Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub. Bildirilir ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub.
“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək” deyə mənbə əlavə edib. “Əvvəllər 400 milyon vəsaitin yoxluğundan söhbət gedirdisə, indi bu rəqəm 1 milyard manatı keçir”.
Məlumatda qeyd olunur ki, Saleh Məmmədov vəziyyətin yumşaldılması üçün yeni maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.(Gununsesi.info)