• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT

Gündəm / Sosial

4-03-2026, 11:34

 

Neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən bir çox şirkət ətraf mühitə atılan tullantılara görə cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi SOCAR-ın tabeliyində olan “Azneft” İB-nin ətraf mühitə vurduğu zərərə görə 485,4 min manat məbləğində cərimə tətbiq edib.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) 2025-ci ilə dair illik hesabatında qeyd olunub.

Hesabata görə, Pirəbədil meşəbəyliyinin ərazisində SOCAR-a məxsus ağır texnika vasitəsilə “Azneft” İstehsalat Birliyinin “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin köçürülməsi zamanı müxtəlif diametrli və cinsli ağac və kollar torpağın üst münbit qatı ilə birlikdə çıxarılıb və məhv edilib. Nəticədə təbiətə dəymiş ziyanın məbləği 480 432,13 manat təşkil edib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib.

Eyni zamanda, “Azneft” İB-nin Əli Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin sahə rəisinə vəzifəli şəxs qismində 2 500 manat məbləğində cərimə tətbiq olunub. “Azneft”in hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Yerin təkindən qanunsuz istifadə ilə bağlı təbiətə dəymiş ziyanın məbləği 2 457 manat müəyyən edilib.

Bundan əlavə, “Shirvan Operating Company”, “Salyan OIL” LTD, “Neftchala Operating Company” LTD və “Karasu Operating Company” tərəfindən Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna 58 774,09 manat məbləğində ödənişin köçürülməsi təmin edilib.

Bu köçürmələr “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilib.

NHMT-nin illik hesabatında qeyd olunur ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkədə ekoloji çirklənmənin azaldılmasına ciddi diqqət yetirilir. Monitorinqlər zamanı neft hasilatı prosesində əmələ gələn lay sularının, mexaniki qarışıqların və zəhərli maddələrin (quyuların əsaslı təmiri zamanı yaranan zəhərli qarışıqlar, qaz xətlərinə yığılan mayelər, xətlərin donmaması üçün vurulan metanol, əmtəə neftinin lay sularından tam ayrılması üçün istifadə edilən maddələr və s.) neft yığım çənlərindən və digər yerlərdən birbaşa dənizə axıdılması hallarının əvvəlki illərlə müqayisədə nisbətən azaldığı müşahidə olunub.

Habelə ötən il yanvarın 31-də dənizdə nefti sahilə nəql edən xəttin normadan artıq yüklənməsi nəticəsində “Neft Daşları” və “Günəşli” yataqlarından Dübəndi sahəsinə və dənizə istiqamətlənən borular zədələnib. Zədələnmə nəticəsində neft sızması baş verib. Hesabatda vurğulanır ki, Dübəndiyə yaxın ərazidə sızma aradan qaldırılsa da, 1000 kubmetrə yaxın neft dənizə axıdılıb.

NHMT ekspertləri bildirirlər ki, Neft Emalı Zavodunun emal prosesləri zamanı havanın çirkləndirilməsi müşahidə olunur. Zavod əhalinin kompakt yaşadığı ərazidə yerləşdiyinə görə insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bakıda COP29 konfransının 11–22 noyabr 2024-cü il tarixlərində keçirildiyi ərəfədə “Neftayırma” zavodunun ətraf mühitə atdığı zərərli maddələrin (tüstü, pis qoxu) yayılması müvəqqəti dayandırılsa da, sonradan atmosferin çirkləndirilməsi yenidən davam edib.

“Hər gün səhərə yaxın – səhər saat 8–10 radələrində fakellər vasitəsilə pis qoxu və tüstü ətrafı zəhərləməkdə davam edir, ərazidə yerləşən iş yerlərində çalışanların və sakinlərin sağlamlığına ciddi ziyan vurur. Zavoddan yayılan kəsif iyi nəfəs almağı çətinləşdirir. Kəsif iyi bəzən Nizami rayonu ərazisində də hiss olunur. İllərdir ki, davam edən bu problemin qarşısı isə nədənsə alınmır. Zavod cərimələnir, cəriməni şirkət ödəyir, yaxud ödəmir, günahkar isə cəzasız qalır, problem həllini tapmır, proses isə davam edir”, – hesabatda qeyd olunur.

Təşkilatın əldə etdiyi məlumata görə, zavodda əvvəllər hər 3–4 saatdan bir laborator analizlər aparılırdı, lakin hazırda bu analizlər 7-8 saatdan bir həyata keçirilir:

“Zavodda Azərbaycan nefti ilə yanaşı, keyfiyyətcə yerli neftdən fərqlənən Qazaxıstan və Başqırdıstandan alınan neft də emal olunur və ətraf mühiti çirkləndirən əsasən həmin məhsullardır.”(Dia-az)

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

2-03-2026, 11:24

Binəqədi rayonu Biləcəri qəsəbəsində 70 dən çox ağaclar kəsildi….

Gündəm / Sosial

27-02-2026, 16:57

"5 fəhlənin işini bir nəfərə gördürürlər..." - Rövşən Nəcəf... BİLİRSİNİZMİ?!.

Cəmiyyət / Gündəm

3-03-2026, 10:10

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

Gündəm / Sosial

27-02-2026, 10:00

Sabirabad sakini məhkəmə qapılarında qalıb... - Prezidentə MÜRACİƏT

Gündəm / Cəmiyyət

5-03-2026, 12:08

Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Сегодня, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • Сегодня, 17:48
    Qaradağda sakinlərin narazılığı böyüyür – Video
  • Сегодня, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • Сегодня, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • Сегодня, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • Сегодня, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • Сегодня, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • Сегодня, 13:24
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • Сегодня, 13:06
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Сегодня, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Сегодня, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • Сегодня, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Сегодня, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
  • Сегодня, 10:45
    “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
  • Сегодня, 09:53
    Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
  • Сегодня, 09:26
    Burda iynələri xəstələrə satırlar - GİLEY
  • Вчера, 18:42
    Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
  • Вчера, 18:24
    Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
  • Вчера, 17:57
    Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
  • Вчера, 17:23
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • Вчера, 16:06
    Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
  • Вчера, 15:07
    Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
  • Вчера, 14:39
    “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
  • Вчера, 13:13
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • Вчера, 12:38
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • Вчера, 12:21
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
  • Вчера, 11:54
    Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
  • Вчера, 11:13
    Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
  • Вчера, 10:43
    “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
  • Вчера, 10:09
    Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
  • Вчера, 09:27
    Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
  • 14-10-2026, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • 14-10-2026, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • 14-10-2026, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • 14-10-2026, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə