• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə

Gündəm / Sosial

3-04-2026, 11:22


Bu gün ən çox şikayət, yazılan və tənqid edilən sahələrdən birincisi bəlkə də təhsil sistemidir.
Orta məktəblərdə baş verənlər,pirinsipcə kimlərinsə çörək pulu qazanması üçün ora gəlib vaxtını keçirməsi və s. təəssüf ki, reallıqdır. Artıq məktəblərdə tədrisin çox aşağı səviyyədə olmamasını, təhsil sisteminə idaredici şəxslərin hansısa meyarlar əsasında seçilmədiyini kimsəyə sübut etməyə ehtiyac duyulmur.Hamı hər şeyi öz düşüncə tərzinə uyğun çox yaxşı bilir.

O da həqiqətdir, məktəblərdə savadsızlar ordusuna hər il yeni nəfərlər əlavə olunur, gələcəyin sahibi olan gənclərimiz yumşaq desək, kor vəziyyətinə salınır. Hələ bir bunu hər tədris ilinin sonu buraxılış siniflərinin fonunda toy-bayrama çevirir, sevə-sevə qeyd də edirik. Kənardan övladının boynunu qucaqlayıb öpəndən tutmuş, övladı üçün "son zəng"ə avtomobil bəzətdirib gətirənə qədər... Çoxları fərqində deyil ki, bu qəbildən sərgilənən tərz heç də valideynlik borcu deyil. Aşağı - yuxarı məktəblərdə baş verən mənfiliklərə bıçaqlanma, dava-dalaş hadisələrini də əlavə etdikdə, mövcud mənzərə çılpaqlığı ilə ikrah doğurur.

Niyə belə bir vəziyyət yarandı? Bu reallıqla hara gedirik?

Bu mənada, Elm və Təhsil naziri Emin Əmrullayevin tənqidçilərindən hesab olunan sabiq millət vəkili Etibar Əliyev hesab edir ki, təhsil sistemində idarəçiliklə bağlı ciddi problemlər var və davamlı səhvlərə yol verilir. Bu qəbildən yanaşma isə təhsildə keyfiyyəti aşağı salmaqla bərabər, ciddi narazılıqlara da səbəb olur. Məsələn, zamanla Etibar Əliyev nümunəni ciddi narazılıqlar yaratmış Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr və magistr pillələrini bitirmiş, Gəncə şəhər Təhsil İdarəsinin müdiri, 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri təyin edilmiş, 2024-cü ildən isə Bakı şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyevdən gətirib. O, açıqlamasının birində "Anar Qədiməliyev təhsil işçisi deyil. Anar Qədiməliyev öz-özünə sual verirmi ki, aqronom ola-ola necə olub ki, böyük bir ərazi olan Gəncə, Daşkəsən, Göygöl, Goranboy regional idarəyə müdir təyin edilib. O, heç vaxt sinif otağında olmayıb və pedaqogikadan təsəvvürü yoxdur və s.” İnternet üzərindən axtarış verəndə görürük ki, sabiq millət vəkili Dünya Bankının vəsaitlərinin koordinatoru olmuş nazirliyə mühüm vəzifəyə gətirilən Elvin Rüstəmov haqqında da fikir bildirib. Heç uzağa getməyək, sabiq deputat bu yaxınlarda Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli haqqında da çox kəskin danışıb. O, həyat yoldaşı şəhid olan Fatma Zamanovanın bir rabitəçinin əməlləri barədə nazirə ünvanladığı məktub əsasında danışarkən bildirib: "Əziz bacım Fatma xanım, Allahsız Sənan deyil, Sənanı ora təyin edəndir".

Belə misallar kifayət qədərdir və qeyd edilir ki, rabitəçi, aqranom, şəkər zavodunda mexanik, dəniz vağzalında inzibatçı və digər işlərdə işləmiş şəxslərin təhsildə rəhbər vəzifələrə irəli çəkilməsi, Emin Əmrullayevin dostuna, sinif yoldaşına vəzifə verməsi acı gerçəklik olaraq, təhsil sistemində xaotik vəziyyət yaradıb.

Etibar Əliyev əsaslandırmasında haqlıdırmı? Bəli haqlıdır!

Çünki, Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə bağlı Etibar Əliyev danışası olsaydı, orada da vəziyyətin ürəkaçan olmadığını bildirərdi. Məsələn, üstündən səthi keçərək, bir sıra "incə detallara" toxunmadan götürək, bu regional təhsil idarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunu. Bu təhsil sektoruna kim rəhbərlik edir, cənab nazir?

Heç kimi inandırmaq olmaz ki, Tovuz rayonunda savadlı riyaziyyatçılar, fiziklər, kimyaçı və tarixçi müəllimlər dura-dura Aysel Rafiq qızı Quliyevanın təhsil sektoruna müdir təyin edilməsi rayon ictimaiyyəti, ziyalılar tərəfindən bəyənilir. Bu rayonun pedaqoji kollektivi Aysel Quliyevanın Tovuz rayonu üzrə Təhsil Sektoruna müdir təyin edilməsini rəğbətlə qarşılayır. Əsla! Necə ola bilir ki, savadı, təcürbəsi olan müəllimlər kənarda saxlanılır, məktəb direktoru kimi illərin təcürbəsinə söykənən şəxslərə üstünlük verilmir, bakalavr təhsilli, magistraturaya bir neçə dəfə iş verib, imtahandan istənilən balı toplaya bilməyən, bir il belə, bir orta məktəbə rəhbərlik etməyən Aysel Quliyeva Tovuz rayonu üzrə Təhsil Sektoruna müdir təyin olunur? Belə olan təqdirdə, siz və yaxud biriləri necə deyə bilər ki, Etibar Əliyev kəskin danışır, danışdıqları da qərəzlidir.

İndi siz əminsinizmi ki, Aysel xanım Tovuz rayonu üzrə Təhsil Sektoruna müdir təyin edildikdən sonra, rayonun Məharət Məmmədov adına orta məktəbində lobarant işində çalışan bacısı Türkan Quliyeva həmin məktəbə Təsərrüfat İşləri üzrə direktor müavini təyin edilməyib? Bəs necə, direktor müavinləri imtahandan keçən şəxslər olmamalı idi ki? Belə olan təqdirdə, təhsildə keyfiyyət dəyişikliyinə nail olmaq olarmı, cənab nazir, hörmətli Emin Əmrullayev?! Axı siz çıxışlarınızda adətən, məntiq üzərindən fikir yürüdür, zərurət yarandığı təqdirdə, sizə ünvanlanan suala elə sualla cavab verirsiniz!

İndi sizdən xahiş olunur ki,yolunuz bu rayona düşərsə və yaxud etibar etdiyiniz bir şəxs varsa, göstəriş verin, rayonun Məharət Məmmədov adına, İbrahim Hacılı, Məşədilər, Dönük Qırıxlı orta məktəblərinə baş çəksin, oradakı real mənzərə, dərs prossesi ilə tanış olunsun. Bəli, sizə elə gəlməsin ki, həmin məktəblərin hər gün bir-sinfini "bəzəyib-düzəyib" oradan şəkil paylaşırlarsa,Tovuz rayonunda olan 86 orta məktəbin mütləq əksəriyyətində təhsildə keyfiyyət dəyişikliyi üçün çalışılır.Yox, sadəcə bu şəkilləri paylaşanlar artıq adətkardırlar. Şəkillərin paylaşılmasına göstəriş verən şəxs özüdə çox gözəl bilir bu niyə edilir və yaxud kabinetə bir neçə kostyum dəstini toplayıb günorta birini, günortadan sonra digərini geyinməklə təhsildə keyfiyyət dəyişikliyinə nail olunası deyil.

Hə, bir də cənab nazir,nəzərə alın ki,Tovuz rayonunun məktəblərinə ehtiyac duyuldu,duyulmadı təhsil sektorundan yoxlamalar gedir. Açığı, nəyi, necə, hansı əsasla yoxladıqlarını bilməsək də, bu məktəblərin içində Aysel Quliyevanın əmisi Ramiz Quliyevin direktoru olduğu Aşağı Quşçu kənd orta məktəbi istisnalıq təşkil edir.

Düzdür, Ramiz Quliyev Aysel Quliyeva təhsil sektoruna rəhbərlik etməmişdən çox-çox əvvəl məktəb direktoru işləyir, heç kimin müdafiəsinə də ehtiyacı olmayan bir şəxsdir. Amma heç olmasa, arada, həmin kənd məktəbinə də "yoxlama" göndərilsin ki, ortada gəzən söz-söhbətlər yığışdırılsın.

Həmçinin, son dövr rayonun orta məktəblərinə direktorların işə qəbul etdikləri texniki işçilərlə bağlı məktəb rəhbərləri ilə fərdi söhbətlər aparılsa, bu istiqamətdə ziddiyyətlərin olub-olmadığı aydınlaşdırılsa, məqbul hesab edilər. Çünki, heç kim təminat verə bilməz ki, maliyyə yoxlamaları gələndə Tovuz rayonu üzrə Təhsil Sektorunda ilk əvvəl ştat vahidləri, texniki işçilərin say tərkibi nəzərdən keçirilməyəcək.

Mənbə: Faktinfo.az

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

18-03-2026, 17:00

“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /FOTOLAR

Mədəniyyət / Gündəm

21-02-2026, 17:03

Televiziyalar müğənniləri efirə pulla çıxarır - Brilliant Dadaşova ilə MÜSAHİBƏ

Gündəm / Sosial

12-03-2026, 11:40

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir

Cəmiyyət

15-03-2026, 10:00

Bu gün imtahan var

Gündəm / Sosial

13-03-2026, 11:14

Əmrullayevin kadr siyasəti sərt tənqid olundur - "Sənan Mənsimli təhsilin əlifbasını da bilmir”

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
10-09-2026, 10:39
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
8-09-2026, 11:21
AAYDA-nın Hövsanda çəkdiyi "yol" - Milyonlarla manat vəsait hara xərclənir? - VİDEO
4-09-2026, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
4-09-2026, 12:52
“Rent a car” rəhbəri TUTULDU
4-09-2026, 10:36
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
29-08-2026, 17:35
Goranboyda yol qəzası - Yaralılar var
Son xəbərlər
  • Сегодня, 18:38
    Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov əmək müqaviləsinin şərtlərini pozub müəllimləri istismar edir-İDDİA
  • Сегодня, 17:43
     “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
  • Сегодня, 16:32
    Burger King-də işləyən 50-yə yaxın şəxs maaşlarını ala bilmədiyini deyir - əmək müqaviləsi ilə çalışsalar da...
  • Сегодня, 15:55
     “Arpa işi”: İcra başçısı 2 sakinin həbsini tələb edir – APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ
  • Сегодня, 13:11
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Сегодня, 13:01
    AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir - ETİRAZ VAR...
  • Сегодня, 12:27
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Сегодня, 12:16
    Şri-Lankaya apardığı azərbaycanlı turistlrdən Şri-Lanka polisinə ŞİKAYƏT ETDİ - NARAZILIQ VAR...
  • Сегодня, 11:40
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • Сегодня, 10:30
    Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
  • Сегодня, 10:10
    Bu rəisləri HƏBS GÖZLƏYİR - SƏBƏB AÇIQLANDI
  • Вчера, 16:53
    “Daş abidə” parkının yerini kim alıb? - Anar Quliyev içazə verib?... - VİDEO
  • Вчера, 16:21
    "AyMed" rəhbərinin "özbaşınalıqları"... - İTTİHAM VAR...
  • Вчера, 15:36
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Вчера, 14:48
    Parkı söküb yerində qanunsuz tikinti aparılır - NARAZILIQ VAR...
  • Вчера, 14:09
    Gömrük və verginin həbsə yolladığı sahibkar ədalət axtarışında -BAKI APELLYASİYA MƏHKƏMƏSİ QANUNSUZLUĞU ARADAN QALDIRACAQMI?
  • Вчера, 13:05
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Вчера, 12:45
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Вчера, 12:27
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Вчера, 11:58
    Yasamal sakinləri BAŞÇIYA MÜRACİƏT ETDİ... - VİDEO
  • Вчера, 11:13
    Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi - ƏMR
  • Вчера, 10:32
    Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı FOTOFAKT
  • Вчера, 09:38
    Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb
  • Вчера, 09:12
    İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
  • 15-09-2026, 18:59
    Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
  • 15-09-2026, 17:43
    Anar Bayramov deputatın qohumunu işdən çıxardı - ƏMR
  • 15-09-2026, 16:55
    Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı - ƏMR
  • 15-09-2026, 15:53
    Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb - ŞOK FAKTLAR
  • 15-09-2026, 14:46
     Ramiz Mehdiyev işində sensasion adlar - Adı hallanan Sərdar Cəlaloğlu isə deyir ki...
  • 15-09-2026, 14:04
    Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026, 12:30
    Suraxanı rayonunda "Daş abidə"parkını söküblər?
  • 15-09-2026, 12:04
    Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - Video
  • 15-09-2026, 11:05
    DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
  • 15-09-2026, 10:24
    Hadı Rəcəblinin oğlu borcunu niyə qaytarmır?
  • 15-09-2026, 10:01
    AYNA ilə bağlı qalmaqallı detallar üzə çıxdı – Anar Rzayev nəyi gözləyir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə