• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

400 minlik dələduzluq iddiası: Zərərçəkmiş Prezidentə və Baş prokurora açıq müraciət etdi

Cəmiyyət

12-08-2026, 12:57

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış 2262006027 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Dəniz Niftiyev mətbuata açıq müraciət ünvanlayıb.

Müraciətdə cinayət işi üzrə istintaqın gedişi, ərazi aidiyyəti, prokurorluq orqanlarının fəaliyyəti, eləcə də Rüfət Əsədov və Sadiq adlı şəxslərlə bağlı irəli sürülən iddialar yer alır. Qeyd edək ki, aşağıda təqdim olunan mətn müəllifin redaksiyamıza göndərdiyi müraciətdir və burada səsləndirilən iddialar müraciət sahibinə məxsusdur. Həmin müraciəti olduğu kimi sizlərə təqdim edirik.

MƏTBUATA AÇIQ MÜRACİƏT

Cinayət işi üzrə obyektiv istintaq və qanuni prosessual nəzarət tələbi

Mən, Dəniz Niftiyev, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış 2262006027 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışam. Buna baxmayaraq, mənə zərər vurmuş şəxslər bu günədək məsuliyyətə cəlb edilməyib və vurulmuş ziyan ödənilməyib.

Rüfət Əsədov və Sadiq adlı şəxslər mənim etibarımdan sui-istifadə edərək pulumu ələ keçiriblər. Quba rayonunun Üçgün kəndində istirahət mərkəzi tikmək üçün 2022-2023-cü illərdə Rüfət Əsədova ümumilikdə 400.000 manat vermişəm. O, torpağın bir sotunun 550 manata alındığını bildirsə də, sonradan real qiymətin 100-130 manat olduğunu öyrəndim. Tikintinin əsas hissəsi Rüfət Əsədovun adına rəsmiləşdirilmiş 68 sotda aparılıb; sonradan yalnız 27 sot mənim adıma keçirilib, 41 sot isə hələ də onun adındadır. Yasamalda ev tikintisi üçün verdiyim 215.000 manat müqabilində beş evin hamısı mənim adıma keçirilməli olduğu halda yalnız ikisi rəsmiləşdirilib, digər üç ev başqa şəxslərin adına keçirilib və satılıb. Yasamalda tikilmiş beş ev üzrə smetada torpaq və tikinti xərcləri 104.000 manat göstərilsə də, Rüfət Əsədov bu iş üçün məndən 215.000 manat alıb. Həmin məbləğin 100.000 manatı qaytarılıb, 115.000 manatı isə hələ də ödənilməyib. “Olympus” yaşayış kompleksindəki mənzilimin satışı üzrə razılaşdırılmış məbləğdən 80.000 manat da mənə verilməyib. Rüfət Əsədovun razılığı ilə hərəkət edən Sadiq adlı şəxs isə evə çıxarış alınması adı ilə məndən 10.000 manat alaraq yoxa çıxıb.

Yasamalda ev tikintisi üçün Rüfət Əsədova verdiyim 215.000 manatın və Sadiq adlı şəxsə verdiyim 10.000 manatın hamısı Binəqədi rayonu ərazisində təqdim edilib. Buna baxmayaraq, ərazi aidiyyəti barədə dəfələrlə müraciət etməyimizə baxmayaraq, cinayət işi Nərimanov Rayon Polis İdarəsində saxlanılır.

Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov cinayət işinin Nərimanov rayonunda saxlanılmasına israr edir, ərazi aidiyyəti barədə vəsatətlərimizi nəticəsiz qoyur və zəruri istintaq hərəkətlərinin aparılmasını gecikdirir. Mənim qənaətimə görə, o, Rüfət Əsədovla Sadiq adlı şəxsi qanunsuz şəkildə himayə edir, onların məsuliyyətə cəlb olunmasına mane olur və cinayət işinə qanunsuz xitam verilməsi üçün məqsədli şəkildə hazırlıq görür.

Hidayət Nurəlibəyovun hərəkət və hərəkətsizliyindən Bakı şəhər Prokurorluğuna etdiyimiz şikayətlər müstəqil və obyektiv araşdırılmır, yenidən barəsində şikayət etdiyimiz Nərimanov rayon prokurorluğuna yönləndirilir. Hesab edirəm ki, Bakı şəhər Prokurorluğu Hidayət Nurəlibəyovun qanunsuz hərəkətlərinə göz yumur, onun mövqeyini faktiki qoruyur və cinayət işinin xitamına hazırlanmasına şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə açıq müraciət edirəm: cinayət işini şəxsi nəzarətə götürün; işə qanunsuz xitam verilməsinin qarşısını alın; ərazi aidiyyətinə obyektiv hüquqi qiymət verərək işin Binəqədi Rayon Polis İdarəsinə və ya qərəzsiz istintaq qurumuna verilməsini təmin edin; qeyd etdiyim bütün epizodları, istintaqdakı ziddiyyətləri, Hidayət Nurəlibəyovun və Bakı şəhər Prokurorluğunun aidiyyəti vəzifəli şəxslərinin hərəkətlərini araşdırın; Rüfət Əsədovla Sadiq adlı şəxsin məsuliyyətə cəlb olunmasını və mənə vurulmuş ziyanın ödənilməsini təmin edin.

Bir zərərçəkmiş kimi yalnız qanunun aliliyini, obyektiv istintaqı və pozulmuş hüquqlarımın bərpasını tələb edirəm. Ədalət təmin olunanadək bütün qanuni vasitələrdən istifadə edəcəyəm.

Dəniz Niftiyev
11 avqust 2026-cı il

Bu iddialarla bağlı aidiyyəti qurumların və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

28-07-2026, 11:23

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Gündəm / Sosial

20-05-2026, 12:09

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir - “İnter” MMC-yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Sosial

25-07-2026, 10:55

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT

Gündəm / Sosial

8-07-2026, 09:41

Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub

Gündəm / Sosial

3-06-2026, 14:35

Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
26-09-2026, 15:24
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:44
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 19:14
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
Son xəbərlər
  • Сегодня, 18:14
    Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında YENİ TƏYİNAT - BUNDAN SONRA...
  • Сегодня, 17:24
    Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
  • Сегодня, 16:49
    Bu bankın bir məqsədi var: Müştəriləri SOYMAQ... - NARAZILIQ VAR...
  • Сегодня, 15:50
    Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
  • Сегодня, 15:17
    Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
  • Сегодня, 13:09
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • Сегодня, 12:34
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
  • Сегодня, 12:15
    Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
  • Сегодня, 11:33
    `Sushi N1`-dən müştəri narazılığı... - "Sifariş 4 saat gecikib..."
  • Сегодня, 10:58
    Hacıqabul İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaranlıq tender oyunları
  • Сегодня, 10:28
    “FİNCA Azerbaijan” Ağsuda 28 faizlə verdiyi krediti məhkəmə ilə alır - DETALLAR
  • Сегодня, 09:35
    Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • Вчера, 18:36
    ADY işçilərinin sayını niyə azaldıb?
  • Вчера, 18:05
    2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurur - Video
  • Вчера, 17:37
    Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
  • Вчера, 17:12
    İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi - ADLAR
  • Вчера, 16:29
    Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı - Neftçalada təhsil anarxiyası
  • Вчера, 15:32
    Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı
  • Вчера, 15:03
    Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
  • Вчера, 13:52
    2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
  • Вчера, 12:55
    Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
  • Вчера, 12:44
    AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
  • Вчера, 11:42
    Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
  • Вчера, 10:28
    Atasının İranla bağlı qərarına qarşı çıxıb
  • Вчера, 09:50
    “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
  • 20-10-2026, 17:00
    Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • 20-10-2026, 16:30
    Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
  • 20-10-2026, 16:00
    Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
  • 20-10-2026, 15:21
    Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
  • 20-10-2026, 14:36
    "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
  • 20-10-2026, 13:17
    "Gecə tikintisi içazəsiz və sənədsiz aparılıb" - Rəsmi şəxslər günlərdir baş verənləri niyə görməyib?
  • 20-10-2026, 13:01
    “Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
  • 20-10-2026, 12:02
    Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
  • 20-10-2026, 11:08
    Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
  • 20-10-2026, 10:31
    Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə