələbdir. Lakin görünən odur ki, bəzi qurumlar bu prinsipləri hələ də qəbul etmək istəmir. Bizimesr.az redaksiyasının Azərbaycan Dəmir Yolları QSC ilə bağlı yaşadığı vəziyyət bunu bir daha göstərir. 

Bu ilin fevralın 17-də qurumun rəsmi elektron ünvanına media sorğusu göndərilib. Sorğuda ictimai maraq doğuran məsələlərlə bağlı suallar yer alıb. Lakin günlər keçməsinə baxmayaraq, sorğuya heç bir cavab verilməyib.

Bundan sonra redaksiya tərəfindən quruma növbəti müraciət göndərilərək sorğunun cavablandırılması xahiş olunub. Bir neçə gün sonra isə qurumdan formal xarakterli bir məktub gəlib. Məktubda bildirilib ki, vətəndaş müraciətləri 15 iş günü ərzində cavablandırılır və müraciət müvafiq şöbəyə yönləndirilib.

Lakin məsələ bununla bitməyib. Növbəti gün redaksiyaya göndərilən başqa bir cavabda müraciətin yenidən göndərilməsi tələb olunub. Bu dəfə isə əsas kimi göstərilib ki, məktub qeydiyyat nömrəsi, tarix və imza ilə təqdim edilməli, həmçinin konkret səlahiyyətli şəxsin adına ünvanlanmalıdır.

Redaksiya hesab edir ki, bu cür yanaşma faktiki olaraq media sorğusuna cavab verməmək üçün süni maneələr yaratmaqdan başqa bir şey deyil. Çünki media sorğusunun “qurum rəhbərliyinə” ünvanlanması tam normal praktikadır və bir çox dövlət qurumları belə müraciətləri heç bir problem yaratmadan cavablandırır.

Əslində isə sual yaranır - niyə “Azərbaycan Dəmir Yolları” QSC sadə bir media sorğusunu cavablandırmaq əvəzinə müxtəlif bürokratik bəhanələr irəli sürür?

Bu qurum dövlət büdcəsi hesabına fəaliyyət göstərir və onun fəaliyyəti birbaşa ictimai maraq doğurur. Belə olan halda jurnalistlərin suallarına cavab verməkdən yayınmaq, prosesə formal yanaşmaq və texniki detallar arxasında gizlənmək heç də düzgün və qəbulolunan davranış sayıla bilməz.

Dövlət qurumları mediaya qarşı bu cür laqeyd və qapalı mövqe nümayiş etdirdikdə, bu, cəmiyyətdə şəffaflıqla bağlı ciddi suallar yaradır. Çünki ictimai vəsaitlə fəaliyyət göstərən bir qurumun informasiya verməkdən yayınması, təbii olaraq onun fəaliyyətinin nə dərəcədə açıq və hesabatlı olduğu barədə şübhələr doğurur.

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi media ilə münasibətlərə yenidən baxmalı və ictimaiyyəti maraqlandıran suallara cavab verməkdən yayınmaq əvəzinə şəffaflıq nümayiş etdirməlidir. 

Bizimesr.az mövzunu diqqətdə saxlayacaq və qurumdan rəsmi mövqe daxil olacağı təqdirdə onu da dərc etməyə hazırdır.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Rövşən Rüstəmovdur...

Bizimesr.com

Paylaş:
Digər xəbərlər

Mədəniyyət / Gündəm

21-02-2026, 17:03

Televiziyalar müğənniləri efirə pulla çıxarır - Brilliant Dadaşova ilə MÜSAHİBƏ

Gündəm / Siyasət

12-03-2026, 16:16

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir - ŞƏRH

Gündəm / Sosial

9-03-2026, 15:13

Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...

Sosial

11-03-2026, 11:55

Gözdən əlilin probleminə KOR QALANLAR... - NARAZILIQ VAR...

Gündəm / Sosial

7-03-2026, 15:10

"PHŞ olmuş kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur…” - AXI NİYƏ?

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
31-03-2026, 18:02
Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
26-03-2026, 16:36
DİN BNMİ-nin əməliyyatı zamanı 10 kq narkotik vasitə və 1727 ədəd narkotik tərkibli həb aşkarlanıb
15-03-2026, 14:30
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
15-03-2026, 12:30
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
15-03-2026, 12:00
Ağcabədidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Son xəbərlər
  • Сегодня, 19:11
    “Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO
  • Сегодня, 17:43
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Сегодня, 17:09
    İçərişəhərdə yeraltı keçidlər “ticarət obyektinə” çevrilib – ictimai məkanlar kimlərin nəzarətindədir?
  • Сегодня, 16:28
    Keşlədə kollektor üzərində tikilən evə Rafiq Quliyev "icazə" verib? - Yüzlərlə evə ziyan vuran günahkar kimdir?
  • Сегодня, 15:45
    Təhsil adı altında qurulan sistem: Sumqayıt 23 nömrəli məktəbdə baş verənlər
  • Сегодня, 15:17
    Keçmiş deputatdan adı milyardlıq yeyintidə hallanan Saleh Məmmədova ATMACA... - "Vədədir…"
  • Сегодня, 14:49
    Ziya Məmmədovun qalmaqallı qohumuna yüksək vəzifə VERİLDİ
  • Сегодня, 13:13
    Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə NƏ İŞLƏR ÇEVİRİR?.. - İcazə verin, şübhələnək...
  • Сегодня, 12:33
    7 ton əlvan metal yoxa çıxıb: Rəşad Borçiyevin işi araşdırılır
  • Сегодня, 11:58
    Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir
  • Сегодня, 11:26
    Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi - İLGİNC FAKTLAR...
  • Сегодня, 10:41
    İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
  • Сегодня, 10:21
    Sabirabadda TƏHSİL ÖZBAŞINALIĞI...
  • Сегодня, 09:30
    Maxinasiya ustası registrator və podoloq rolunda - Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri
  • Сегодня, 09:08
    Mingəçevir Dövlət Universitetində milyonluq tender - Rektor Azər Eminov kiminlə razılıb?
  • Вчера, 09:25
    Xüsusi notarius Daxil Kərimovun hakimlik iddiası və digər əməlləri
  • Вчера, 00:24
    Kuşdinq Güləş Federasiyasının nümayəndə heyəti dünya çempionatında iştirak edəcək
  • 4-04-2026, 16:05
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • 4-04-2026, 15:28
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • 4-04-2026, 15:00
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • 4-04-2026, 14:16
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • 4-04-2026, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • 4-04-2026, 13:33
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • 4-04-2026, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • 4-04-2026, 11:45
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • 4-04-2026, 10:47
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • 4-04-2026, 10:26
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • 4-04-2026, 09:55
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
  • 4-04-2026, 09:36
    İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
  • 3-04-2026, 18:45
    ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
  • 3-04-2026, 18:15
    Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
  • 3-04-2026, 17:41
    Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO
  • 3-04-2026, 17:06
    Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
  • 3-04-2026, 16:35
    Xətai rayonunda Aprel şəhidlərinin xatirəsinə ehsan süfrəsi təşkil olunub
  • 3-04-2026, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə