• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda

Gündəm / Sosial

22-06-2026, 18:13


Dövlət Turizm Agentliyi tərəfindən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərinin satın alınması üzrə 03.03.2026-cı ildə başladılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 295.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.  Məlumat satınalmalarının vahid internet portalında 19.06.2026-cı il tarixdə dərc edilib.
Şərtlər toplusuna görə “AZSUR GROUP” MMC “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evində döşəmə örtüklərinin sökülməsi: taxtadan, döşəmə örtüklərinin sökülməsi: daş parçasından (Tikilinin çay daşından olan döşəməsinin (anbar və giriş hissə) və Yardımçı hissədə Tikilinin çay daşından olan döşəməsinin sökülməsi), Taxta arakəsmələrin sökülməsi:təmiz lövhəşəkilli,taxtadan (Eyvanda diktdən olan taxta məhəccərin sökülməsi), Divarların hasarlayıcı konstruksiyalarının sökülməsi: binanın hündürlüyü 30m-ə qədər olduqda,profillənmiş vərəqdən (Məhəccərə birləşdirilmiş metal lövhələrdən ibarət örtük qatının sökülməsi) Dam örtüyünün sökülməsi:vərəqşəkilli poladdan (Metal lövhələrdən ibarət örtük qatının sökülməsi) və sair bu kimi təmir işlərini həyata keçirməlidir.
Göründüyü kimi Dövlət Turizm Agentliyi 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərinə nə az, nə də çox, üç yüz min manata yaxın vəsait ayırıb. İki fərdi yaşayış evinin bərbasına ayrılmış vəsaitin şişirdildiyi burada açıq aşkar görsənməkdədir. Bunun üçün nə tikinti mühəndisi olmağa, nə də maliyyəçi olmağa kərək qalmır.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi hələ 2024-cü ildə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması üzrə “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı ilə 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Burada MMC-nin Xınalıq kəndindəki qəzalı evlərin birini təxmini hesablamalarımıza görə 99 945 manata  bərpa edəcəyini hələ 2025-ci ildə açıqlamışdıq.
Ümumiyyətlə isə Turizm Agentliyi 2021-2024-cü illərdə yalnız Xınalıq kəndindəki qəzalı evlərin (44+16) bərpasına ümumi olaraq 8 688 715 manat dəyərində vəsait ayıraraq 4 satınalma müqaviləsi bağlayıb. Burada isə bir fərdi yaşayış evinin bərpasına 140 min manatdan çox dövlət vəsaitinin ayrıldığı görsənir.
Amma buna baxmayaraq 2025-ci ilin iyununda mediya açıqlama verən Xınalıq sakini Namiq Əhmədov bildirmişdi ki, “Xınalıqdan, Quba şəhərindən illər öncə köçüb gedən 4 nəfərin evi bərpa olunub. Kəndi tərk etməyən sakinlərin qəzalı evləri isə uçub dağılır. İllərdir gözləyirik. Dəfələrlə Dövlət Turizm Agentliyinə müraciətlər etmişəm. Hər dəfəsində də şablon, anlamadığım dildə cavablar verilir”.
Göründüyü kimi, Dövlət Turizm Agentliyi istər Xınalıq kəndindəki fərdi evlərin, istərsə də Lahıcdakı evlərin bərpasına kifayət qədər iri məbləğlərdə dövlət vəsaitləri xərcləyir. Amma bu vəsaitlərin təyinatı üzrə xərclənib xərclənməməsi nədənsə araşdırılmır, ictimaiyyətə açıqlama verilmədiyindən şübhələri daha da artırmış olur.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı xəbərlər yer aldı. Bütün bunlara baxmayaraq mediada və sosial şəbəkələrdə Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı narazılıqlar səngimir, daha da çoxalır.
 
Aktualinfo.net

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

5-05-2026, 18:59

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır? -DETALLAR

Gündəm / Sosial

7-05-2026, 11:38

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

Gündəm / Sosial

10-03-2026, 14:59

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

Gündəm / Sosial

12-03-2026, 10:10

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

Gündəm / Sosial

27-04-2026, 12:09

1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)

İncəsənət
Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi - Fotolar
Hadisə
Вчера, 15:55
Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
Вчера, 11:48
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
5-08-2026, 14:41
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
3-08-2026, 11:18
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
27-07-2026, 10:57
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
23-07-2026, 11:28
Hüquqşünas alimə cinayət işi açıldı
Son xəbərlər
  • Вчера, 16:10
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • Вчера, 15:55
    Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
  • Вчера, 15:28
    Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
  • Вчера, 14:58
    AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
  • Вчера, 14:08
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Вчера, 13:54
    "İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb
  • Вчера, 12:24
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Вчера, 11:48
    Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
  • Вчера, 11:15
    "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
  • Вчера, 10:46
    "Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı 0
  • Вчера, 09:52
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Вчера, 09:16
    Avropaya çatmaq arzusu faciə ilə bitdi
  • 7-08-2026, 18:30
    Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
  • 7-08-2026, 18:03
    Bu rayonlarda icra başçısı yoxdur -SİYAHI
  • 7-08-2026, 17:31
    Ukrayna ordusundakı əcnəbilərin sayını açıqladı
  • 7-08-2026, 16:31
    “Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
  • 7-08-2026, 15:45
    Xalqın cibinə girən, cibindən çıxmayan “xidmət”: Baku Electronics həqiqətləri!
  • 7-08-2026, 15:27
    Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
  • 7-08-2026, 14:52
    SOS:KƏPƏZ HOSPİTALDA ÖLÜM HADİSƏSI-Cavab Gözləyən Suallar
  • 7-08-2026, 12:45
    İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
  • 7-08-2026, 12:19
    Ananın ürək dağlayan müraciəti: "Qızımın təhsil hüququnun qorunmasına kömək edin"
  • 7-08-2026, 11:41
    Yeni agentliyin mətbuat katibi o oldu - Foto
  • 7-08-2026, 11:09
    Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı-VİDEO
  • 7-08-2026, 10:26
    "Euro Türk Mərmər-Ağlay" MMC-nin dövlətə borcu var
  • 7-08-2026, 09:57
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • 7-08-2026, 09:15
    Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın! VİDEO
  • 6-08-2026, 19:05
    DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
  • 6-08-2026, 18:05
    Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib
  • 6-08-2026, 17:28
    Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.
  • 6-08-2026, 16:55
    "Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur
  • 6-08-2026, 16:40
    TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı
  • 6-08-2026, 15:54
    "Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur
  • 6-08-2026, 15:22
    Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
  • 6-08-2026, 14:51
    “Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
  • 6-08-2026, 13:13
    Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Fərqanə Muradova
  • Tel: (+99470) 369 45 75
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Operativxeber.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə