• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı

Gündəm / Sosial

Сегодня, 13:25


Hesablama Palatası Elm və Təhsil Nazirliyinin (Nazirlik) tabeliyində fəaliyyət göstərən "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" publik hüquqi şəxsinin (TKTA) 2023-2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və fəaliyyətin icrasının nəticəliliyinin qiymətləndirilməsi məqsədilə səmərəlilik (performans) auditi formasında kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.

Bizimesr.info-nun xəbərinə görə, Hesablama Palatasının məlumatında qeyd olunur ki, TKTA-nın fəaliyyəti dövründə atılan addımlar ali təhsildə keyfiyyətin təminatının gücləndirilməsinə, bununla da məzunların respublikada və xarici ölkələrdə məşğulluğuna müsbət təsir göstərməkdədir.

Açıqlamada bildirilib ki, xarici kvalifikasiyaların tanınması istiqamətində bir sıra fəaliyyətlər nəticəsində saxta diplomlar müəyyənləşdirilib: "Kvalifikasiyaların tanınması üzrə məhkəmə qərarlarının böyük əksəriyyətinin TKTA-nın mövqeyini dəstəkləməsi qəbul edilən qərarların ümumilikdə hüquqi əsaslı olduğunu qeyd etmək imkanı verib. Qabaqcıl təcrübədə təhsildə keyfiyyətin təminatı qurumunun müstəqilliyi ilə yanaşı onun maliyyələşmə mənbəələrinin əsas komponentlərindən birinin məhz dövlət büdcəsi vəsaiti olması qəbul edilir və respublikamızda bu prinsip tətbiq olunmaqdadır.

Auditin əsas nəticələri aşağıdakılardır:

TKTA-nın fəaliyyətində idarəetmə, hüquqi tənzimləmə, maliyyə idarəetməsi, keyfiyyət təminatı və institusional inkişaf istiqamətləri üzrə bir sıra sistem xarakterli problemlər aşkarlanıb. Müəyyən edilmiş nöqsanlar qurumun fəaliyyətinin effektivliyinə, maliyyə dayanıqlılığına mənfi təsir göstərməklə keyfiyyət təminatı mexanizmlərinin etibarlılığının gücləndirilməsi addımlarının genişlənməsinə mane olub.

TKTA-nın nazirliyin tabeliyində fəaliyyət göstərməsi və Akkreditasiya Şurasına icra orqanının rəhbərinin sədrlik etməsi akkreditasiya prosesində maraqların toqquşması risklərini yaradıb, müstəqillik üzrə yerli və beynəlxalq standartlarla uyğunsuzluq TKTA-nın beynəlxalq akkreditasiya imkanlarını məhdudlaşdırıb, strateji planlaşdırma, fəaliyyət hədəflərinin müəyyənləşdirilməsi və hesabatlılıq mexanizmlərində çatışmazlıqlar olub.

Akkreditasiya sahəsində normativ baza, akkreditasiya meyarları bütün təhsil pillələrini əhatə etməmiş, akkreditasiya qrafikləri icra edilməyib, elektron sistemlər yaradılmayıb. Sənədləşdirmə və ekspert fəaliyyətində çatışmazlıqlar olub, bəzi təhsil müəssisələri akkreditasiyasız fəaliyyət göstərib.

Kvalifikasiyaların tanınması istiqamətində qanunvericiliyin imkan verdiyi alternativ mexanizmlərin tam tətbiq olunmaması, normativ aktların təkmilləşdirilməsinə ehtiyac müraciətlərə baxılma müddətlərinin uzanması ilə nəticələnmiş, bəzi qiymətləndirmə meyarlarının təkmilləşdirilməməsi xarici kvalifikasiyaların tanınması ilə bağlı fəaliyyətin gücləndirilməsinə zərurət olduğunu göstərib.

Müvafiq audit tapıntıları QFİTT (qeyri-formal və informal təhsilin tanınması) fəaliyyətinin təşkilati modeli, ekspert potensialının idarə olunması, dövlət təhsil standartlarının müasirləşdirilməsi, analitik fəaliyyətlərin nəticəyönümlülüyü və metodiki təminatın gücləndirilməsi istiqamətlərində də təkmilləşdirmələrə ehtiyac olduğunu deməyə əsas verib.

Dövlət vəsaitləri bir sıra hallarda təyinatına uyğun istifadə edilməmiş, dövlət satınalmaları demək olar ki, yalnız bir mənbədən satınalma metodu tətbiq edilməklə müsabiqəli mühitin formalaşdırılması təmin olunmayıb. Satınalma müqavilələri üzrə nəzarətin təmin edilməməsi ödənilmiş vəsait və əldə olunmuş nəticə arasında uyğunsuzluqlara yol açıb, uçot və hesabat işlərində nöqsanlar müəyyən olunub. Funksional fəaliyyətdən gəlirlər xərcləri, xüsusilə əməkhaqqı xərclərini qarşılaya bilməyib, proqram akkreditasiyası, xarici kvalifikasiyaların tanınması və digər xidmətlər üzrə mövcud gəlir potensialından tam istifadə edilməyib.

Ümumilikdə, auditin nəticələri TKTA-nın fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin təmin edilməsi üçün idarəetmə modelinin, hüquqi bazanın, maliyyə idarəetməsinin, akkreditasiya və kvalifikasiyaların tanınması mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, şəffaflığın, səmərəliliyin və institusional müstəqilliyin gücləndirilməsi istiqamətində kompleks islahatların həyata keçirilməsinin zəruriliyini göstərilib.

Auditin nəticələri barədə qəbul edilmiş Kollegiya Qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Auditor hesabatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilmiş, vəsaitlərin idarə olunması ilə bağlı müəyyən edilmiş nöqsanlar barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, həmçinin ekvivalenti olmayan tibb ixtisasları üzrə xaricdə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı müəyyən edilmiş hallar barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat göndərilməsi qərara alınıb".

Bizimesr.info

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

16-04-2026, 18:35

TKTA 255 nəfərin diplomunu niyə tanımadı?

Gündəm / Cəmiyyət

22-07-2026, 10:18

Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?

Gündəm / Sosial

20-05-2026, 12:09

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir - “İnter” MMC-yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Gündəm / Sosial

14-07-2026, 12:34

GƏNCƏ TƏHSİLİNİN "KORRUPSİYA MEMARLIĞI": ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI

Gündəm / Sosial

1-10-2026, 10:47

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
Сегодня, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Son xəbərlər
  • Сегодня, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • Сегодня, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • Сегодня, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Сегодня, 12:43
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • Сегодня, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • Сегодня, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • Вчера, 18:29
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • Вчера, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • Вчера, 17:02
    BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
  • Вчера, 16:26
    Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
  • Вчера, 15:44
    Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
  • Вчера, 14:30
    Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
  • Вчера, 13:53
    FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
  • Вчера, 12:57
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • Вчера, 12:10
    ŞOK! ŞOK! ŞOK! Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir - FOTOLAR
  • Вчера, 11:32
    Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • Вчера, 09:52
    AQTA-nın buralardan XƏBƏRİ VARMI? - DİQQƏT... TƏHLÜKƏ!
  • Вчера, 09:20
    Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - DETALLAR
  • 22-10-2026, 18:14
    Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında YENİ TƏYİNAT - BUNDAN SONRA...
  • 22-10-2026, 17:24
    Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
  • 22-10-2026, 16:49
    Bu bankın bir məqsədi var: Müştəriləri SOYMAQ... - NARAZILIQ VAR...
  • 22-10-2026, 15:50
    Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
  • 22-10-2026, 15:17
    Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
  • 22-10-2026, 13:09
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • 22-10-2026, 12:34
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
  • 22-10-2026, 12:15
    Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
  • 22-10-2026, 11:33
    `Sushi N1`-dən müştəri narazılığı... - "Sifariş 4 saat gecikib..."
  • 22-10-2026, 10:58
    Hacıqabul İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaranlıq tender oyunları
  • 22-10-2026, 10:28
    “FİNCA Azerbaijan” Ağsuda 28 faizlə verdiyi krediti məhkəmə ilə alır - DETALLAR
  • 22-10-2026, 09:35
    Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 21-10-2026, 18:36
    ADY işçilərinin sayını niyə azaldıb?
  • 21-10-2026, 18:05
    2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurur - Video
  • 21-10-2026, 17:37
    Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
  • 21-10-2026, 17:12
    İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi - ADLAR
  • 21-10-2026, 16:29
    Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı - Neftçalada təhsil anarxiyası
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə