• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur

Gündəm / Sosial

Сегодня, 13:39

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 21.09.2026-cı ildə ildə hər birinin dəyəri milyonlarla manat olan 13 satınalma müqaviləsi bağlayıb. Qurumun müqavilə bağladığı şirkətlərin hamısı daha əvvələr işbirliyində olduqları, sədr Baba Rzayevə yaxınlığı ilə seçilənlərdir. “Azərenerji” ASC daha çox “Azconstruction” QSC ilə müqavilə bağlayıb ki, diqqətimizi çəkməyə bilməzdi.
Naxçıvan MR-da ümumi gücü 50 MVt (25+25 MVt) olan GES-lərin enerjisistemə inteqrasiyası işləri üzrə 30.746.000 manat dəyərində.
Yeni tikilən YS-ya üçün avadanlıqların satın alınması üzrə 59.996.734,71 manat dəyərində.
Mövcud 220/10/10 kV-luq Qəbələ YS-nı 220/110/10 kV-luq YS-ya keçirməklə yenidən qurulması işləri üzrə 21.280.660,78 manat dəyərində.
110/35/10 kV-luq GİS tipli Duzsuzlaşdırma YS-nın tikintisi və enerji sistemininə inteqrasiyası, Yaşma YS-da gücləndirmə və genişləndirmə işləri ilə birgə satınalınması üzrə 45.964.995,01 manat dəyərində.

Göründüyü kimi “Azərenerji” ASC bir gün ərzində 4 böyük həcmli açıq tenderi “Azconstruction” QSC verib ki, ümumi dəyəri 157 988 389 manat təşkil edir.

Bundan əlavə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 21.09.2026-cı ildə ildə “ELECTRO İNDUSTRİES”  QSC  ilə də ümumi dəyəri 14 243 661 manat dəyəri olan iki müqavilə bağlayıb.

Maraqlıdır, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bir gün içində yüz yetmiş milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur və barələrində nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “AZCONSTRUCTION”  (VÖEN: 1902376131) Qapalı Səhmdar Cəmiyyətinin 09.04.2015-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B,  qanuni təmsilçisi kimi isə Əliyeva Təranə Tahir qızı qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “AZCONSTRUCTION” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Əhmədov Bayram Kərim oğlu olub. 2018-ci ilin avqust ayında təşkilatı-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Daha sonra Şükürov Vəlixan Qurban oğlu, Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu, Əliyev Rəşad Taqif oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.


Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “ELECTRO İNDUSTRİES”  (VÖEN: 1401861671) Qapalı Səhmdar Cəmiyyətinin 21.10.2010-cu il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B,  qanuni təmsilçisi kimi isə Qurbanov Emin Telman oğlu qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “VERDİCT-SERVİCE COMPANY” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Abbasov Nadir Əlisaab oğlu olub. 2018-ci ilin fevralında adını və təşkilatı-hüquqi formasını dəyişərək “ELECTRO İNDUSTRİES”  Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Rzaxanov Vaqif Alxas oğlu, Qarayev Natiq Yaqub oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.

Qeyd edək ki, reyestr məlumatlarında “ELECTRO İNDUSTRİES” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, A.A.MİRQASIMOV, ev 2 daha sonra  XƏZƏR RAYONU, AĞAMALI OĞLU (ZİRƏ QƏS.), ev 23 göstərilib. “AZCONSTRUCTION” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, BÜLBÜLƏ ŞTQ, MƏNBƏ, ev 38, mənzil 0 göstərilib.
Hər iki şirkət, “AZCONSTRUCTION” QSC 12.06.2020-ci ildən, “ELECTRO İNDUSTRİES” QSC isə 17.07.2020-ci ildən eyni yerdə, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, ünvanında fəaliyyət göstərirlər. Vergi Xidmətinin məlumatlarında da göründüyü kimi Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu hər iki şirkətə ayrı ayrı vaxtlarda rəhbərlik ediblər. Bu isə o deməkdir ki, hər iki şirkət bir nəfər tərəfindən idarə olunur.

Bəs bu bir nəfər kimdir?

Elektron medianın yaydığı məlumata görə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı Emin Rzayevin adının hallandığı qalmaqalla bağlı məhkəmə iddiası qaldırılıb. Söhbət Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) təmiri ilə əlaqədar yaranmış qalmaqaldan gedir. “Yapsan” MMC artıq bu işlə bağlı məhkəmədə iddia qaldırıb. Cavabdeh tərəf kimi “Elektro İndustries” QSC göstərilib.

Qeyd edilir ki, Mingəçevirdən olan iş adamları Nicat Həsənov və Rəşad Şirinov Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə bildirirdilər ki, onlar  “Yapsan” MMC olaraq 2018-ci ilin oktyabrında Azərbaycanın ən böyük istilik-elektrik stansiyası olan Mingəçevir İES-in təmirində subpodratçı olaraq fəaliyyət göstəriblər. Podratçı şirkət isə “Elektro İndustries” QSC olub. “2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, mən Şirinov Rəşad və “YAPSAN” MMC Azərbaycan İstilik Elektrik Stansiyasıında “Elektro İndustries” QSC ilə ümumilikdə 2.631.628,87 manatlıq müqavilə bağlamışıq.
Bunun müqabilində gördüyüm işlər üçün bir milyon manatadək avans köçürülüb. Lakin həmin 7 ay müddətində boya işlərindən qeyri-rəsmi olaraq 800.000 manatdan çox iş görmüşəm. Şirkətimin də blok olunmağı, sanksiya qoyulmağı və ümumi olaraq sahibkar kimi dəymiş ziyanın ödənməsini tələb edirəm. Müqavilənin uzanma müddəti “Elektro İndustries” QSC-nin rəhbər heyətinin səhlənkarlığı ucbatından olub”, – müraciətdə qeyd olunur.
İş adamlarının dediklərindən belə anlaşılır ki, onların pulunu podratçı “Elektro İndustries” QSC ödəmir. Bu qanunsuzluğun arxasında isə Baba Rzayevin qardaşı Emin Rzayev dayanır.

“Azconstruction” QSC-yə gəlincə. Vergi xidmətinin məlumatlarında QSC-nin təsisçisi Əhmədov Bayram Kərim oğlu olub. Elektron mediada yayılan məlumatlara görə o, 2024-cü ilin iyuluna qədər İcbari Sığorta Bürosunun  icraçı direktoru olmuş Rəşad Əhmədovun atasıdır. Hazırda, “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini daşıyan Rəşad Əhmədovun biznes imperiyasına “Electro İndustries” QSC, “Verdict Service Company” MMC, “GatDigital” QSC, “AzConstruction” QSC kimi şirkətlər daxildir. Bu şirkətlər daha çox “Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən keçirilən tenderlərdə qalib çıxarılaraq dövlət sifarişləri alır, ölkənin müxtəlif yerlərində işlər görürlər.

Amma apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi, bu şirkətlərin qanuni təmsilçilərinin kim olmasından asılı olmayaraq oxlar “Azərenerji” ASC-nin sədri Baba Rzayevi göstərir. Çünki, Baba Rzayevin bu QSC-lərlə uzaqdan, yaxından doğmalığı, bağlılığı olmasaydı bu şirkətlər milyonlarla dövlət sifarişlərini belə asanlıqla əldə edə bilməzdilər.

Aktualinfo.org

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

10-09-2026, 17:14

Törətdiyi bu iqtisadi təxribata görə... Məmməd Musayevi yaxın vaxtlarda nələr gözləyir

Gündəm / Sosial

12-09-2026, 15:25

Törətdiyi iqtisadi təxribatlara görə Məmməd Musayevi nələr gözləyir? -DETALLAR

Gündəm / Sosial

3-08-2026, 13:18

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Gündəm / Sosial

2-09-2026, 13:41

Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…

Gündəm / Siyasət

11-07-2026, 11:40

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
Сегодня, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
10-09-2026, 10:39
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
8-09-2026, 11:21
AAYDA-nın Hövsanda çəkdiyi "yol" - Milyonlarla manat vəsait hara xərclənir? - VİDEO
4-09-2026, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
4-09-2026, 12:52
“Rent a car” rəhbəri TUTULDU
Son xəbərlər
  • Сегодня, 15:41
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Сегодня, 14:42
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Сегодня, 13:39
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Сегодня, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Сегодня, 12:00
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Сегодня, 10:44
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Сегодня, 10:11
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Сегодня, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Сегодня, 08:41
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Вчера, 17:04
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Вчера, 16:00
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Вчера, 15:23
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Вчера, 13:21
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Вчера, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Вчера, 12:25
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Вчера, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Вчера, 10:51
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Вчера, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Вчера, 09:35
    Tehrandan Vaşinqtona sərt mesaj
  • 21-09-2026, 19:39
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • 21-09-2026, 19:14
    Seymur Orucov yarım milyonluq nə iş görəcək?
  • 21-09-2026, 18:06
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • 21-09-2026, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • 21-09-2026, 13:49
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • 21-09-2026, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • 21-09-2026, 12:21
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • 21-09-2026, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • 21-09-2026, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • 21-09-2026, 10:21
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • 21-09-2026, 09:16
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • 19-09-2026, 17:35
    Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • 19-09-2026, 15:50
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • 19-09-2026, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • 19-09-2026, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • 19-09-2026, 10:24
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə